KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Mubariz Goyushlu: Paşinyan nədən narahatdır?

Mubariz Goyushlu: Paşinyan nədən narahatdır?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
285 0

Paşinyan yenə də narahatdır və narahatlıq içində dünya liderlərinə yalvarmaqdadır. Ermənistanda, Qarabağdakı separatçılarda çox ciddi təşviş var.

Ermənilər Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin yaratdığı vəziyyətdən istifadə edəcəyindən (yaxud da artıq etdiyindən) bərk narahatdırlar.

Azərbaycanın yaxın müttəfiqi kimi çıxış edən Türkiyənin bölgədə, dünyada aktiv siyasət yürütməsi, get-gedə artan nüfuzu, NATO-nun üzvü olması separatçıların gərginliyini daha da artırır.

Mövcud durumda Azərbaycan üçün çox yaxşı fürsət var:

1. Rusiyanın hazırda düşdüyü gərgin beynəlxalq vəziyyətdə Azərbaycanın anti-Rusiya blokuna qoşulmaması. Bunun qarşılığında rəsmi Bakı Qarabağdakı separatçıların təmizlənməsini, Xankəndində bayrağımızın dalğalanmasını gerçəkləşdirmək üçün hərbi-siyasi fəaliyyətləri Rusiya ilə razılaşdıra bilər.

2. Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi reallıqlardan, Türkiyənin artan nüfuzundan və imkanlarından yararlanan rəsmi Bakı Moskvaya təzyiq etməklə, razılıq olmayacağı halda belə Qarabağdakı separatizmi bitirə bilər. İnandırıcı deyil ki, bu baş verə biləcəyi halda Rusiya Azərbaycana hərbi müdaxilə etsin. Bu Rusiyanın atdığı daha bir ağılsız addım olardı. Əlbəttə ki, bu variant özündə həm də ciddi riskləri daşıyır.

Bütün bunların fonunda Azərbaycan ordusunun Qarabağda atdığı addımlar, addım-addım irəliləməsi, Xankəndiyə verilən qazın kəsilməsi, erməni və rus tərəfinə edilən ciddi xəbərdarlıqlar separatçıların yuxusunu ərşə çəkib.

İşğal olunmuş torpaqların böyük hissəsini 30 il gözlədikdən sonra azad etdik. Digər hissəsini separatçılardan təmizləmək üçün daha 30 il gözləməyə səbrimiz qalmayıb və gözləməməliyik də.

Paşinyan bunları yaxşı bildiyindən narahatlıq içində çabalamaqdadır. İnanmıram ki, bu çabalamalar Azərbaycanı, onun ordusunu dayandıra bilsin.
Mubariz Goyushlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir