Hong Kong Karmaşası

XOCALIYA BAĞLANTIMIZ ONU AZAD EDƏCƏK!

Lavrov: Dağlık Karabağ’daki anlaşmayı şüphe altında bırakmayın

«Россия никогда не говорила, что протянет Турции «оливковую ветвь мира»

Murtəza Həsənoğlu: Yeni İnformasiya-Kommunikasiya Texnologiyalarının Cəmiyyətin İnkişafına və İctimai Həyatına Təsiri

Gündem 28 Ocak 2021
113

Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir.İnsan həyatının bir çox sahəsinə təsir edən və müxtəlif yollarla istifadə olunan yeni informasiya-kommunikasiya texnologiyalarına sahib insanlar və bu texnologiyalarda mühüm yer tutan sosial media platformaları ilə insanlar fikirlərini düşüncələrini açıq bir şəkildə ifadə edə bilmək fürsət eldə edirlər və istədikləri çox şeyi dərhal digər insanlarla paylaşa bilərlər.
Sosial Media Xüsusiyyətləri
Sosial media internet texnologiyası, yeni mediadan bəslənir və fərdliyi ön plana çəkir. Geribildirimin tez bir zamanda yaşandığı və alıcı ilə donor arasındakı fərqi ortadan qaldırdığı sosial medianın xüsusiyyətləri aşağıdakı kimi sıralana bilər:
Qarşılıqlı əlaqə: Sosial medianın istifadəçilərinə təqdim etdiyi ən əsas xüsusiyyətlərdən biri qarşılıqlı əlaqədir. Sosial mediada təsir və reaksiya eyni zamanda qarşılıqlı olaraq baş verir. Bu səbəbdən sosial media birtərəfli deyil, ikili funksiyaya malikdir. Qarşılıqlı təsir nəticəsində alıcı ilə mənbə arasındakı fərq tədricən aradan qalxır. Ənənəvi mediada, mənbə və ya göndərən ümumiyyətlə, kütlələrin göndərdiyi mesaja cavab haqqında heç bir rəy yoxdur.

Sosial Media növləri :
Sosial şəbəkələr,
Facebook (Social Network)
WhatsApp
Youtube (Social Network)
FB Messenger
WeChat (Messenger/Chat App/VoIP)
Instagram (Social Network)
Tumblr (Social Network)
QQ (Messenger/Chat App/VoIP)
Qzone (Social Network)
Sina Weibo (Social Network)
Twitter (Social Network)
Reddit (Social Network)
Skype
BaiduTieba (Social Network)
Viber (Messenger/Chat App/VoIP)
LinkedIn (Social Network)
SnapChat (Messenger/Chat App/VoIP)
Line (Messenger/Chat App/VoIP)
Telegram (Social Network)
Pinterest
Bloglar (Vebloglar),
Vikilər,
Podcastler,
Forumlar,
Video Paylaşma Saytları,
Foto Paylaşma Saytları,
Bookmarking,
Mikro Bloglar.
Ünsiyyət insana xas olan ən təbii xüsusiyyətlərdəndir. Mövcud olduqları ilk zamanlardan insanlar ünsiyyət qurmağa, müəyyən məsələlərdən bir-birlərini xəbərdar etməyə çalışmışlar. Qədim dövrdən bugünə qədər olan təkamül prosesi təbii olaraq insanların ünsiyyətində də özünü büruzə vermişdir. Hələ qədim zamanlarda məlumatı ötürmək üçün istifadə olunan tüstü siqnalı, daşıyıcı göyərçin, teleqraf kimi vasitələrin yerini tədricən elektron cihazlar tutmuşdur.
Bəşəriyyət yarandığı gündən tarix bir neçə inqilaba şahidlik etmişdir. Bunlardan ən sonuncusu informasiya-kommunikasiya texnologiyaları inqilabıdır.
İnformasiya-kommunikasiya texnlogiyaları dedikdə, məlumatı yaratmaq, saxlamaq, idarə etmək və yaymaq üçün istifadə olunan texnologiyalar nəzərdə tutulur. Ümumilikdə, informasiya texnologiyaları rabitə və kompüter sistemləri ilə əlaqələndirilə bilən bütün informasiya xidmətləri üçün istifadə edilən bir anlayışdır. Başqa sözlə, bu konsepsiyanı kompüterin texniki və proqram təminatı ilə məhdudlaşdıra bilmərik.
İnformasiyanın həcminin davamlı olaraq artması, bir sıra əməliyyatların daha qısa müddətdə yerinə yetirilməsinə ehtiyac yaranması infomasiya-kommunikasiya texnologiyalarından istifadənin başlanmasının əsas səbəbi olmuşdur.
İnformasiya əldə etmək üçün qoyulan sərmayələr elmin sürətlə inkişaf etməsi ilə nəticələnmişdir. Avropa Komissiyasının verdiyi məlumata görə informasiya-kommunikasiya texnologiyaları sahəsi bütün Avropa iqtisadiyyatından daha sürətlə inkişaf etməkdədir.
Bugün gündəlik həyatımızın ayrılmaz parçası halına gəlmiş informasiya-kommunikasiya texnologiyalarının keçdiyi inkişaf yoluna nəzər saldıqda beş əsas mərhələ ilə qarşılaşırıq.
İnformasiya-kommunikasiya texnologiyalarının təkamülündə ilk mərhələ II Dünya Müharibəsi zamanı təqribən 5 ton çəkisi olan elektromaqnit kalkulyatorun hazırlanması ilə müəyyən edilir. 1947-ci ildə tranzistorların icadı daha kiçik lakin çoxfunksiyalı kompüterlərin inkişafına gətirib çıxardı.
İKT təkamülünün ikinci mərhələsi XX əsrin 70-ci illərində fərdi kompüterlərin inkişafı ilə əlaqələndirilir. Çip texnologiyasının inkişafı və maqnit disklərin istehsalı nəhəng kompüterləri fərdi kompüterlər adlanan masaüstü kompüterlərə çevirdi. Bununla da yazı, mühasibat və qrafika işləri daha əlçatan, daha rahat olmağa başladı.
Üçüncü mərhələmikroprosessorların inkişafı ilə əlaqədardır. Mikroprosessor çoxməqsədli, proqramlaşdırıla bilən cihaz olub, rəqəmsal məlumatları giriş olaraq qəbul edir, yaddaşındakı təlimatlara uyğun olaraq onları emal edir və nəticə kimi təqdim edir.
İKT təkamülünün dördüncü mərhələsi şəbəkələşmə ilə bağlıdır. Müdafiə və təhsil sahəsi üçün kiçik coğrafi ərazidəki kompüterlərin birləşdirilməsindən internet vasitəsiylə dünya miqyaslı nəticələrə yol açan birləşdirməyə keçid İKT sahəsindəki inkişafın əhəmiyyətli göstəricilərindəndir. Bu məsafə əngəlinin aradan qaldırılmasına, dünyanın “qlobal kənd” adlandırılmasına gətirib çıxardı.
İnformasiya-kommunikasiya texnologiyalarının təkamülünün beşinci mərhələsi simsiz əlaqə (WiFi) ilə bağlı olub indiki dövrü nəzərdə tutur. Bu mərhələ mobil telefonların icadı ilə başlamışdır. İlk mobil telefonlar böyük və həcmli idi. Ölçüdə azalma funksiyaların genişlənməsi ilə müşayiət olundu. Hal-hazırda bu telefonlar danışmaq, mesaj ötürmək, axtarış, araşdırma etmək, eləcə də, şəkil, musiqi, naviqasiya üçün istifadə olunur.
Keçdiyi təkamüllər informasiya-kommunikasiya texnologiyalarının insanlar üçün əhəmiyyətini daha da artırmış, onları dünya bazarının ən tələbatlı məhsulu halına gətirmişdir.
​Bugün durmadan inkişaf edən informasiya-kommunikasiya texnologiyaları qlobal dünya modelinin mərkəzində dayanaraq bu sistemin özünü yenidən yaratmasını təmin edir. Müasir dünyada İKT inqilabi dəyişikliklərə səbəb olur. Bu texnologiyalar ölkələrin birinci və ya üçüncü sinif olduğunu müəyyənləşdirə biləcək qədər böyük əhəmiyyətə malikdir. (8)İnformasiya-kommunikasiya texnologiyalarının gücləndirdiyi yeni dünya düzəni məkan və zaman anlayışlarını aşmaqdadır.
Yeni texnologiyaların kütləvi informasiya vasitələri üzərində tətbiqiinsanların məlumat əldə etməsini olduqca asanlaşdırmışdır. Belə ki, informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə məlumatlar ənənəvi yollara nisbətən qat-qat daha sürətli bir şəkildə istənilən nöqtələrə çatdırıla bilər. Təbii ki, sözügedən texnologiyaların əhəmiyyəti bununla yekunlaşmır. İnformasiyanın güc, kommunikasiyanın isə zərurət halına gəldiyi müasir dövrdəİKT, demək olar ki, həyatımızın hər sahəsində istifadə olunur. Təsadüfi deyil ki, XXI əsrin cəmiyyəti ilə bağlı “məlumat cəmiyyəti”, “informasiya cəmiyyəti”, “postindustrial cəmiyyət” kimi ifadələr işlədilməkdədir. Rəqəmsal texnologiyalardakı gözqamaşdırıcı yeniliklər, onların insanların sosial həyatındakı mövqe və münasibətləri üzərindəki təsirləri bütün bu ifadələrin həm təməlini, həm də ortaq nöqtəsini təşkil edir.
İnformasiya-kommunikasiya texnologiyaları insanlara sosial şəbəkələrlə yanaşı ictimai həyatda önəmli olan bir sıra tətbiqlərdən də istifadə imkanı yaradır. Bu cür tətbiqlərdən biri bugün demək olar ki, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr tərəfindən istifadə olunan elektron hökumətdir.
Əsas vəzifəsi vətəndaşlara xidmət göstərmək olan dövlət qurumlarının bu məqsədi üçün vətəndaşları onların həyatını asanlaşdıracaq xidmətlərlə təmin etmək çox vacibdir. Elektron hökumət də bunun bir nümunəsidir. “Rəqəmsal dövlət”, “e-hökumət” olaraq da adlandırılan elektron hökumət dövlətin öz fəaliyyət və xidmətlərində informasiya texnologiyalarından istifadə etməsini nəzərdə tutur. ).Bu istifadə nəticəsində klassik dövlət xidməti anlayışındakı kağız əsaslı formlar, bürokratik mərhələlər və günlərlə davam edən əməliyyatlar elektron formada bir neçə dəqiqə içərisində yerinə yetirilir. Beləliklə, informasiya texnologiyalarından dövlət xidmətləri sahəsində istifadə çox sadə və ya qarışıq əməliyyatların vətəndaşlar üçün qısa müddətli və asan həllini əlçatan etmişdir.
İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətə, ictimai həyata təsirlərindən bəhs edərkən bu təsirləri ayrı-ayrı fərdlər, təhsil və biznes sahəsi üzərindən araşdırmaq daha məqsədəuyğun hesab olunur.
Yeni informasiya-kommunikasiya texnologiyaları ayrı-ayrı fərdlərin, beləliklə də, cəmiyyətin həyatına olduqca əhəmiyyətli təsir göstərir. Sözügedən təsirləri müsbət və mənfi təsirlər olaraq iki qrupa ayırmaq olar. İnformasiya-kommunikasiya texnlogiyalarının insanların gündəlik həyatındakı müsbət təsirlərinə adətən aşağıdakılar aid edilir:
Gündəlik cədvəl idarəetmə. İnsanlar İKT vasitəsi ilə öz gündəlik cədvəllərini qura, onları burada saxlaya və idarə edə bilərlər. Bundan əlavə, İKT insanlar üçün onlayn bankçılıq, onlayn ödəmə, alış-veriş xidmətləri də təklif edir. Bütün bu xidmətlər insanlara vaxta qənaət etmək imkanı yaradır.
Sosial əlaqələr. İnformasiya-kommunikasiya texnologiyaları insanlara dünyanın istənilən yerindəki insanlarla ünsiyyət qurmağa, münasibət formalaşdırmağa imkan verir. İnternet istifadəsi və kommunikasiya kanalları, elektron poçt, sosial şəbəkələr, telefonlar insanların bir-birləriylə məsafə əngəlini aradan qaldıraraq ünsiyyət qurmalarını təmin edir. Bununla onlar həm vaxta, həm də pula qənaət etmiş olurlar. Bülleten lövhələr və müzakirə qrupları eyni anda xeyli sayda insanla ünsiyyət qurmağa şərait yaradır.
İnformasiya paylaşılması. İnformasiya-kommunikasiya texnologiyalarının fərdlər üzərindəki ən mühüm təsiri informasiyaya əlçatanlığın təmin edilməsi olmuşdur. Bugün demək olar ki, bütün informasiyalar barmaqlarımızın ucundadır. Biz məkan və zamandan asılı olmayaraq istənilən informasiyanı əldə edə, eləcə də, onu başqa insanlarla paylaşa bilərik. İnformasiyanın paylaşılması ilə müxtəlif mədəniyyətləri, dinləri, ideologiya və həyat tərzlərini özündə birləşdirən “qlobal şüur” inkişaf edir ki, bu da insanlar arasında açıq fikirliliyi və qarşılıqlı hörməti inkişaf etdirir.
Öyrənmədə inkişaf.İnformasiya-kommunikasiya texnologiyaları fərdlər üçün distant təhsil almaq, onlayn təlim və seminarlarda iştirak etmək imkanı yaradır. İKT vasitəsilə tələbələr dünyanın müxtəlif yerlərindəki təlim, tədris proseslərinin bir hissəsi ola bilərlər.
Asudə vaxtın təşkili. İnformasiya-kommunikasiya texnologiyaları həm də əyləncəyə çıxışı təmin edir. İKT vasitəsilə insanlar onlayn oyunlar oynaya, söhbət edə, videolar, filmlər izləyə, musiqi dinləyə bilərlər.
Fərdi məşğulluq.İnformasiya-kommunikasiya texnologiyaları fərdi məşğulluq sahəsində də bir sıra imkanlar yaradır. Belə ki, insanlar heç bir məkana ehtiyac olmadan öz onlayn bizneslərini qura, məhsul alışı və satışı ilə məşğul ola, həmçinin reklam işləri görə bilərlər.
Sağlam (kağızsız) ətraf mühit.İnformasiya-kommunikasiya texnologiyaları adətən məlumatların işlənməsi və saxlanması prosesində kağızların funksiyasını yerinə yetirir. İKT-dən istifadə yazı işləri üçün daha az kağızın sərf olunmasına gətirib çıxarır ki, bu da ağacların qorunması vəsağlam ətraf mühitə sahib olmağımızla nəticələnir.
Bütün bu müsbət təsirlərlə yanaşı, təəssüf ki, informasiya-kommunikasiya texnologiyaları fərdlərin gündəlik həyatı üzərində bəzi mənfi təsirlərə də sahibdir. Sözügedən təsirlərə aşağıdakılar aiddir:
Canlı (üz-üzə) ünsiyyətin azalması.Hazırkı dövrdə insanlar canlı ünsiyyətdən daha çox onlayn ünsiyyətə üstünlük verirlər ki, bu da bir çox hallarda onlarda introvertliyə olan meylin artmasına səbəb olur. Digər bir məhdudiyyət isə, elektron poçt və sosial şəbəkədən istifadə etdikdə, insanların öz fikirlərini, nə hiss etdiklərini tam olaraq ötürə bilməməsi ilə bağlıdır.
Sosial təcrid.İnternet insanlar arasındakı fiziki məsafənin azalmasına gətirib çıxarsa da, müəyyən mənada, onlar arasındakı emosional məsafənin artmasına səbəb oldu. Bugün əksər insanlar demək olar ki, öz ailə və dostları ilə real ünsiyyət qurmaq barədə unudub və həmişə öz virtual dünyalarında “məşğuldurlar”. Təəssüf ki, böyüklərlə yanaşı uşaqların da virtual dünyada çox vaxt keçirməsinə rast gəlinir ki, bu da bir çox hallarda onların yanlış düşüncələri mənimsəmələri ilə nəticələnir.
Fiziki aktivliyin azalması və sağlamlıq problemləri.İnformasiya-kommunikasiya texnologiyalarından istifadə insanları oturaq həyat tərzinə alışdırır. Bunun davamlı hal alması isə baş ağrısı, fiziki və zehni yorğunluq, gözlərdə yorğunluq və zədə, şəkərli diabet, onurğa sütunu və ürək xəstəlikləri kimi ciddi problemlərə gətirib çıxara bilər.
İş itkisi. İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə, bir sıra mexaniki işləri icra edə bilirlər ki, bu da həmin işləri icra edən şəxslərin işsiz qalmalarına səbəb olur.
Təhlükəsizlikdə risklər. Hər bir İKT cihazı xüsusi texnologiya və internet əlaqələrindən istifadə edir. Bəzən cihazdakı məlumatlar viruslar səbəbi ilə zədələnə və ya sosial şəbəkə saytlarından istifadə nəticəsində şəxsi məlumatlar oğurlana bilər. Bundan əlavə onlayn ödənişlər zamanı insanlar fırıldaqçılarla qarşılaşa, öz pullarını itirə bilərlər.
Sadalanan mənfi təsirlərə baxmayaraq informasiya-kommunkinasiya texnologiyaları cəmiyyətin, ictimai həyatın inkişafına olduqca əhəmiyyətli töhfələr vermişdir. Məlumdur ki, sağlam cəmiyyətin formalaşmasında təhsil mühüm rol oynayır. Buna görə də, informasiya-kommunkinasiya texnologiyalarının cəmiyyət üçün əhəmiyyəti onların təhsil sahəsinə təsirlərini araşdırdıqda daha aydın formada üzə çıxır.
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə təhsil sistemini daha da uğurlu etmişdir. İKT sayəsindəməlumatlar ucuz və asan əldə oluna, rahatlıqla paylaşıla bilir ki, bütün bunlar tələbə və şagirdlərin kitab yükünü azaldır. Bugün internet illər əvvəl məhdud sayda, bahalı olan kitab və jurnalları əldə etməyə, paylaşmağa imkan yaradır.
Təhsil sahəsindəİKT-dən istifadə təhsil müəssisələrində şagirdlərin, tələbələrin, işçi heyətin məlumatlarını (məsələn, davamiyyət, kurs işi, iş qeydləri, əmək haqqı məlumatları və s.)saxlamaq, müəllim və şagirdlər üçün məktəb sistemlərinin idarəsi, eləcə də işi asanlaşdırmaq, vaxta qənaət etmək məqsədi daşıyır.
Ümumilikdə, informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsi üzərindəki təsirlərinə aşağıdakıları aid etmək olar:
Simulyasiyalar. Kompüter simulyatorları və prototipləri laboratoriyalarda edilməsi mümkünsüz görünən (xüsusilə, tibb və mühəndislik sahələrində) təcrübələri həyata keçirmək üçün istifadə oluna bilər.
Distant təhsil və e-təlim. XIX əsrdə informasiya-kommunikasiya texnologiyalarının bir sıra maneələri aradan qaldırması artıq adi hal almışdır. Sözügedən maneələrdən biri də məsafə maneəsidir. Belə ki, fərd tədris prosesinin olduğu yerə getmədən İKT vasitəsilə olduqca rahat şəkildə dərslərdə iştirak edə bilər.
Məzmunun daha yaxşı çatdırılması. Təlim-tədris prosesində İKT-dən istifadə məlumatı öyrənənlərə daha aydın şəkildə ötürməkdə olduqca faydalıdır.Məsələn, interaktiv lövhə vasitəsilə görüntülü məlumat təqdim etmək şagirdlərin diqqətini çəkməyə, onların diqqətini uzun müddət mövzu üzərində saxlamağa kömək edir.
Fərdiləşdirilmiş öyrənmə. İKT tələbələrin fərdi ehtiyaclarına uyğun tapşırıqlar əldə etməsinə kömək edərək onların fərdi öyrənmə prosesini formalaşdırır (məsələn, rəqəmsal portfoliolardan istifadə).
Kompüter dəstəkli proqramlar. Bunlar sağlamlıq imkanları məhdud olan – görmə, eşitmə, danışma məhdudiyyəti olan şəxslərin öyrənmə prosesinin təşkili üçün hazırlanan informasiya-kommunikasiya texnologiyalarıdır.
İnformasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsində yaratdığı bütün bu imkanlar inkişaf etmiş, bilikli fərdlərdən ibarət sağlam cəmiyyətin formalaşdırılması üçün olduqca əhəmiyyətlidir. Bu texnologiyaların əsaslı dəyişiklik yaratdığı həyat sferalarından biri də biznes, iş mühitidir.
Müasir dünyada dəyişikliklərlə ayaqlaşa bilməyən qurum və təşkilatlar yox olmaq təhlükəsi ilə üz-üzə qalmaqdadır. Qlobal rəqabət İKT və internetin yaratdığı imkanlarla birlikdə daha da artmaqdadır.
İnformasiya-kommunikasiya texnologiyaları cəmiyyətdə biznesin icra üsullarını olduqca inkişaf etdirmişdir. Belə ki, bu texnologiyalardan əvvəl şirkətlərdə yazılar kağız üzərində işlənir, məlumatlar kağızlarda saxlanılırdı ki, bu da xeyli yer tuturdu. Lakin kompüterin ixtirası ilə müəssisələr məlumatların həm elektron formada hazırlanmasına, həm də bu formada saxlanmasına keçid etdilər.Elektron saxlama sistemi olduqca böyük saxlama tutumuna malik olmaqla yanaşı, həm də fiziki olaraq çox kiçik yer tutur.
İnformasiya-kommunikasiya texnologiyalarının biznes sahəsindəki faydaları bununla kifayətlənmir. Belə ki, İKT həm də qurumların istehsalçı və istehlakçılarla daimi əlaqədə olmasına, davamlı olaraq dəyişən bazar fürsətlərindən xəbərdar olmalarına, təşkilatın strukturunun dəyişən şərtlərə qısa zamanda uyğunlaşmasınıa imkan yaradır, istər təşkilatdaxili, istərsə də təşkilatlararası əlaqələrin qurulmasını asanlaşdırır. Bütün bunlardan əlavə, bazara məhsul çıxarmaq, müştəri qazanmaq, daimi müştəriləri çoxaltmaq üçün yeni yolların təklif olunması da informasiya-kommunikasiya texnologiyalarının biznes və sahibkarlıq sahəsinə verdiyi faydalardandır.
Beləliklə, İKT sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində, ümumiyyətlə işgüzar sahədəyeni və səmərəli üsullar təqdim etməklə bu sahədə fəaliyyət göstərən müəssisələrin məhsuldarlığını və dayanıqlılığını artırır.
​Göründüyü kimi, bugün həyatımızın ayrılmaz hissəsinə çevrilən informasiya-kommunikasiya texnologiyaları​ictimai həyatın ayrı-ayrı sahələrinə təsir göstərir. İstər fərdlər, istərsə də təhsil, biznes və digər bütün sahələrdən hansına yönəlməsindən asılı olmayaraq bütün bu təsirlər cəmiyyətin inkişafında olduqca əhəmiyyətli rol oynayaraq əsaslı dəyişikliklərə gətirib çıxarır.
Xüsusilə yeni bir media vasitəsi olaraq təyin olunan “sosial media”nın bugünkü cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni həyatına təsirləri çox yönlüdür. Sosial paylaşım şəbəkələri fərdlərin və xüsusən gənclərin bir-biri ilə görüşdükləri, bir-birlərini anladıqları, izlədikləri və tanıdıqları yerlərdir. Sosial media həm bir sosiallaşma sahəsi, həm də real həyatdan uzaqlaşılsada, eyni zamanda bir asosiallaşma sahəsidir.

Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti , siyasi elmlər üzrə fəlsəfə doktoru

Yorumlar