KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Murtəza Həsənoğlu: Azərbaycanda Dövlət İdarəçiliyi Sahəsində İnnovativ İslahatlar Və Rəqəmsallaşma (Digitallaşma)

Murtəza Həsənoğlu: Azərbaycanda Dövlət İdarəçiliyi Sahəsində İnnovativ İslahatlar Və Rəqəmsallaşma (Digitallaşma)

Kafkassam Editör Kafkassam Editör - - 30 dk okuma süresi
435 0

Azərbaycan Respublikası suverenlik əldə etdikdən, müstəqilliyin bərpasından sonra yeni iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İslahatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin «Hüquqi islahatlar komissiyasının yaradılması haqqında» Sərəncamının (1996) və «Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərmanının (1998) müstəsna rolu olmuşdur.
Azərbaycanın iqtisadi, siyasi, sosial, hüquqi sahələrində köklü dəyişikliklə aparılmış, hakimiyyət sistemində, mülkiyyət münasibətlərində yenidənqurma prosesi getmiş, müasir dövlət idarəetmə sistemi formalaşmışdır.
Dövlət cəmiyyətin siyasi təşkilatı, siyasi qurumu, ya da daha dar şəkildə qurumlar hökuməti kimi xarakterizə olunur . O öz məqsədi ilə digər sosial qruplardan seçilən insan birliyinin bir formasıdır. Dövlət ən geniş şəkildə mübahisələrin qanun şəklində həll edilməsi vasitələri ilə əlaqədar fərdlərin birliyindən ibarətdir. Bununla yanaşı, burada bir çox yeni anlayışlarda vardır ki, bunlardan biri dövlətçilik anlayışıdır.
Dövlətçilik ölkənin ən mühüm fundamental dəyəridir. Dövlət idarəçiliyi müasir cəmiyyətin həyatında əsas rol oynayır. Onun ölkələrin sosial-iqtisadi inkişafına güclü təsirinin olması mütəxəssislər tərəfindən dəfələrlə qeyd olunmuşdur. Eyni zamanda dünya təcrübəsində dəbir sistemin fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır. Dövlət idarəetməsi ölkənin vəziyyətini və onun gələcəyinimüəyyən edir. Ənənəvi olaraq, ictimai təşkilatların bir hökumətə, rəsmi olaraq ictimai maraqlara xidmət etdiyi rəsmi tənzimləmələri təyin etmək üçün istifadə edilən bir termindir.
Dövlət idarəçiliyi liderlərin birlikdə irəliləməsi və müsbət dəyişikliyin təsiri üçün cəmiyyətə xidmət etdiyi bir sahədir. Dövlət idarəçiliyində mütəxəssislər bütün səviyyələrdə, həm də qeyri-kommersiya təşkilatlarını idarə etmək bacarıqlarına sahibdirlər . Layihə rəhbərliyi və proqram idarəçiliyi kimi dövlət idarəçiliyi sahəsində istifadə olunan bacarıqlar çox vaxt özəl sektora ötürülə bilər. Hal hazırda baş vermiş hər bir dəyişiklik cəmiyyətin bütün vacib sferalarına təsir göstərir. Eyni zamanda, bu dəyişikliklər ölkənin dövlət idarəetməsini və onun rolunu əhəmiyyətli dərəcədə artırır.
Dövlət idarəetməsi onun sosial-siyasi funksiyası olub, ictimai həyatın bütün sferalarında, davamlı inkişafın formalaşmasında, dövlət qulluğunun tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir. İdarəetmədə səmərəli fəaliyyəti həyata keçirmək və vətəndaş məmnunluğunu təmin etmək üçün hər zaman yeniliklər etmək lazımdır. Bunu da yalnız islahatlar vasitəsilə həyata keçirmək mümkündür. Bu baxımdan, dövlət idarəçiliyinin təmin edilməsində innovativ texnologiyaların tətbiqi başlıca şərtdir.
Dövlət idarəçiliyi sahəsində tətbiq olunan innovasiyalar həmdə meydana çıxan problemlərin aradan qaldırılmasınında istifadı olunan yeni bir tətbiq kimi anlamaq olar. Bununla da, dövlət idarəçiliyində innovasiya dedikdə, problemlərin aradan qaldırılmasının daha yaradıcı metodlarının yaranması başa düşülür. Dövlət idarəçiliyi sahəsində bu texnologiyaların tətbiqi inzibati islahatların həyata keçirilməsi ilə sıx bağlıdır. Ümumiyyətlə, elmi ədəbiyyatda innovasiyanın mahiyyətinə dair yanaşmalar müxtəlifdir. O ingilis mənşəli olub, “innovation” sözündəndir, mənası yeniliklərin uyğunlaşdırılması deməkdir. Yəni hər hansı bir problemin həllində müasir dövrün tələblərinə uyğun cavab verəcək yeni üsulların yaranmasını nəzərdə tutur. A.Abbasov qeyd edirdi ki ” ilk dəfə XIX əsrdə bu anlayış mədəniyyətşünaslıq ilə bağlı elmi tədqiqatlarda bir mədəniyyətin elementlərinin digər mədəniyyətə aid olmasını ifadə edirdi.
İnnovasiya dövlət siyasətinin vacib bir amilidir: Hökümətlərin resurs məhdudluğu dövründə dövlət idarəçiliyində yaranan bu yenilik cəmiyyətin ehtiyaclarına uyğun bir hala gəldi. İnnovasiya konsepsiyası ilə bağlı ən qədim və ən vacib öhdəliklərdən biriXX əsrin 30-cu illərində fenomeni iqtisadiyyat modelinin mərkəzində yerləşdirən Avstriya iqtisadçısı İ.Şumpeter idi . Şumpeter, bu yeniliyi iqtisadi quruluş içərisində aramsız olaraq inqilab edən, köhnəni daim məhv edən, daima yeni bir quruluş yaradan və idarəetmənin dəyişməsi kimibir forma olduğunu nəzəriyyə etmişdir. Bu yaradıcı məhv prosesi kapitalizmin əsas həqiqətidir. Onun üçün yenilik, gündən-günə asılılıq fəaliyyətinin müqavimət fonunda reallaşan, yeni birşeyin yaradıcı bir tətbiqidir.
Ümumilikdə isə, innovasiyanın dərk edilməsinə dair bu yanaşmaların təhlili sonda belə bir fikir formalaşdırır ki, onun əsas məzmunu dəyişikliklərdən ibarətdir. Buna baxmayaraq, bu innovativ texnologiyaların tətbiqi nəticəsində onların kifayət qədər yaxşı təsirlərinin əldə edildiyi görünür. Bu da, öz növbəsində dövlət idarəçiliyinin səmərəliliyinin açıq göstəricisidir.
İnnovativ texnologiyanın intensiv inkişafı və ölkələrdə internet istifadəsinin sürətlə yayılması əvvəl özəl sektorun, daha sonra dövlət sektorunun diqqətini çəkdi. XX əsrin ortalarından başlayaraq artıq bütün dünyada informasiya texnologiyalarının getdikcə sürətli inkişafı, internetin bütün ölkələrin və bəşəriyyətin həyatına olduqca geniş yayılması və tez nüfuz etməsi ilə yeni bir inkişaf həyata keçirildi. Eyni zamanda, bir çox sosial-mədəni dəyişiklikləri də gətirdi . Beləliklə, dövlət xidmətlərinin göstərilməsində yeni bir çevrilmə dövrü başladı.Bunların əvvəlində rəqəmsallaşma gəlir.
20-ci əsrin sonunda başlayan və 2000-ci illərdə sürətlənən rəqəmsallaşdırma və rəqəmsallaşdırma prosesinin demək olar ki, hər sahədə köklü dəyişikliklərə səbəb olduğu müşahidə olunur. Rəqəmsal texnologiyaların məhsulu olan robotlar, ağıllı sistemlər, elektron ticarət, sosial media, elektron hökumət, mobil rabitə kimi tətbiqetmələrlə rabitə, bank və səhiyyə müəssisələri kimi xidmət sektorunun müxtəlif sahələrində böyük bir dəyişiklik yaşanmışdır. Bu dəyişiklik və çevrilmə əsasında texnologiyanın verdiyi işləri daha sürətli həyata keçirir və qərar proseslərində istifadə olunur.
Gartnerin lüğətinə görə: “Rəqəmsallaşma bir iş modelini dəyişdirmək və yeni dəyər formalaşdırma imkanlarını yaratmaq üçün rəqəmsal texnologiyaların istifadəsidir”. Rəqəmsal bir işə keçid prosesi rəqəmsal texnologiyalardan istifadə prosesidir. Beləliklə, rəqəmsallaşdırma prosesin səmərəliliyini artıraraq məlumatların şəffaflığını yaxşılaşdırır, eyni zamanda şirkətlərin də öz səviyyəsini yüksəltməyə kömək edir.
Eggers və Macmillan özlərinin hesabatında rəqəmsal inqilabın dörd əsas texnologiyanın kəsişməsindən ibarət olduğunu vurğulamışdır [8, 6s]. Bu texnologiyalar sosial, mobil, analitik və bulud texnologiyalardır. Bu texnologiyalar sayəsində fərdlər və dövlət qurumları qabaqcıl analitik metodlardan və emosional təhlillərdən istifadə edərək kütlələrin gücündən istifadə etməyə başladılar və sosial şəbəkələr gündəlik həyatın bütün sahələrinə daxil oldu.
Dövlət idarəetməsinin rəqəmsallaşdırılması (digitallaşdırılması) dedikdə isə bu proses həm vətəndaşlar, həm də müəssisələr üçün yenilik, davamlılıq və yeni texnologiyaların potensialından istifadə etməyi hədəfləyənvə əsası qoyulan yeni bir strategiyadır. Bu yeni texnologiya idarələrin təşkili, həm də vətəndaşlar, müəssisələr və idarələr arasında münasibətlər üçün saysız imkanlar təqdim edir. Səmərəli və yenilikçi bir dövlət idarəsi vətəndaşlar üçün sürətli və keyfiyyətli xidmətlər təmin edir. Bu prosedurların və xidmətlərin rəqəmsal bir perspektivdə yenidən nəzərdən keçirilməsini, yenidən təyin edilməsini və vətəndaş cəmiyyətinin məlumat və xidmətlərə pulsuz çıxışını təmin etmək deməkdir.
Dövlət idarəetməsinin rəqəmsallaşdırılması dedikdə “rəqəmsal vətəndaşlıq” termini də ortaya çıxır. Bu rəqəmsal texnologiya vətəndaşlar, müəssisələr və dövlət idarəçiliyi arasındakı münasibətləri sadələşdirməyi hədəfləyir. Rəqəmsal vətəndaşlıq dedikdə, vətəndaşların və müəssisələrin rəqəmsal rejimdə onları maraqlandıran bütün məlumatlara, sənədlərə və xidmətlərə giriş hüququ müəyyən edilir.
2016-cı il İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələrdə fərdlərin təxminən 36% -i dövlət orqanlarının veb saytları vasitəsilə doldurulmuş forumlarındaiştirak etdilər. Sonrakı illərdə də fərdi şəxslər tərəfindən rəqəmsal dövlət xidmətlərindən istifadədə kəskin bir artım olmuşdur və bu göstərici orta hesabla üç dəfə artmışdır. Bu göstəricilər rəqəmsal xidmətlərinvətəndaşların təqdimetmə bacarıqlarınaa daha yaxşı təsir göstərdiyini və vətəndaşlar tərəfindən daha aydın mənimsədildiyini əks etdirir. Bununla yanaşı müxtəlif əhali qrupları arasında daa rəqəmsal dövlət xidmətlərinin istifadəsin davamlı fərqlər mövcuddur
Xülasə olaraq rəqəmsallaşdırma prosesinin iş həyatına və ya iş həyatının rəqəmsallaşdırılmasına təsiri olacağı aydındır. Rəqəmsallaşma son dərəcə vacib bir tendensiya olsa da, bu prosesin hara gedəcəyi ilə bağlı böyük qeyri-müəyyənliklər var. Çünki, proses və dəyişiklik hələ də davam edir.
Azərbaycanda Dövlət İdarəçiliyi Təcrübəsi Və Onun İnkişaf Yolu
Hər bir ölkədə cəmiyyətin və onun inkişafının ən mühüm göstəricisi innovasiya fəaliyyətinin vəziyyətidir.Bu baxımdan bu vəziyyətin nəzərə alınması, eləcə də bu fəaliyyətin ən son forması Azərbaycan Respublikasının prioritet məsələləri kimi müəyyən edilmişdir. Bu halda ölkənin ən mühüm vəzifəsi cəmiyyətdə və eləcə də ölkənin bir çox sahələrində bu məsələlərin səmərəliliyinin yüksəldilməsi və daim yeni vəziyyətdə saxlanılmasıdır.
Azərbaycanın dövlətçilik tarixi çox qədimdir, eyni zamanda idarəçilik mədəniyyətimiz qədim və zəngindir. Ona görə də bu dövləti qurarkən, müstəqilliyimizi yenidən bərpa edərkən biz dövlətçilik ənənələrimizə söykənmişik və bu sahədəki zəngin təcrübədən bəhrələnmiş, istifadə etmişik. Zaman keçdikcə bizim dövlətçilik təcrübəmiz də artmış, idarəçilik mədəniyyətimiz də getdikcə zənginləşmişdir. Təsadüfi deyildir ki, Azərbaycan torpağında bir vaxtlar Manna, Atropatena və Albaniya kimi güclü dövlətlər yaranmışdır. O zaman həmin dövlətlər idarəçilik sahəsində də müəyyən təcrübə qazanmışdılar.
Azərbaycan dövləti yeni tarixi şəraitdə müasir tələblərə cavab olaraq öz daxili və xarici siyasətini həyata keçirir. Burada əsas vəzifə mənəvi dəyərlərimizin qorunması, saxlanması və onun inkişaf etdirilməsi olmuşdur. Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən islahatlar siyasəti öz dəyərlərimizin qorunub saxlanılması və onun gələcək nəsillərə çatdırılması üçün böyük rol oynayır. Xalqımız azad və suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz mənəvi dəyərlərinə, milli-əxlaqi tarixinə qayıdır, həmçinin demokratik ölkələrin təcrübələrindən də istifadə edir
Ölkəmiz öz suverenliyini elan etdikdən sonra idarəetmə islahatlarının həyata keçirilməsinə cəhd etməyə başladı, lakin həyata keçirilən ilk cəhdlər bizim bu sahədə gözlənilən heç bir nəticəni vermədi. Heç şübhəsiz ki, bu həmin dövr ölkədə olan mövcud sosial, iqtisadi və siyasi durumla bağlı idi. Lakin xalqımızın mübarizsəi ilə yenidən hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyevin iradəsi və ölkə əhalisini birləşdirə bilmə bacarığı sayəsində bu vəziyyətə tədricən son qoyuldu. Beləliklə ölkədə sabitlik təşəkkül tapmağa başladı, yeni uğurlar əldə edildi. Bundan sonra artıqölkə demokratik prinsiplərə əsaslanan dövlət quruculuğu sahəsində inamlı addımlar atdı. Qısa müddətdə müstəqil bir çox mühüm sahələrdə böyük nailiyyətlər qazandı. Heydər Əliyevin bu sahədə olan zəngin təcrübəsi ölkəmizin bir çox mövqelərini möhkəmləndirdi. Bir sözlə, o ölkənin uğur strategiyasının əsasını qoydu.
Müasir dünyaya sürətlə inteqrasiya olan Azərbaycan Respublikasının demokratik inkişafı üçün mühüm olan hüquqi baza artıq yaradılmışdı. Ölkədə televiziya və radio kanallarının efirə çıxarılması, mətbuat orqanlarının sərbəst aktivliyi, siyasi partiyaların azad fəaliyyət göstərməsi və sairə bunun kimi hallar Azərbaycanda demokratiya ab-havasının hökm sürməsinin, fikir azadlığının və sairə konkret əyani nəticələridir. Vicdan və söz azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əsas insani və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, tolerantlıq mühitinin bərqərar olması əsl vətəndaş cəmiyyəti formalaşdırmaq üçün atılmış zəruri addımlardandır .
Azərbaycan Respublikasında dövlət qulluğu islahatlarının səmərəli və peşəkar şəkildə həyata keçirilməsi onun əsas prioritet istiqamətlərindən biridir. Məhz bunun nəticəsidir ki, ölkədə dövlət qulluğunun inkişafı, formalaşdırılması və genişləndirilməsi sahəsində əsaslı nailiyyətlər əldə edilib. Dövlət sektorunda olan dəyişikliklərin və inkişafı şərtləndirən proseslərin düzgün şəkildə müəyyən olması Azərbaycanda dövlət qulluğu sistemində islahatların uğurlu olmasına birbaşa təkan verir. Ölkədə bu və ya digər dərəcədə bir çox faktorlar dövlət qulluğu sahəsində qəbul edilmiş islahatlara təsir göstərmişdir. Eyni zamanda, xarici təcrübənin olması, onun daim bərqərar olması, sistemləşdirilməsi və Azərbaycan dövlətçiliyinə uyğun müəyyənləşdirilməsi bu sahədə daha konkret təkliflər, elmi-praktik tövsiyələrin verilməsinə gətirib çıxarmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Milli qanunvericilikdə “dövlət qulluğu” termini ilk dəfə 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyada hüquqi cəhətdən təsbit olundu. Konstitusiyada Azərbaycan vətəndaşlanna dövlət idarəetməsində iştirak və qulluğuna qəbul hüququnu verən aynca maddə vardır: Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər .
Dövlət qulluğu birbaşa dövlətlə vətəndaş arasında yaranan münasibətləri qaydaya salan bir hüquq sahəsidir .
Bunlari nəzərə alaraq, ölkədə dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsinin mühüm rolu olduğunu qeyd edə bilərik. Bu proses ümummilli lider Heydər Əliyevin “Hüquqi islahatlar komissiyasının yaradılması haqqında” Sərəncamının (1996) və “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərmanının (1998) cox əhəmiyyətli rolu olmuşdur. Komissiyanın yaradılması və onun fəaliyyəti idarəetmədə mühüm rou olmuşdur. O inkişafın yayılması, cəmiyyətin dəyişməsi və yeni iqtisadi-bazar münasibətlərinin formalaşması üçün mühüm addım idi. Bu bundan sonrakı bir çox fərman və sərəncamlar imzalanmasına və qanunların qəbul edilməsinə gətirib çıxarmışdır.
Dövlət qulluğunun fəaliyyəti və təkmilləşdirilməsi onunən vacib istiqamətlərindən biridir. Dövlət qulluğu elə bir mexanizmdir ki, cəmiyyətin bütün sistemləri ondan asılıdır.
Dövlət qulluğu sahəsində islahatların ən mühüm məqsədi cəmiyyətin maraqlarına xidmət edən yeni bir sektorun yaradılmasıdır.. Bu məqsədə nail olmaq peşəkar dövlət qulluğunun yaradılmasını, demokratik cəmiyyət standartlarına əsaslanan prosedurlarının tətbiq olunmasını tələb edir. Bu baxımdan dövlət qulluğu islahatlarının başlıca vəzifəsi aşağıdakılardan ibarətdir :
• dövlət qulluğunun normativ-hüquqi təminatının yaradılması;
• dövlət qulluğu sisteminin idarə olunmasının yaxşılaşdırılması;
• dövlət qulluğu vəzifələrinin mövcud təsnifatının təkmilləşdirilməsi;
• dövlət qulluqçularının hüquqi müdafiəsinin və siyasi neytrallığının təmin edilməsi;
• dövlət qulluqçularının stimullaşdırılması və motivasiyasının gücləndirilməsi;
• dövlət qulluğuna qəbul və qulluqda irəliləmə sisteminin təkmilləşdirilməsi;
• dövlət qulluqçularının və dövlət kadr ehtiyatlarının peşəkar təhsil və ixtisasartırma sisteminin yaradılması;
• dövlət qulluğu sistemində korrupsiya ilə mübarizəvə s.
Qəbul edilmiş digər vacib aktlardan biri də 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur . Bu sənəd Azərbaycanın Respublikasının idarə olunmasını, onun müstəqilliyinin möhkəmləndirilməsini, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsinə xidmət göstərir və ümumilikdə dövlət qulluğu ilə bağlı bütün məsələləri tənzimləyir. Bu Qanun Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq bilavasitə dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının mahiyyətini açıqlayıb.
Azərbaycanda müstəqil cəmiyyətin qurulması ilə yanaşı təhsil, hüquq, siyasi və s. bu kimi sahələrdə çoxlu sayda islahatlar qəbul edimişdir. İslahatların elan olunmasında nəzərdə tutulan ən əsas anlayışlar əlverişli şərait rejiminin yaradılması, dövlətin büdcəsindən əlavə maliyyənn ayrılması və beynəlxalq təşkilatlar tərəfindən əhəmiyyətli kömək göstərilməsi idi.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır . Bu mərkəzin yaradılmasında əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi, eləcə də dövlət qulluğu üçün kadrların seçilməsi, habelə dövlət orqanlarında vəzifə sahibi olmaq istəyən hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil etməkdir.
Eyni zamanda, bu mərkəz ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu prosesini həyata keçirir. Həmçinin dövlət siyasətinin formalaşdırılması, onun inkişaf etdirilməsi və daim bu prosesin fəaliyyətinin tənzimlənməsi üçün test imtahanları keçirir.
Bununla yanaşı, dövlət idarəçiliyində rəqəmsallaşdırma (E-Hökumət) da mühüm rol oynayır. Elektron Hökumət müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Azərbaycan Respublikasında rəqəmsallaşdırmanın həyata keçirilməsi istiqamətində fəaliyyətinə 2000-ci illərin əvvəllərində başlamışdır. Bu tətbiqin əsas məqsədi xidmət sahələrində dövlətlə vətəndaş arasında fəaliyyətin, məhsuldarlığın, şəffaflığın artırılmasını, vətəndaş iştirakına daha çox önəm verilməsi,eyni zamanda onları sadələşdirmək və daha rahat əlaqələr qurabilməsidir. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Bu fəaliyyət 2003-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya ”təsdiq edilməsi ilə başladı. Elektron hökümət və elektron xidmətlərin yaradılmasının təməli qoyuldu. Yeni qanunvericilik bazası yaradıldı və bunun üçün bir sıra qanuni tənzimləmələr edildi. Bu tənzimləmələrə Parlament səviyyəsində qəbul edilən qanunlar, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlar , Azərbaycan Respublikası Prezidentinin Fərmanları və beynəlxalq qanunlar olaraq qeyd etmək olar.
Qeyd edilən bu qərarlar arasında sisteminin qanunvericilik bazasının formalaşmasında ən böyük yardımçı “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən müəyyən sahələrdə e-Dövlət xidmətlərinin təqdim edilməsi qaydaları”nın və “ E-Hökumət xidmətləri siyahısı” nin təsdiq edilməsi haqqında qərardır (24 noyabr 2011).Bu qərar digər bir dövlət sənədinin icrasının təmin etmək üçün yaradılmışdır. Həmin dövlət sənədi isə “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may fərmanıdır .
Elektron hökümətin əsas fəaliyyət prinsipləri aşağıdakılardır :
● Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə riayət edilməsi;
● İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
● İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
● Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.
Elekron hökümət sistemindən bəhs edərkən burada ASAN xidmət və onun mərkəzlərini də unutmamalıyıq. Onlar Elektron Hökumət sisteminin ən vacib komponentlərindəndir. ASAN xidmət əhaliyə bir çox dövlət və özəl xidmətlərin göstərilməsini təmin edən nadir bir modeldir. Çünki bu mərkəzlər vasitəsilə vətəndaşların vaxt itkisinin azalması; peşəkarlıq səviyyəsinin artırılması; dövlətə etimadın gücləndirilməsi; dövlətdə şəffaflığın artırılması, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi; e-xidmətlərdən daha geniş istifadə olunması və s. bu kimi məsələlərin həllində iştirak edir .
Bu xidmət mərkəzinin ilk fəaliyyəti 2013-cü ildən başlamışdır. Hal-hazırda isə onun 20 mərkəzi fəaliyyət göstərir ki, onlardan 5-i Bakıda, 15-i isə digər bölgələrdə fəaliyyət göstərir. Bu mərkəzlər də vətəndaşlara dövlət orqanı ilə yanaşı, bir çox şirkət və müəssisələr tərəfindən də müxtəlif xidmətlər göstərilir. Eyni zamanda, bu mərkəzlərin gələcəkdə sayının daha da artırılacağı gözlənilir.
Buna baxmayaraq, mərkəzlərin olmadığı bölgələrdə də yaşayan vətəndaşlara xidmət göstərməyi özünə borc bilir. Bu ərazilərdə yaşayan insanlara xidmətlərin çatdırılması və onların heç bir yer getmədən vətəndaşların bir çox xidmətlərdən yararlanmalarının təmini üçün irihəcmli xüsusi avtobuslar vasitəsilə əhaliyə xidmətlər göstərilir. Bu innovativ metodların tətbiqi vəyeni ideyalar vasitəsi ilə dövlət insanlara göstərilən xidmətlərin keyfiyyətini artırmağa diqqət edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 14 yanvar 2019-cu il tarixdə struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Azərbaycanda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində atılan addımlar dinamik inkişafın yeni mərhələsinə və müasir tələblərinə uyğundur. Azərbaycanda struktur islahatları dövlət idarəçiliyində yeni paradiqmalar və yaxşı idarəetmə prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir.
Bununla yanaşı, Azərbaycan Respublikasının hərtərəfli inkişafı dövlət qulluğu sisteminin yenidən təkmilləşdirilməsini və onun effektivliyinin artırılmasını nəzərdə tutan dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri etmişdir. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025- ci illər üçün Strategiya” dövlət idarəetməsinin ən mühüm qəbul edilmiş qanunlarndan biridir.
Bu qanun əsas hədəfləri və bu hədəflərə çatmaq üçün lazım olan vacib tədbirləri müəyyən edən sənəddir. Onun ən əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin effektivliyini artırmaq, onun təkmilləşməsini həyata keçirmək, sürətli inkişafına təkan vermək və özündə bir çox müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət idarəçiliyini formalaşdırmaqdır. Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə kadr siyasəti, dövlət qulluqçuları və onların peşəkarlığının artırılması, dövlət qulluğunun informasiya təminatının təkmilləşdirilməsi sahəsində islahatlar aparılmasını nəzərdə tutur.
Dövlət idarəçiliyinin fəaliyyətinin tənzimlənməsi və həyata keçirilməsində innovativ islahatlardan, müasir texnologiyalardan və yeni prosedurlardan maksimum istifadə məsələsi hər zaman diqqətdə olmuşdur. Belə ki, dövlət sahəsində fəaliyət göstərən orqanlarda elektron xidmətlərin tətbiq ounması və inkişaf etdirilməsi üçündaim addımlar atılmaqdadır. Hal hazırkı dövrdə ölkəmiz siyasi, iqtisadi, və sosial sahələrdə özünəməxsus bir inkişaf forması ortaya qoymuş və özünün intensiv inkişaf dövrünü yaşayır. Ölkənin siyasətinin uğurla reallaşdırılmasında həyata keçirilmiş innovativ islahatlar başlıca alət kimi çıxış etmişdir.

Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti , siyasi elmlər üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir