KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Müharibə Ermənistan üçün faciə deməkdir

Müharibə Ermənistan üçün faciə deməkdir

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
294 0

Bu dəfə vəziyyət əvvəlkilərdən fərqli olacaq

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistan rəhbərliyinin mənfur siyasətinı və törətdiyi təxribatlara dair çox ciddi mesajlar verdi. Çünki Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və mövcud status-kvonu saxlamaq üçün çirkin təxribatlara əl atmaqda və vəziyyəti daha da gərginləşdirməkdə davam edir.

Məhz “Beynəlxalq Sülh Günü”ndə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində növbəti təxribata əl atması işğalçı ölkənin əsl niyyətinin sülh olmadığının əyani təsdiqidir.

Ermənistan rəhbərliyi unudur ki, Azərbaycan dövləti və xalqı istənilən təxribatın qarşısını almağa həm mənəvi-psixoloji, həm də hərbi və iqtisadi baxımdan tam hazırdır. Daxili və xarici siyasətdə ard-arda uğursuzluqlar yaşayan Ermənistan belə təxribatlarla özünü uçuruma aparır. Düşmənin cəfəng bəyanatları, təxribat xarakterli addımları faktiki olaraq danışıqları mənasız edib.

Ermənistanın çirkin əməllərindən biri də işğal edilmiş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma ilə demoqrafik vəziyyəti süni şəkildə dəyişmək cəhdidir. Dövlət başçısı müsahibəsində bu məsələyə də münasibət bildirib: “İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər”.

Prezident Ermənistan rəhbərliyinin təxribatçı əməllərinə ötən gün BMT-nin 75 illiyinə həsr edilmiş iclasda çıxışı zamanı da toxunub. Ölkə rəhbəri qeyd edib ki, Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı isə danışıqlar prosesinə ciddi zərbədir. Siyasi şərhçilərin fikrincə, Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin açıq mesajlarından ciddi nəticələr çıxartmalıdır. Əks təqdirdə, dövlət başçısının xəbərdarlıq etdiyi kimi, ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq.

Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən prosesləri “Şərq”ə analiz edən türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay müharibə ehtimalının ən üst səviyyəyə çatdığını deyib. Politoloqun sözlərinə görə, hər an Dağlıq Qarabağdan kənar hərbi əməliyyatlar başlaya, ermənilər növbəti təxribata əl ata bilər:

“Ermənilərin dövlət sərhədinə təcavüzü Azərbaycan üçün savaş səbəbidir. Qarabağ bölgəsindən kənarda adı qoyulmamış müharibə gedir. Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun iki üzvü – Rusiya və Fransa yaşanan proseslər qarşısında səssiz qalmamalıdır. İndiki vəziyyət əvvəlkilərdən fərqlidir. Müxtəlif iddialar səsləndirilir.

Bildirilir ki, həmsədr Fransa Şərqi Aralıq dənizində Türkiyəyə qarşı mübarizədə arzuladığı nəticəni ala bilmədiyi üçün əsas diqqəti Cənubi Qafqaza, Qarabağ cəbhəsinə yönəltməyə çalışır. Yəni Fransa və Birləşmiş Ərəb Əmirliyi Ermənistanı təxribat törətməyə, Azərbaycanı müharibəyə çəkməyə təşviq edir. Ancaq bu addımlar Ermənistan üçün təhlükəli nəticələr, ciddi fəsadlar doğura bilər. İndiki halda müharibə Ermənistan üçün faciə deməkdir. İşğalçı tərəf bəllidir. Qarabağ cəbhəsində hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycanın öz torpaqlarını azad etməsi üçün şans yaranacaq”.

Professorun sözlərinə görə, Türkiyənin Azərbaycana dəstəyi bölgədəki prosesləri yönləndirəcək:

“Regiondakı gedişat Rusiya üçün heç də arzuolunan deyil. Moskvanın nəzarətində olduğu deyilən Ermənistan Fransa və BƏƏ-nin təhriklərinə təslim olur. Bunun nəticəsi Kreml üçün də ürəkaçan olmayacaq.

Moskva ehtiyat edir ki, Belarusda yaşananlar Rusiya məkanına da sıçraya bilər. O səbəbdən işini şansa buraxmaq istəmir. Digər yandan isə Türkiyənin Şərqi Aralıq dənizindəki fəallığının önünü almağa çalışır. Türkiyə böyük ehtiyata malik qaz yataqları əldə edərsə və Avropa bazarına çıxararsa, Rusiya ən böyük enerji bazarını itirə bilər.

Bu baxımdan Fransa, ərəb dünyasını təmsil edən BƏƏ ilə birlikdə Türkiyənin diqqətini Cənubi Qafqaza çəkməyə çalışır. Azərbaycan ermənilərin Tovuz təxribatını və sərhədə təcavüzü əsas götürərək beynəlxalq ictimaiyyətdə və hüquqda mövqeyini daha da gücləndirməlidir”.
Paylaş

https://sherg.az/x%C9%99b%C9%99r/139315?fbclid=IwAR1SE3e41YIuZ0bl420fjeY-ZJDEjgRkdwsFfttk_tFKG23qrEJNkbjW_hw

İsmayıl Qocayev

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir