KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Murtəza Həsənov : 21-ci əsrdə Türk Dünyasında Əməkdaşlıq: Türk Cümhuriyyətlərinin İnteqrasiyasında Türk Şurasının rolu

Murtəza Həsənov : 21-ci əsrdə Türk Dünyasında Əməkdaşlıq: Türk Cümhuriyyətlərinin İnteqrasiyasında Türk Şurasının rolu

Kafkassam Editör Kafkassam Editör - - 14 dk okuma süresi
280 0

Türkdilli Dövlətlər , şübhəsiz ki, bəşər tarixini formalaşdıran və bəşər tarixinə təsir edən ən qədim və əhəmiyyətli millətlərdən biridir. Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliklərini qazanmış türkdilli dövlətlərin inteqrasiyası ən aktual məsələlərdən biri idi.
Türklər dünyada bir çox dövlət qurmuş və dünyanın gözü olduğu coğrafiyalarda hökm sürən nadir xalqlardan biridir. Bunun əsas səbəbi bir cəmiyyət olaraq bir köçəri həyat tərzinə sahib olması və xüsusilə tarixinin müəyyən dövrlərində coğrafi məkanını dəyişdirməsindən qaynaqlandığını söyləmək olar. Yeni müstəqil olmuş türkdilli dövlətlər istər iqtisadi, istər siyasi baxımdan qərbə uğurlu inteqrasiya etmiş, xəritədə uzun müddət yeganə türk dövləti olaraq qalan Türkiyədən inteqrasiyada təşəbbüskarlığı gözləyir və onun təcrübəsinə olduqca maraqlı idilər. Tarixi baxımdan istər Anadolu, istər Azərbaycan, istərsədə Orta Asiyada yaşayan türklər arasında tam homogenlik yox idi, ancaq dilləri, dinləri, insanların yaşayış normaları və s. kimi yaxınlıqlar var idi.
TDƏŞ-in yaranma tarixi:
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.
Türk Şurası tarix zəminində araşdırıldıqda, ilkin təməllərin özünü bundan bir əsr əvvəldən biruzə verdiyini və institusioanal olaraq 1992-ci ildə başlayan “TürkDilli Dövlətlərin Dövlət Başçılarının Zirvələri” nə əsaslandığını söyləmək olar. 1991-ci ildəTürk dövlətləri müstəqillik qazandıqdan sonra 1992-ci ildə ilk iclas keçirildi. Bu iclasda ictimai üç vacib prinsip paylaşıldı:
1. İnsanların, malların və xidmətlərin sərbəst hərəkəti;
2. Ortaq bir bankın qurulması;
3. Təbi resursların Türkiyədən keçərək Avropaya ixrac edilməsi.
Bu istiqamətlər böyük əhəmiyyət kəsbetməkdə idi. Çünki, adı çəkilən ölkələr Avrasiya materikindəki enerji qaynaqlarının böyük əməhiyyətli bir hissəsini özündə cəmləşdirir.
2001-ci iləqədər Dövlət Başçılarının iclaslarında daha çox təhsil, social-mədəni sahələrin inkişafı daha çox ön plana çıxırdı. “On min tələbə” layihəsi, Qazaxıstanda Ahmet Yesevi Universitetinin yaradılması və Qırğızıstanda Manas Universitetinin yaradılması bu məzmunun nümunələridir.
Ankara, İstanbul, Bişkek, Daşkənd, Astana və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulan iclaslar 2006-cı ilə qədər reallaşa bilmədi. Nəhayət, 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində türkdilli ölkələrin dövlət başçılarının iştirak etdiyi Zirvə görüşündə imzalanan Naxçıvan sazişinə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) yaradılmışdır. Bu Şura fəaliyyətinin əsas məqsədi türkdilli ölkələrin əməkdaşlığına yardım etmək məqsədli yaradılan beynəlxalq hökumətlərarası təşkilatdır. Macarıstan müşahidəçi, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan təşkilatın üzv dövlətləridir.
TDƏŞ-in Naxçıvan sazişi ilə müəyyən edilmiş məqsəd və vəzifələrinə əaşağıdakılar daxildir:
– Şuraya daxil olan dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;
– Sülhün bərqərar edilməsi;
– Xarici siyasətdə ortaq yanaşmanın təşviq edilməsi;
– Beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;
– Ortaq maraq daxilində olan bütün sahələrdə regional əməkdaşlığın gücləndirilməsi;
– İnvestisiyalar və ticarət üçün əlverişli şəraitin yaradılması;
– hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
– elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;
– kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcədə daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;
– hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.
– Strukturu:
– TDƏŞ-in öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:
– -Dövlət Başçıları Şurası;
– -Xarici İşlər Nazirləri Şurası;
– -Yüksək Vəzifəli Şəxslər Komitəsi;
– -Ağsaqqallar Şurası;
– -Katiblik;
– -Koordinasiya Komitəsi;
– -Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisi.
– Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər TDƏŞ-ə sədrlik edir.
Türk dövlətləri arasında inteqrasiya və əməkdaşlıq 2 fərqli yöndə inkişaf etmişdir. Bunlardan biri, Türkiyənin inteqrasiya və digər əməkdaşlıq fəaliyyətlərində ön planda olmasıdır. Digəri isəTürkiyənin daxil olmadığı ancaq, Azərbaycanı da əhatə edən Orta Asiya Türk dövlətlərinin əməkdaşlıq səyləridir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası eyni dilde danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümum türk birliyinin yaranması məqsədi daşıyır.
Yeni minillik türk dövlətlərinin inteqrasiyasında yeni üfiqlər açdı. Türkdilli dövlətlər arasında mədəni, sosial və siyasi-iqtisadi inteqrasiyanın tam mənası ilə inkişaf edir və güclənir. Türkdilli dövlətlər arasındakı yaxınlaşmalarda göz önündədir. Dünyada baş verən hadisələr milli-etnik kökü yaxın olan dövlətlərin bir-biriilə yaxınlaşmasını, hər tərəfli əlaqədə olmasını, yaxşı münasibətlər qurmasını şərtləndirməkdədir.
Türkdilli dövlətlərinin dünyanın xarici ticarətində tutduğu mövqeyə baxsaq, Türkmənistanda daxil olmaqla 5 Türkdilli dövlətin 2017-ci ildəki ümumi xarici ticarətdəki həcmi 146 milyard dollar, Türkiyə ilə birlikdə isə 536 milyard dollardır. MDB ölkələrinin ixracında isə 5 Türkdilli dövlət 16.1 %, dünyada 0.5 əmsalı ilə dəyərləndirilən paya sahibdir. Türkiyə daxil olduqda isə bu pay 1.4-ə qədər qalxır.
Bu statistik nümunələrdən aydın göründüyü kimi Türkiyə kimi güclü dövlətin iştirakı çox böyük əhəmiyyət kəsb edir. Bundan əlavə İpək yolu layihəsinin canlanmasında Türkiyənin yer aldığı dəhlizin də əhəmiyyəti böyükdür.
Türk Cümhuriyyətləri arasındakı inteqrasiya prossesini daha da artıran beynəlxalq təşkilatlardan biridə TÜRKSOY-dur.
Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib, nəhayət, 12 iyul 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalandı.
Bu təşkilatın yaradılmasında əsas məqsəd bu təşkilata daxil olan ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın və bir çoxunun hətta dinləri belə eynidir. Məlumdurki, bəzi türk xalqlarının dinləri müxtəlifdir, ancaq TÜRKSOY dil prinsipi üzərinə qurulmuşdur.
TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır.
Qalan 8 üzv isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tuva vəTatarıstan Respublikaları, Qaqauziya (Moldova) və Şimali Kipr Türk Respublikası) əsasən, müşahidəçi qismində iştirak edirlər. Amma təşkilat da hər bir üzv bərabər hüquqa malikdir.
Türkdilli dövlətlərin bir çox sahələrində, istər mədəniyyət, istərsədə iqtisadi sahədə inteqrasiya prossesini daha da artıran əməkdaşlıqlar varki, bunlarda olduqca böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıqlar sözü gedən bir çox beynəlxalq təşkilatlar vasitəsi yaranırki, bu təşkilatları daha da genişləndirmək lazımdır. Türk Şurasının üzvü olan Azərbaycan da qardaş ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərə böyük əhəmiyyət verir.
Azərbaycan üzv ölkələr arasında qarşılıqlı inamın gücləndirilməsi, region və region xaricində sülhün qorunması, ortaq maraqları əhatə edən səmərəli iş birliklərinin təşviqi, ticarət və sərmayələr üçün müsbət şəraitin yaradılması kimi təşkilatın bütün məqsədlərinə sadiqdir.
Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. 18 oktyabr 1991-ci il tarixində müstəqillik aktı qəbul edən Azərbaycan respublikasını Türkiyə bir ay keçmədən, yəni noyabrın 9-da tanıyan ilk dövlət oldu. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı. Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur.Hər iki ölkədə prezident seçilən dövlət başçısının birinci olaraq qardaş respublikaya getməsi ənənəvi hal alıb və simvolik əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri bölgədə sabitlik və sülhün qurulmasına xidmət edir, heç bir ölkəyə təhdid yaratmır.
Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Azərbaycan – Türkiyə qardaşlığı və onların birgə fəaliyyəti regional aləmdə çox önəmli amildir. Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir. Ortaq kök, din və dil birliyi, bundan əlavə həmçinin oxşar mədəniyyət, adət və ənənələrin də olması bu amili şərtləndirən əsas cəhətlərdəndir. Hətta tarixə nəzər salsaq, görərik ki, Azərbaycan və Türkiyə özlərinin ən mürəkkəb və çətin dövrlərində hər zaman bir – birlərinə dəstək olmuş və bu dəstəyi daima nümayiş etdirmişlər. Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsində hər iki ölkənin həm yüksək vəzifəli şəxslərinin, həm də dövlət xadimlərinin böyük rolu olmuşdur.
Hətta tarixə nəzər salsaq, görərik ki, Azərbaycan və Türkiyə özlərinin ən mürəkkəb və çətin dövrlərində hər zaman bir – birlərinə dəstək olmuş və bu dəstəyi daima nümayiş etdirmişlər. Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsində hər iki ölkənin həm yüksək vəzifəli şəxslərinin, həm də dövlət xadimlərinin böyük rolu olmuşdur. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin qarşılıqlı etimad və inam əsasında inkişaf etdirilməsi bugünkü günümüzə qədər “Bir millət, iki dövlət” ifadəsinin əks etdirdiyi reallığı təsdiqləyir. Bu gün Türkiyə-Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələr uğurla inkişaf edir.

Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir