Bizim İran’la hikayemiz

YÜZYILIN ANLAŞMASININ GÖLGESİNDE KUDÜS SORUNU

İsmail AKGÜN: ÜCRETTE ADALET YÖNETİMDE LİYAKAT VE EHLİYET

Faiq Qəzənfəroğlu: “Azərbaycanın iki yerə parçalanması Türklüyün və Azərbaycanın İranda geriləməsinin başlanğıcı oldu”

Mübariz Göyüşlü: Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır

Gündem 17 Mayıs 2021
108
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Gürcüstanın Dmanisi rayonunda (Azərbaycalılar bu ərazini 92-ci ilə qədər Baş Keçid adlandırıb) azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb. Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib. Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Qeyd edək ki, 92-ci ildə Qamsaxurdiyanın hakimiyyətə gəlişi ilə “Gürcüstan gürcülər üçün” şüarı ölkəni sardı və başqa millətlərin Gürcüstandan qaçışı məhz bu vəhşi dağ tayfalarının, svanların təhdidi altında baş verdi.Svanetiyada dağ sürüşməsi nəticəsində azərbaycanlıların kompakt yaşadığı Dmanisi və Bolnisinin mərkəzinə köçürülmüş svanlar ötən əsrin sonlarında çoxmillətli mədəni mərkəzləri tezliklə öz idarəçilikləri altına alıb özbaşınalıq etməyə başladılar.

“Günün günorta vaxtı azərbaycanlılara hücum edirdilər, döyürdülər, bıçaqlayırdılar, qızları oğurlayıb aparırdılar, evlərə girib qarət edirdilər, içib küçədə ədəbsizlik edirdilər. Və onlara bir söz deyən yox idi, milis-prokurorluq yoxa çıxmışdı sanki. Gözəl Dmanisi quldur yuvasına dönmüşdü. Azərbaycanlı qızlar gəlinlər evdən daha çıxmırdılar, qızların çoxunu artıq məktəbə qoymurdular evdən. Həyat sönmüşdü, küçələrə heç kim çıxmırdı, ancaq svanlar dəstə -dəstə qışqıra-qışqıra o baş bu başa gəzirdilər. Dədə- babadan orada yaşayan sakinlər evlərini dəyər dəyməzə satıb köçürdülər Azərbaycana”. Bu fikirləri bir zamanlar Dmanisidə yaşayıb svan zlmü nəticəsində Bakıya köçmüş tanınmış vəkil Şəhla Hümbətova səsləndirib.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, bu hadisənin indiki vaxtda ortaya çıxması da təsadüfi sayıla bilməz, bu bir təxribatdır.

“Əllərində taxtayla, daşla azərbaycanlılara məxsus marketə, onun qarşısındakı adamalara hücum edən maskalıların hərəkəti təxribatdır. Biz zaman-zaman svanların belə qarşıdurmalarına şahid olmuşuq. Onların azərbaycanlılara, ümumən müsəlmanlara nifrəti, bu cür ağlasığmaz hərəkətləri ilk dəfə deyil. Bununla oradakı azərbaycanlıları yerindən-yurdundan etmək istəyənlərin, soydaşlarımızı Gürcüstandan qovmağa çalışanların istəyi həyata keçməyəcək. Azərbaycanlılar Gürcüstanın qədim sakinləridir, o torpaqlar bizim dədə-baba torpaqlarımızdır. Bizlər orada diaspor deyil, yerli əhaliyik. Bu cür hadisələrlə azərbaycanlıları oradan qovmaq istəyənlərin arzusu gerçəkləşməyəcək. Lakin bu hadisənin indiki vaxtda ortaya çıxması da təsadüfi sayıla bilməz. Hər zaman Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmaq istəyən qüvvələr olub”.

Ekspert iki ölkə arasında bu şəkildə gərginlik yaratmaq istəyinin Rusiya tərəfdən qaynaqlanma ehtimalından danışıb.

“Həmin qüvvələr Gürcüstan daxilində və xaricində çox aktivdirlər. Xalqlar arasında münasibətlərin gərginləşdirilməsində bölgədə sabitlik istəməyən Rusiyanın iştirakını mümkün sayıram. Xatırlayırsınızsa bir müddət əvvəl qəfildən Keşikçidağ məsələsini gündəmə gətirən bir qrup gürcü radiaklları yürüş edərək gərginlik yaratmağa, iki ölkə arasında münasibətləri kəskinləşdirməyə, hətta hərbi qarşıdurma yaratmağa belə cəhd göstərmişdilər. O zaman hər iki ölkənin rəhbərliyi səbrlə, soyuqqanlılıqla bu təxribatların qarşısını aldı. Həmin hadisələrin Rusiyadan idarə olunması ilə bağlı ciddi şübhələr var idi. Çünki şimal qonşumuz Cənubi Qafqazda daim münaqişə olmasını istəyir. Belə vəziyyətdə Rusiyanın buradakı hökmranlığı uzanmış olur. Dmanisidə baş verən hadisə Gürcüstan daxilində etnik qarşıdurma yaratmaq, etnik problemləri qızışdırmaq, ölkəni qarşıdurmaya sürükləmək cəhdidir. Bu çox təhlükəli məsələdir. Bu məsələdə məhz azərbaycanlıların hədəfə alınması Gürcüstan-Azərbaycan münasibətlərində də gərginlik yaratmağa hesablanıb. Gürcüstan hakimiyyəti, hüquq-mühafizə orqanları həmin şəxslərin cəzalandırılması işini dərhal həyata keçirməli, problemin böyüməsinə qətiyyən yol verməməli, gələcəkdə də bu kimi halların baş verməməsi üçün sərt tədbirlər görməlidir.

Əgər bu işlər görülməzsə demək ki, baş verənlərə ya indiki Gürcüstan hakimiyyəti, ya da hakimiyyətdəki hansısa qüvvələr gizli şəkildə dəstək verir. Belədirsə bundan Gürcüstan dövləti ciddi ziyan görə bilər. Torpaqları işğal altında olan, pandemiyanın darmadağın etdiyi zəif iqtisadiyyatlı bir ölkənin əlavə olaraq etnik münaqişələrlə yüklənməsi onun məhvinə gətirib çıxara bilər. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan və Türkiyə üçün Gürcüstanın mühüm kommunikasiya qovşağına malik olan dövlət statusu xeyli dərəcədə zəifləyəcək. Gürcüstan bəzi hallarda Qarabağ problemindən, torpaqlarımızın işğal altında olmasından yararlanaraq bu statusundan sui-istifadə etməyə cəhdlər göstərirdi. Artıq bu kimi halların da sona çatmasına az qalıb. Azərbaycan dövləti, hətta Türkiyə dövləti də baş vermiş insidentə mümkün olduğu qədər müdaxilə etməli, soydaşlarını tək buraxmamalıdırlar. Gürcüstandakı azərbaycanlıların, müsəlmanların varlığı hər iki dövlətin qırmızı xətti olmalıdır. Azərbaycan hazırda hərbi, siyasi, iqtisadi baxımından Cənubi Qafqazın ən güclü dövlətidir. 44 günə dünya erməniliyini və Ermənistanı ağır məğlubiyyətə uğradan güclü Azərbaycanla problemlər içərisində çabalayan Gürcüstanı kimlərsə baş-başa gətirmək istəyirsə buna imkan verilməməlidir. Gürcüstanın indiki hakimiyyəti də anlamalıdır ki, belə bir qarşıdurmadan hər kəs, ən çox isə Gürcüstan ziyan görə bilər. Buna görə də ağıllı olmaq, düzgün qərarlar qəbul etmək lazımdır. Gürcüstandakı ziyalılarımız, ictimai fəallarımız, təşkilatlarımız, siyasilərimiz də məsələni nəzarətdə saxlamlıdırlar. Hadisənin əsl səbəbinin araşdırılmasında, günahkarların cəzalandırılmasında qətiyyətli olmasaq bu hadisələr davamlı xarakter ala və azərbaycanlılar üçün ciddi fəsadlar yarada bilər”,- deyə Mübariz Göyüşlü bildirib.

İlhamə Rəsulova

Yorumlar