KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. “Müsəlman sol” CHP ilə Səadəti nə birləşdirir?

“Müsəlman sol” CHP ilə Səadəti nə birləşdirir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
475 0

Türkiyə neçə gündür ana müxalifətin lideri Kamal Kılıçdaroğlunun “xeyr” – deyən digər partiya lideri Səadət Partiyasının sədri Təməl Karamollaoğlunu ziyarəti haqqında danışır. Siyasi kulislərdə aparılan müzakirələr hər nə qədər bu iki zidd qütblərdə olan partiyanın ələxsus da indiki halda xoş bir şey olmadığını göstərsə də, Türkiyə siyasətində hələ Kılıçdaroğlundan da, Karamollaoğlundan da əvvəl bu ikilinin bir – birinə isti baxdığı faktlarla sübut olunub. Belə ki, hələ 1974 – cü ildə CHP və bu günkü Səadət Partiyasının üç nəsil əvvəlki xələfi Milli Salamat Partiyası birgə koalisiya yaratmış, Türkiyə Cümhuriyyəyinin 37 – ci hökümətini təşkil etmişdilər. Bu koalisiyada mərhum Nəcməddin Ərbakan başnazirin I müavini kimi yer alarkən, 5 nazir də Milli Salamat Partiyasından seçilmişdi. Təqribən 10 ay davam edən bu koalisiya bir çox maraqlı məqamıarı ilə yadda qaldı. Ələxsus da 1974 – cü ilin yayında baş verən Kipr hərəkatı bu koalisiyanın ən böyük uğuru kimi yadda qaldı. Bu koalisiyadan sonra dünyagörüşləri fərqli olsa da, partiyaların müxtəlif üzvləri müxtəlif vaxtlarda eyni cəbhədə fəaliyyət göstərdilər. Bunlara Müsəlman Sol adlandırılan siyasi hərəkatı(Ertuğrul Güney- Mehmet Bekaroğlu), sonradan indiki hakim Ədalət və İnkişaf Partiyası ilə birləşən HAS PARTİYA(Halkın Sesi Partisi) misal kimi göstərmək olar. O dövrdə Müsəlman Sol adlandırılan hərəkatın rəhbərlərindən biri Mehmet Bekaroğlu əvvəlcə Fəzilət Partiyası, daha sonra isə Saədət Partiyasında idi. 2014 – cü ildə Səadət Partiyasından Rizə şəhərində bələdiyyə sədrliyinə namizəd kimi göstərilmədi. Elə həmin ildən də CHP – də sədrin ictimaiyyətlə əlaqələr üzrə müavinidir.
Maraqlıdır ki, 2015 – ci ildə keçirilən millət vəkilliyi seçkilərindən əvvəl müəyyən razılıqların əldə olunduğu, sonradan uğursuzluqla nəticələnən CHP – Səadət Partiyası arasında ittifaq cəhdləri 16 aprel referendumundan sonra bir daha gündəmə gəldi. Səadət Partiyası Türkiyədə ki mühafizəkar qanadın əsəblərini tarıma çəkərək xeyr kampaniyasına qoşulandan sonra Klıçdaroğlu az da olsa ümidləndi. “Xeyr” kampaniyasına dəstək verən partiyalarla və siyasətçilərlə görüşməyi qarşısına məqsəd qoyan CHP sədri ilk addımı Səadət Partiyasının sədri Təməl Karamollaoğlu ilə atdı. Özü də yanına əvvəllər Səadət Partiyasının üzvü olan Mehmet Bekaroğlunu alaraq getdi bu görüşə. Görüşdən əvvəl T.Karamollaoğlu verdiyi açıqlamada tərəf kimi yaranacaq “xeyr” ittifaqında yer almayacaqlarını desə də, görünən odur ki, partiyadaxilində başlayan ilkin çəkişmələrdən sonra çətin vəziyyətdə qalan Kılıçdaroğlu indi də Müsəlman sol fikrini ortaya atmaqla “sosial ədalət” və “bərabərlik” kimi tezislərdən istifadə edərək Səadət Partiyasının içindəki mühafizəkar kəsimdən dəstək almağa çalışacaq. Amma burda bir məqamı unutmaq lazım deyil: Karamollaoğlundan başqa da Səadət Partiyasında sütunlar var və onları göməzlikdən gəlmək olmaz. Hətta Kılıçdaroğlu nə qədər cazib təkliflər etsə də…

Oktay Hacımusalı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir