KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Mübariz Göyüşlü: Qərbin Ermənistan planında nələr var?:

Mübariz Göyüşlü: Qərbin Ermənistan planında nələr var?:

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
302 0

Ermənistan ordusunun Baş qərargah rəisinin və 40-a qədər generalın Baş nazir Nikol Paşinyana istefa tələb etməsindən sonra düşmən ölkədə gərgin yaranan vəziyyətə qonşu dövlətlərin münasibəti fərlqi oldu. Rusiya baş verənləri Ermənistanın daxili işi adlandırdı. Türkiyə isə hərbi qiyamı pislədi, qanuni hakimiyyəti dəstəklədi.

Rusiyanın bu ölkəni açıq-aşkar qarışdırma cəhdlərinin əksinə olaraq Türkiyənin Paşinyanı dəstəkləməsi, hərbiçilərin bəyanatını dövlət çevrilişinə cəhd kimi xarakterizə etməsi Ermənistanda bir çoxlarını təşvişə salıb.

“Onların hakimiyyətə qayıtmaq cəhdləri Ankaranı qane etmir”

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü Cebhe.info-ya açıqlamasında deyib ki, Türkiyənin mövqeyi daha konstruktivdir. Ankara ədalətli sülhün möhkəmlənməsini istəyir: “Qarabağın işğalına görə Ermənistanla sərhəddi bağlayan və bu ölkə ilə hər cürə əlaqəni kəsən Türkiyə konfliktin həllindən sonra bölgədə kommunikasiyaların açılması, əlaqələrin bərpası üçün aktiv təşəbbüslər göstərir. Əslində həm Türkiyə, həm də Azərbaycan bu mənada bölgədə konstruktiv rol oynayan dövlətlərdir. İşğalın bitəcəyi təqdirdə hər iki dövlət Ermənistanla əlaqələrin bərpasının mümkünlüyünü dilə gətiriblər.

Artıq münaqişə arxada qalıb, bölgədə quruculuq, o cümlədən kommunikasiyaların açılması istiqamətində səylər göstərilir. Qarabağ konfliktinin Baş nazir Paşinyan hakimiyyətdə olduğu bir zamanda bitməsini, Ermənistanın indiki hakimiyyətinin də kommunikasiyaların bərpasında marağını nəzərə alsaq Türkiyənin onunla əməkdaşlığa meyilli olması təəssüratı yaranır. Həm Köçəryan, həm də Sərkisyanın dövründə Türkiyə-Ermənistan və o cümlədən Azərbaycanla münasibətlər çox kəskin oldu. İşğal davam etdi.

Diplomatik yolla problemin həlli üçün göstərilən cəhdlər isə heç bir nəticə vermədi. Həmin qüvvələrin yenidən hakimiyyətə qayıtmaq cəhdləri görünür ki, Türkiyəni o qədər də qane etmir. Onların Ankaraya qarşı ərazi iddialarını, “soyqırım” fikirlərini daha sərt şəkildə gündəmə gətirməsi, rəsmi Bakıya qarşı qisasçılıq düşüncələrini söyləmələri əlbəttə ki, müxaliflərə qarşı xoş reaksiya yaratmır”.

“Ermənistanı Moskvanın nəzarətindən çıxartmaq siyasəti davam edir”

M.Göyüşlünün fikrincə, Ankaranın mövqeyi bəzi dairələri narahat edib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Paşinyanın, Ermənistanı idarə edən qüvvələrin hansısa razılaşmalarının olması haqqında da erməni mediası, ekspertləri təşviş dolu fikirlər söyləyirlər. Türkiyənin Ermənistan hərbiçilərinin bəyanatını bir neçə dəfə pisləyən açıqlamalar verməsi erməni radikal dairələrini, Rusiyameyilli qüvvələri çox ciddi narahat etməkdədir.

Ərdoğanı Osmanlı imperiyasını bərpa etməyə cəhddən tutmuş, ermənilərə qarşı növbəti “soyqırım” hazırlamağa qədər hər şeydə ittiham edirlər. Lakin Türkiyə bu hay-küyə baxmayaraq konstruktiv və regiondakı problemlərin həlli istiqamətindəki aktiv siyasətini davam etdirməkdədir. Bu siyasətə Rusiyanın forpostu olan Ermənistanı Moskvanın nəzarətindən çıxartmaq, normal dövlət halına gətirmək, konstruktiv çalışmalara yönəltmək də daxil ola bilər. Böyük ehtimalla məhz buna görə də rəsmi Ankara Paşinyanı dəstəkləyərək çevriliş cəhdini pislədi. Üstəlik bu hadisələr zamanı ABŞ-ın da ordunun siyasətə qarşımasını pisləməsi NATO-nun, Qərbin Paşinyanı birmənalı dəstəkləməsi fikrini daha da gücləndirib”.

“İqtisadi münasibətlərin yaranması daha çox Ermənistana lazımdır”

Siyasi şərhçi hesab edir ki, əgər Ermənistandakı iç savaş Nikol Paşinyanın xeyrinə bitərsə ehtimal ki, o, Türkiyənin bu davranışını, dəstəyini düzgün qiymətləndirəcək: “Dünya dövlətinə çevrilən Türkiyə ilə savaş, nifrət, saxta iddialar irəli sürməkdənsə əməkdaşlıq yolunu seçəcəyi, ərazi iddiaları, “soyqırım” fikirlərindən çəkiləcəyi təqdirdə Paşinyan həm öz hakimiyyətinin davamlılığının, həm də erməni xalqının normal yaşamaq imkanlarını təmin etmiş olacaq. Əməkdaşlıq, Türkiyə ilə gediş-gəlişin bərpası, iqtisadi münasibətlərin yaranması isə daha çox Ermənistana lazımdır, nəinki Türkiyəyə”.

Aydın
Cebhe.info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir