KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Mübariz Göyüşlü: Avropa İttifaqının bu məsələdə fəallıq göstərməsini yüksək qiymətləndirirəm

Mübariz Göyüşlü: Avropa İttifaqının bu məsələdə fəallıq göstərməsini yüksək qiymətləndirirəm

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
317 0

“Bu artıq dördüncü görüşdür. Mən Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşü yüksək qiymətləndirirəm. Hesab edirəm ki, məhsuldar görüş oldu, tərəflər əsas məsələləri həm müzakirə edib, həm də müvafiq qərarlar qəbul edə biliblər”.
Bu sözləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Yeni Media Qrupun baş redaktoru Mübariz Göyüşlü deyib.
“Müvafiq qərarlar dedikdə, ən mühüm məsələ saziş mətninin hazırlanması ilə bağlı bir ay ərzində xarici işlər nazirlərinin görüşü ilə bağlı məsələni nəzərdə tuturam. Bilirik ki, bu saziş məsələsi, sülh sazişinin hazırlanması bir az problemli bir tərəfə düşmüşdü. Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması nəticəsində bu məsələ uzanırdı. Azərbaycan isə dəfələrlə 5 prinsip bəyan etmişdi ki, bu prinsiplər çərçivəsində Azərbaycan sülh sazişini imzalamağa, mətnini hazırlamağa hazır olduğunu dəfələrlə bəyan etmişdi. Sadəcə olaraq, Ermənistan həm daxili problemlər səbəbindən, həm də xaricdən olan təzyiqlər nəticəsində bu məsələni uzadırdı.
Artıq tərəflərin Brüsseldə belə bir razılaşma əldə etməsi hesab edirəm ki, bu görüşün ən mühüm tərəflərinin nəticələrindən biridir. Avropa İttifaqının bu məsələdə fəallıq göstərməsini yüksək qiymətləndirirəm. Çünki mən Avropa İttifaqının bu prosesdə daha konstruktiv yanaşmasını görürəm, bu özlüyündə çox müsbətdir. Konstruktiv yanaşma ondan ibarətdir ki, Avropa İttifaqı Cənubi Qafqazda sülh olmasına, problemlərin həll olunmasına və qarşılıqlı, faydalı əməkdaşlığın qurulmasına maraqlıdır. Nəqliyyat kommunikasiya əlaqələrinin açılması, genişləndirilməsi, ticarət-iqtisadi münasibətlərin qurulması, qarşılıqlı etimad mühitinin yaradılması kimi məsələləri əhatə edir. Hesab edirəm ki, böyük ehtimalla bu məsələlər də tərəflər arasında müzakirə olunub və biz qısa müddətdə bunun nəticələrini görə biləcəyik.
Eyni zamanda, tərəflərin bir neçə müddətdən sonra hər iki dövlətin liderlərinin yenidən görüşü ilə bağlı məsələlərlə gündəmdə olması Avropa İttifaqının bu məsələdə qərarlı və qətiyyətli olduğunu, bir az da tələsdiyini (bölgəyə tez bir zamanda sülh gəlməsini istədiyini) göstərir. Ona görə də mən bütün bu məsələləri nəzərə alaraq görüşün faydalı, verimli olduğunun qənaətindəyəm”.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir