KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Müstəqil Azərbaycan: Reallıqlar , Perspektivlər və 44 Günlük Vətən Müharibəsində Əldə Edilmiş Tarixi Qələbə

Müstəqil Azərbaycan: Reallıqlar , Perspektivlər və 44 Günlük Vətən Müharibəsində Əldə Edilmiş Tarixi Qələbə

Kafkassam Editör Kafkassam Editör - - 42 dk okuma süresi
325 0

1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı apardığı azadlıq mübarizəsinin nəticəsi olaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə öz şanlı tarixinin ən yeni çağına qədəm qoydu. Sovetlər İttifaqının süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və milli mübarizənin nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə idi ki, müstəqillik bayrağını qaldırırdı. Bu Azərbaycan milli dövlətçiliyinin XX əsrdəki ikinci parlaq səhifəsi idi. Çoxları elə güman edirdilər ki, sovetləşmə xalqları milli mənlik duyğusundan məhrum etmiş, onlara şanlı tarixi keçmişlərini, milli dövlətçilik ənənələrini unutdura bilmişdir. Lakin 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilən milli dövlətçiliyin XX əsrin sonlarında yenidən bərpası xalqımızın varlığında milli azadlıq ruhunun hər zaman yaşadığından xəbər verir. Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan milli dövlətçiliyinin yeni bir dövrü başlandı. Artıq 30 ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır. Bu dövr ərzində dövlətçiliyin qorunub saxlanması və inkişafı naminə bir çox islahatlar həyata keçirilmişdir. XX əsrin 90-cı illərindən yaşanan üçüncü dalğa isə istehsal prosesində informasiyanın əsas rol oynadığı dövrdür.Yaşanan prosesdə əmək yekcins və standart olmaqdan çıxaraq informasiya işçisi,menecer, bəşəri və sosial kapital, fiziki işçi kimi müxtəlif şəkillərə bürünüb. Dövlətçilik – cəmiyyətin sosial-siyasi həyatına dövlət tərəfindən fəal müdaxilə edilməsi zəruriyyətini irəli sürən nəzəriyyədir. Müstəqillik heç bir dövlətin və ya qüvvənin himayəsi olmadan öz torpaqlarında sərbəst yaşamaqdır. Millətlər üçün ən vacib anlayışlardan biri müstəqillikdir. Müstəqilliyi olmayan cəmiyyətlərin tərəqqi etməsi, inkişaf etməsi və xoşbəxt yaşaması mümkün deyil. Qədim tarixdən bəri Azərbaycanlılar müstəqilliyə böyük əhəmiyyət vermişdir.1991-ci ilin yayında Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqının tarixi ənənələrə əsaslanan müstəqillik ümidləri, bu müstəqillik uğrunda mübarizəsi geniş vüsət aldı. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu oldu. 30 avqust 1991 ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Demokratik dövlət qurmaq sahəsində müəyyən təcrübəyə malik olan xalqımız tezliklə bu təcrübədən yararlanmağa başladı. 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan Respublikası özünü 1918-ci ildə Şərqdə yaranmış ilk demokratik cumhuriyyət olan Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan etdi. Beləliklə də xalqımız 1918-1920-ci illər ərzində əldə olunmuş nailiyyətlərdən istifadə edərək yeni dövlətini qurmağa başladı. Lakin bütün keçmiş nailiyyətlərlə yanaşı yeni dövrün tələblərinə cavab verən demokratik dünya dövlətlərinin də təcrübəsindən geniş şəkildə istifadə olundu.
Azərbaycan , arxasında köklü bir mirası, zəngin mədəniyyət dəyərlərini, güclü bir potensialı saxlayır.Azərbaycanımız, Millətimiz , Dövlətimiz, Vətənimiz, Bayrağımız, İstiqbalımız və İstiqlalımız üçün bir gül kimi torpağa düşən əziz şəhidlərimizi rəhmətlə, minnətlə ,hörmətlə yad edirəm. Tariximiz boyunca, sarsılmaz, yıxılmaz, qərarlı bir yürüyüş gərçəkləştirdiysək bundan sonra da güclü, etibarlı, regionda və dünyada söz sahibi, güc sahibi bir ölkə , dövlət və millət olaraq gələcəyə ilərləyəcəyik. Azərbaycan öz şanlı tarixinin şərəfli bir dövrünü yaşamaqdadır. Millətimizin birlik və bütövlüyünün mühafizəsi, böyük hədəflərimizin həyata keçirilməsinin şübhəsiz ki təməlini təşkil edir . Daxili barışını təmin etmiş, güclü bir iqtisadiyyata sahib, beynəlxalq sahədə aktiv və konstruktiv mövqe izləyən bir Azərbaycan, əlbəttə keçmişdə olduğu kimi gələcəkdə də regionda dincliyin və sabitliyin təminatı olacaq və bölgəsini doğru istiqamətə çevirəcək. Ümidimizin, həyəcanımızın, milli məfkurəmizin və həmrəyliyimizin heç kimsə, heç bir gücün zədələməsinə icazə verməyəcəyik.Bir sonrakı nəsillərə dövr edəcəyimiz ən böyük mirasdır. Cümhuriyyətimiz istiqlalı uğrunda fədakarca çırpınan millət ruhunun görkəmli bir mükâfatı, milli iradənin möhtəşəm bir əsəridir. 102 il əvvəl pak və parlaq keçmişin ilhamıyla, imanının gücüylə, milli ruhun iradəsiylə çətin yollardan keçilərək Cümhuriyyət elan olunmuşdur. Cümhuriyyət bizlərin ən böyük sevdası, küllərindən yenidən doğuşunun nişanəsdir.Cümhuriyyət, zülmə meydan oxuyan, zalıma rəst çəkən M.Ə.Rəsulzadənin nəslinin emanətidir Bü gün Azərbaycan tarixinin ən mühüm günlərini yaşayır. Azərbaycan, zenginlikləri və dəyərləriylə bütövdür. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən olan Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə və müstəqilliyimiz uğrunda mübarizə edən qəhrəmanlarımızın əsəridir . Bu gün Azərbaycan Xalqı böyüklüyünə yaraşır bir şəkildə ilərləməsinə davam etməktədir. Tarix yaşanır, yaddaş isə yaşadır. Yaddaşımız olmazsa tarix də olmaz. Tarix, insanın meyvəsidir yaddaş isə ruhun. Bu gün hər sahədə güclənən uğurları diqqətlə izlənən və dünyada hörmət qazanan bir Azərbaycan görmənin xoşbəxtliyini yaşayırıq. Azərbaycanın gəldiği demokratik, siyasi ve iqtisadi səviyyə hədəflərimizə hər keçən gün daha da yaxınlaşdığımızın işarətidir. Məhəmməd Əmin Rəsulzadə ,Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Hərəkatının ideoloqu, İstiqlalını elan edən Milli Şuranın Sədri , Siyasətçi , Görkəmli dövlət xadimidir. İstiqlal hissini daşıyan bütün millətlər üçün, ölməz bir simvoldur. Bir milletin böyüklüyünün təməl daşını təşkil edən, özünə inanan və dayanma duyğusunu vermişdir. Dövlətimiz , millətimiz qazandıqlarından, dayandığı əsas və dəyərlərdən güc alaraq ilələbəd payidar qalacaqdır. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.
Dövlət öz gücündən və imkanlarından istifadə edərək ölkənin yeni dövrlə ayaqlaşa bilməsi üçün bir çox islahatlar həyata keçirdi. Dövlətin siyasi inkişafı və demokratikləşməsi üçün yeni konstitusiya qəbul olundu, yeni-yeni qanunlar və qərarlar hazırlanıb, həyata keçirildi. Hələ də bu proses uğurla davam etməkdədir. Dövlət idarəetməsində aparılan ardıcıl islahatlar nəticəsində ölkədə “vətəndaşa, insan faktoruna yönümlü” dövlət qulluğu modeli formalaşdırılır. Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir. Bu səbəbdən də islahatlar prosesində əhaliyə dövlət xidmətlərinin istehlakçısı kimi, onun məmnunluq səviyyəsinə isə dövlət tərəfındən göstərilən xidmətlərin, eləcə də dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarı kimi yanaşılır.
Hazırda dövlət qulluğunun təkmilləşdirilməsi və islahatı dövlət idarəetməsinin modernizasiyası prosesi ilə qarşılıqlı əlaqədə aparılır. Respublikamızda bu yönümdə həyata keçirilən mühüm tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasıdır. Agentlik dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsirıin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zərruriliyi nəzərə alınaraq yaradılmışdır.
Agentliyin yaradılması vətəndaş – dövlət qulluqçusu” münasibətlərinin səmərəli inkişafi, vətəndaşlara dövlət xidmətlərinin asan şəkildə müəssər olması, dövlət qulluğunun müsbət imicinin artırılması üçün tədricən dövlət orqanlarında vəzifəli şəxslərdə yeni etik xüsusiyyərlərin, təşkilati mədəniyyətin fəaliyyət üslubunun formalaşdırılması yönümündə həyata keçirilən mühüm tədbirdir. Bir neçə dövlət orqanının səlahiyyətinə aid olan xidmətləri bir orqanda vətəndaşlara təqdim edən “Asan xidmət”in yaradılması ilə dövlət idarəetmə sistemində yeni prinsipin – “rəqabət” prinsipinin tətbiqinə başlanılmışdır. İdarəetmədə rəqabət prinsipi vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılması üçün dövlət orqanları arasında sağlam rəqabətin yaradılmasını nəzərdə tutur.
Ümummilli lider Heydər Əliyevin Heydər Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanaraq qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşdirmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan inanılmaz uğurlara imza atmışdır. Unutmаq оlmаz ki, sоsial siyasətin düzgün müəyyənləşdirilməsi və təminatı bilavasitə iqtisadiyyatla bağlıdır. Ölkəmizdə uğurlа həyаtа kеçiriln iqtisadi islahatlar sürətli iqtisadi inkişafla yanaşı, əhalinin həyat səviyyəsi və yаşаyış tərzinin yüksəlməsinə də əsаslı təsir göstərmişdir. Əslində bu, məntiqi nəticə kimi bаşqа cür də bilməzdi.Qloballaşma ilə mübarizə aparmaq, ya da ona öz dəyərlərini diktə elətdirmək üçün qarşısı alınmaz m əqamlarda başqa tərəfdən getmək,bəzən saman altından su kimi yeriyərək,bəzən isə sel kimi coşub çağlayaraq, amma heç vaxt məqsədi gözdən qaçırmadan axıb getmək lazımdır.Lakin bu müəyyən mənada mümkünsüz görünür.Bu zaman qədim Çin müdriklərinin bir kəlamı yada düşür: “Əgər güclü külək əsirsə, onun qarşısını almaq üçün hündür və möhkəm divarlar tikmək lazım deyil,sadəcə yel dəyirmanları tikib güclü küləkdən başqa məqsədlər üçün-enerji almaq üçün istifadə etmək lazımdır”.Yaxşı,bəs qloballaşma qarşısında bizim müdafiə edə biləcəyimiz hədəf nə ola bilər?Hədəf həm yuxarıdan həm də aşağıdan gələn təzyiqlərə qarşı milli dövlətçiliyimizi müasir və təsirli hala gətirərək,əhatə elədiyi sərhədlər içərisində bütün insanların xoşbəxtliyini və gözəl yaşayışını təmin etməkdir.Niyə milli dövləti qorumalıyıq? Çünki, bir milli dövlətçiliyin əhatə elədiyi siyasi sərhədlər içərisindəki bütün vətəndaşların rifahını və xoşbəxtliyini qoruya biləcək başqa heç bir siyasi güc və siyasi qurum mövcud deyil və ola da bilməz.Bazar iqtisadiyyatının və informasiya texnologiyalarının sürətlə inkişafı dünya dövlətləri sistemində müxtəlif maddi və mənəvi dəyərlərə,o cümlədən mədəni düşüncələrə malik xalqlar arasında əlaqələrin harmonik uzlaşmasını və inkişafını tələb edir.Əgər bu gün dünyada mövcud münaqişələri ədalətli şəkildə həll edib bəşəriyyətə sabitlik və sülh gətirmək istəyi varsa,ilk növbədə başqa mədəniyyətlərə və düşüncələrə sahib xalqların özünəməxsusluğuna hörmətlə yanaşmalı,etno-mədəniyyətin xüsusiyyətləri nəzərə alınmaqla onun bəşəri dəyərlərlə uzlaşmasına nail olmalıyıq. Hər hansı bir dövlət iqtisadi və mədəni inkişafa nail olmaq istəyirsə,o,artıq bu baxımdan yüksəliş əldə etmiş dövlətlərin tarixi sınaqlarından uğurla çıxmış qanunları tətbiq etməlidir.Bu qanunlar bütün xalqlar və mədəniyyətlər üçün eyni olmasa da oxşardır.İqtisadiyyatda inkişafın əldə olunması cəmiyyətdə mədəniyyətin bir forması kimi iqtisadi mədəniyyətin təşəkkülünə təkan vermiş olur.Аzərbаycаnın müstəqillik əldə еtdikdən sоnrа, sоsiаl – iqtisаdi inkişаf sаhəsində qаrşısındа durаn əsаs məsələ – qаbаqcıl dünyа təcrübəsini özündə еhtivа еdən milli iqtisаdi inkişаf mоdеlinin işlənib hаzırlаnmаsı və оnun mоdеrnləşdirilməsi оlmuşdur. Аzərbаycаndа dа bаzаr münаsibətlərinin təşəkkülü və inkişаfının əsаs məqsədi – mili dirçəlişin, dаyаnıqlı inkişаfın və sürətlə qlоbаllаşаn dünyа dövlətlərinin iqtisаdi intеqrаsiyаsınа qоvuşmаnın tаm təmin еdilməsdir. Bu gün uzаqgörən və düşünülmüş siyаsət nəticəsində rеgiоnun lidеr dövlətinə çеvrilən Аzərbаycаn Rеspublikаsı nəinki Аvrоpаnın еnеrji təhlükəsizliyinin mühüm аmili kimi çıхış еtməyə bаşlаmış, həmçinin Şərqə аçılаn strаtеji qаpı kimi Qаfqаzdа sülh, sаbitlik və dаyаnıqlı inkişаfıın təminаtçısınа çеvrilməkdədir. Bunu nəhəng dövlətlər və dünyаnın güc mərkəzləri də yахşı bаşа düşürlər. Оnа görə də Аzərbаycаnın güclü və qüdrətli dövlət kimi fоrmаlаşmаsındа əsаs mаnеə оlаn хəyаnətkаr və sаtqın еrməni qəsbkаrlаrının məkr, hiylə və yаlаnlаr üzərində qurulаn siyаsətini gеc də оlsа yаvаş – yаvаş аnlаmаğа bаşlаyаn dünyа birliyi, bu prоblеmin ərаzi bütövlüyü əsаsındа ədаlətli həlli prоsеsini sürətləndirməlidirlər. Müşаhidələr göstərir ki, bu gün mili inkişаf mоdеlinin fоrmаlаşmаsındа iqtisаdi cəhətdən güclü оlаn hаnsı ölkənin inkişаf mоdеlinin üstünlüklərindən dаhа çох istifаdə еdilməlidir suаlı önə çıхır. Bеlə ki, libеrаlizmi ilə sеçilən АBŞ mоdеli, milli iqtisаdiyyаtа dövlət qаyğısının yüksək оlduğu Yаpоn mоdеli, yахud sоsiаl yönümlülüyü və аz təminаtlı əhаli üzərində dövlət yаrdımının yеtərliliyi ilə müşаiyət оlunаn İsvеç mоdеlindən istifаdə еdilməsi, sеçilməsi məsələləri gündəmə gələ bilər. Düzdür, bu mоdеllərin bir–biri ilə охşаr və uyğun cəhətləri, хüsusiyyətləri çохdur. Çünki оnlаrın hаmısındа klаssik bаzаr münаsibətləri inkişаf еdərək təşəkkül tаpmış, хüsusi mülkiyyətin üstünlük təşkil еtdiyi sаhibkаrlıq qurumlаrı fоrmаlаşmışdır. Bununlа yаnаşı, dövlətin iqtisаdiyyаtа təsir səviyyəsindən аsçılı оlаrаq, hər bir mоdеlin fоmаlаşаrаq inkişаfı prоsеsi də müхtəlif оlmuşdur. Hеsаb еdirik ki, həmin mоdеllər ətrаflı öyrənilməli və Аzərbаycаn rеаllıqlаrınа dаhа uyğun оlаnı sеçilərək, оptimаl vаriаnt kimi üstün cəhətlərindən istifаdə еdilməlidir. Nəzərə аlınmаlıdır ki, iqtisаdi inkişаf mоdеli vаhid sistеm kimi sаbit, kеyfiyyətcə rеаl оlаn еlеmеntlərdən ibаrətdir və оnlаrın qаrşılıqlı əlаqəsi şəklində bütöv fоrmаdа fəаliyyət göstərir. Təhsilin, mədəniyyətin, səhiyyənin mаddi- tехniki bаzаsının və təşkilаti – iqtisаdi mехаnizminin möhkəmləndirilməsi işləri həyаtа kеçiririir strаtеji sаhələrdə dövlət mülkiyyəti dаhа üstün mövqеyə mаlikdirlər.Bu sistеmdə təsərrüfаt mехаnizmi fоrmаsındа bаzаr mехаnizmi və dövlətin tənzimləmə mехаnizmi аpаrıcı rоl оynаyır. Azərbaycan Respublikası da XX əsrin sonlarında yenidən müstəqillik əldə etdikdə bir çox problemlərlə qarşı-qarşıya qaldı. Belə ki, ölkəmiz bir tərəfdən müharibə şəraitində, digər tərəfdən isə iqtisadi və siyasi sahədə keçid mərhələsində idi. 70 il müddətində totalitarizm şəraitində yaşamış xalqımız həm öz demokratik dövlətini qurmalı, həm də sosializmdən liberal bazar iqtisadiyyatına keçməli idi. Çünki dövlət bаşçısı cənаb İlhаm Əliyеv аşаğıdаkılаrı söyləmişdir: «Аzərbаycаn sərf еtməyən təşəbbüslərə qоşulmur, çirkli оyunlаrа qоşulmur, öz хаlqının mənаfеyini hər şеydən üstün tutur, öz хаlqının mili mаrаqlаrını hеç kimə güzəştə gеtmir. Bilirəm ki, bəzi хаrici dаirələr bundаn о qədər də rаzı dеyillər. Аmmа, bu bizim prоblеmimiz dеyildir. Bizim prоblеmimiz öz mili mаrаqlаrımızı müdаfiə еtmək, Аzərbаycаn хаlqının təhlükəsizliyini, sоsiаl rifаhını təmin еtmək,ölkəmizi uğurlа inkişаf еtdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz еtmək, bölgədə imkаnlаrımızı gеnişləndirməkdir. Azərbaycanın inkişaf modeli qərarlaşıb və fəaliyyətdədir. Hədəflər isə seçilib. Qüdrətli, zəngin, güclü Azərbaycan yaradılmışdır.
Azərbaycan Respublikasının əzəli və əbədi torpağı olan Dağlıq Qarabağ, yerləşdiyi coğrafi ərazidən asılı olaraq çox mühüm geosiyasi və geostrateji əhəmiyyət kəsb edir. Ölkə ərazisinin hakim nöqtəsində yerləşən Qarabağ, həm Azərbaycana, həm İrana, həm də Ermənistana nəzarət edə biləcək mövqeyə malikdir.Ermənilər bölgənin demoqrafik quruluşunu öz xeyirlərinə tənzimləmək üçün “Böyük Ermənistan” siyasətini həyata keçirməyə başladılar. Bu məqsədlə ermənilər 1987-ci ilin avqust ayında Azərbaycan Sovet Sosialist Respublikasının tabeliyində muxtar bir bölgə olan Dağlıq Qarabağda yaşayan əhalinin əksəriyyətinin ermənilər olduğu iddiası ilə, bu ərazinin onlara verilməli olduğunu bildirdilər.1988-ci ilin iyul ayında Yuxarı Qarabağ ermənilərinin rəsmi olaraq muxtar vilayət kimi Ermənistana bağlı olduqlarını elan etmələri və Ermənistan Parlamentinin 1 dekabr 1989-cu il tarixində Yuxarı Qarabağ bölgəsi ilə birləşməyə qərar verməsi bölgədə müharibəyə səbəb oldu.Azərbaycanın razılığı olmadan alınan bu birtərəfli qərarla, Ermənistan Parlamenti Sovet Konstitusiyasının 78-ci maddəsini pozdu və beynəlxalq hüquqa zidd bir işğal həyata keçirdi.Erməni diasporunun iqtisadi köməyi və Moskvanın hərbi yardımı ilə 1991-1994-cü illər arasında bölgədəki qarşıdurmalar nəticəsində 20 mindən çox insan həyatını itirdi, ümumilikdə, 1 milyondan çox azərbaycanlı didərgin düşdü.Bununla da, yalnız Qarabağ deyil, Qarabağ bölgəsi ətrafındakı bəzi yaşayış məntəqələri və xüsusilə Qarabağ ilə Ermənistan arasındakı Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edildi. Bu, bütövlükdə Azərbaycan torpaqlarının təxminən 20% -i demək idi. 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs imzalansa da, zaman-zaman erməni işğalçılar bu atəşkəsi pozmağa cəhd göstərdilər. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu. İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi millət olaraq istiqlalımız və istiqbalımız üçün verdiyimiz böyük mübarizənin adıdır. İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi 440 il keçsə də unutulmaz. Salam olsun, gözündə bayraq, könlündə vətən, gövdəsində həyatın yükünü daşıyan möhtəşəm milli varlığa, əmək və ömür verən tərtəmiz vicdanlara. Torpağa verdiyimiz hər bir şəhidimiz , könül dünyamıza qatdığımız hər bir qazimiz, bizi bu torpaqlara daha çox bağlayır. Millətimizin müstəqillik məşaləsi sonsuza qədər yanacaqdır. Dövlətimiz, millətimiz bu körpü üzərində yüksəlməyə ,dövlətimizn şanını və şərəfini ucaltmağa davam edəcəkdir.
Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 26 il ərzində vaxtilə çiçəklənən bir diyarı “boz zonaya” çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzliyi haqqında mifi” darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi.Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə aldığı 4 qərara əsasən Ermənistanı BMT qətnamələrini yerinə yetirməyə və işğal etdiyi ərazilərdən çəkilməyə çağırdı. Belə ki, BMT tərəfindən qəbul edilmiş 822, 853 və 874 və 884 nömrəli qərarlara əsasən, erməni qoşunları Füzuli, Cəbrayıl,Qubadlı, Zəngilan və digər işğal olunmuş bölgələrdən çıxmalı idi.Lakin, bu heç vaxt baş vermədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan uzunmüddətli danışıqlar heç bir nəticə vermədi, işğal altındakı ərazilər məsələsi aradan qaldırıla bilmədi, problemin həlli yolu tapılmadı və yüzlərlə, minlərlə məcburi köçkün öz ata ocaqlarına, doğma yurdlarına qayıda bilmədi.
​İkinci Qarabağ döyüşlərinə qədər erməni işğalçıları dəfələrlə atəşkəs pozuntularına yol verərək, işğalçılıq siyasətlərini davam etdirməyə cəhd göstərmişdilər. Bu hücumlara 2008-ci ildə baş verən Mardakert toqquşması, 2012 və 2014-cü ildə baş verən sərhəd münaqişələrini və 2016-cı ildə baş verən Aprel döyüşlərinimisal göstərmək olar. 2020-ci ilin iyulunda ermənilərin Tovuza hücumu nəticəsində 4 əsgər və 1 mülki şəxs həyatını itirmişdir. Bütün bunlar Ermənistanın insanlığa zidd, terrorçu və işğalçı siyasət yürütdüyünü sübut edir. Ermənistanın 27 sentyabr 2020-ci il tarixində Tərtər və Füzuli rayonlarında mülki yaşayış məntəqələrinə hücum etməsi artıq Azərbaycan xalqının səbrini daşıran son damla oldu. BMT müqaviləsinin dövlətlərin özünümüdafiə hüquqlarını tənzimləyən 51-ci maddəsinə əsasən,atəşkəs razılaşmasına və danışıqlar prosesinin davam etməsinə baxmayaraq, Ermənistan silahlı hücumlara davam edərsə,bu zaman Azərbaycanın qanunən özünümüdafiə hüququ doğur və buhüquq bütün işğal olunmuş ərazilər azad olunana qədər davam edə bilərdi.Yaxın keçmişə nəzər salsaq görərik ki, 2010–cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Dağlıq Qarabağ probleminin lazım gələrsə hərbi güc tətbiq edilərək həll ediləcəyiniqeyd edirdi. Bu istiqamətdə atılan ən qətiyyətli addımlardan biri Azərbaycanın 8 iyun 2010-cu il tarixində qəbul etdiyi hərbi doktrina idi. Bu doktrinada beynəlxalq ictimaiyyətə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində Dağlıq Qarabağın və yeddi bölgəsinin erməni işğalından azad edilməsi üçün lazım olan hər cür siyasi, diplomatik və hərbi üsulu tətbiq edəcəyini bildirildi.Belə də oldu. Beynəlxalq təşkilatların səssiz qaldığı vəziyyətdə, hücumlar qarşısında susmayan Azərbaycan“Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur!” deyən ali baş komandanın rəhbərliyi ilə döyüş meydanında zəfər çalaraq, öz torpaqlarında erməni işğalına son qoydu.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, sentyabrın 27-də Ermənistan ordusu ağır silahlarla Tərtər, Ağdam, Füzuli və Cəbrayıl bölgələrindəki kəndlərə və mülki yaşayış məntəqələrinə atəş açmağa başladı. Bir çox mülki şəxsin yaralandığı və həyatını itirdiyi hücumlardan sonra Azərbaycan Ermənistana qarşı cavab tədbirləri görməyə başladı. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələri bir çox erməni əsgər obyektlərinin və nəqliyyat vasitələrinin cəbhədəki yerini müəyyən edib məhv etdi. Qarşıdurmaların ilk günü Füzuli və Cəbrayıl rayonları ərazisində altı kəndin işğaldan azad edildiyi, eyni zamanda davam edən qarşıdurmalarda Azərbaycan ordusunun Füzulini nəzarət altına almağa çalışdığı və strateji baxımdan əhəmiyyətli olan Murovdağ yüksəkliyini ələ keçirdiyi bildirildi. Bu qarşıdurmalardan sonra sərt idarəetmə tədbirləri alındı və səfərbərlik elan edildi.
44 gün çəkən döyüşlər müddətində Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirmişdir ki: “Əgər erməni əsgəri ölmək istəmirsə, dərhal çıxsın Azərbaycan torpaqlarından!”. Bununla yanaşı o çıxışlarının birində erməni xalqına üz tutaraq demişdir ki: “Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin, rəhbərliyin çirkin əməllərinin girovuna çevrilməsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər.” Baş verənlərə qarşı bütün dünyanın səssiz qalması, hətta Azərbaycana qarşı dünya miqyasında göstərilən təzyiqlərə baxmayaraq Cənab Prezident birmənalı şəkildə hər kəsə lazımi cavabı verərək, beynəlxalq aləmdə qalib olduğunu sübut etdi: “Mən heç bir zaman icazə verməyəcəyəm ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk, başqasının torpağında gözümüz yoxdur. Öz torpaqlarımızıheçkiməverməyəcəyik! Biz öz torpaqlarımızda vuruşuruq. Vətən uğrunda vuruşuruq. Əminəm ki, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!”Azərbaycan Respublikasının Prezidentinin uğurla yürütdüyü “Dəmir Yumruq”əməliyyatı nəticəsində Azərbaycan ordusu erməni işğalçıları üzərində parlaq bir qələbə qazandı.Gedən döyüşlər müddətində Azərbaycanın igid oğulları 4 Oktyabrda Cəbrayıl şəhərini, 17 Oktyabrda Füzuli şəhərini, 20 Oktyabrda Zəngilanı, 25 Oktyabrda Qubadlını və nəhayət 8 Noyabrda isə Qarabağın incisi olan Şuşa şəhərini düşmən işğalından azad etdilər.44 gün çəkən əməliyyatın nəticəsi olaraq, düşmən məğlubiyyətini qəbul edərək geri çəkildi və Azərbaycan tarixi ədaləti bərpa etdi. Belə ki, 10 Noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəsin təmin edildiyi və bütün hərbi fəaliyyətlərin dayandırıldığı elan edildi. Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanat imzalandı. Bu bəyanatda göstərilir ki:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Ermənistanın terrorçu siyasətinin bariz nümunəsi olan faktlardan biri də II Qarabağ müharibəsi müddətində sərhəddən kilometrlərlə uzaqda yerləşən yaşayın məntəqələrinə atəş açması idi. Bu müddət ərzində Gəncə, Mingəçevir, Xızı kimi bır sıra yaşayış məntəqəsi düşmən tərəfindən ballistik raketlərlə bombardman edildi.Bu şəhərlər içərisində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni xüsusilə qeyd etmək lazımdır. 4-17 oktyabr tarixləri müddətində 5dəfə hücuma məruz qalan Gəncə şəhəri ən çox zərər çəkən şəhər oldu. Məsələn, Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində Gəncənin ağır artilleriya atəşinətutulması ilə9 mülki şəxsin öldüyü və azyaşlılar da daxil olmaqla 35 nəfərin yaralandığı, 17 oktyabr tarixindəatılan raket hücumu nəticəsində13 nəfərin həyatını itirdiyi, 50-dən çox insanın yaralandığı məlum oldu. Gəncədən sonra ikinci ən çox zərər çəkən şəhər Bərdə idi. Bərdə şəhərində ermənilərin mülki şəxsləri hədəf alması nəticəsində 20 mülki şəxs həyatını itirərkən, 60-dan çox insan yaralandı. Bütün dünya Azərbaycanda günahsız insanlara qarşı törədilən bu terrora gözlərini yumsa da, səssiz qalmağa çalışsalar da, Azərbaycan xalqı sosial platformalar vasitəsilə bütün həqiqətləri dünyaya çatdırmağı bacardı. Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü Heydər Əliyev onilliyidir. Məhz bu dövrdə “müvəqqəti atəşkəs rejiminin” yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuş, dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar keçirilmiş, qlobal layihələrə imza atılmış, respublikamız tədricən dünya birliyinin sıralarında yer almış və sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdı
Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.Bu 44 günün hər günü bizim şanlı tariximizdir.
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev: Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artiq yoxdur. Prezident Cənab İlham Əliyevin liderliyi ilə 44 günlük bir müddətdə Azərbaycan dillərə dastan olan bir qələbəyə imza atdı.
Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı.Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!
Azərbaycan bir daha həm ön cəbhədə, həm də informasiya müharibəsində apardığı cəsur mübarizəsi ilə birliyinin sarsılmaz və əbədi olduğunu sübut etdi.
Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti , siyasi elmlər üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir