KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Mubariz Goyushlu: Ermənistan mövqelərimizi atəşə tutmaqla nəyə nail olmaq istəyir?

Mubariz Goyushlu: Ermənistan mövqelərimizi atəşə tutmaqla nəyə nail olmaq istəyir?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
289 0

Bir neçə həftədir ki, Azərbaycan-Ermənistan sərhəddində, o cümlədən Azərbaycan ərazisində (Şuşa, Ağdam) erməni ordusu və silahlı terror qruplaşmaları Azərbaycan mövqelərini, hərbçilərini, ərazilərini atəşə tuturlar.

Ermənistanın atəşi açan tərəfin Azərbaycan olması ilə bağlı ittihamları yersizdir. Bu ittihamları nəinki beynəlxalq ictimaiyyət, heç yerli erməni cəmiyyəti də ciddi qəbul etmir. Çünki Azərbaycan tərəfi dəfələlər sərhədləri müəyyənləşdirməyə, sülh müqaviləsi imzalamağa, kommunikasiyaların bərpasına önəm verdiyini, bu istiqamətdə çalışmalara hazır olduğunu bəyan edib.

Belə şəraitdə atəşin ermənilər tərəfindən atıldığı, sabitliyin onlar tərəfindən pozulduğu, bizimkilərin isə cavab atəşi açmağa məcbur qaldığı bəlli olur. Bəs məğlub və zəif Ermənistanı bu addımı atmağa nə məcbur edir? Burada bir neçə səbəb ola bilər.

– Fransa, Avropa İttifaqı, ABŞ kimi təşkilatların və dövlətlərin fitvası. Onlardan dəstək alan və gedişatda daha çox yardım almağa ümidli olan Ermənistan silah səsləriylə dünyaya göstərmək istəyir ki, Rusiya və onun sülhmərmalıları üzərlərinə düşən öhdəliyi layiqincə yerinə yetirə bilmir. Bölgəyə Qərb ölkələrinin sülhməramlıları, hərbçiləri cəlb edilməlidir. Bununla da Paşinyan Rusiya asılılığından müəyyən qədər xilas olmağa ümidlidir.

– Rusiyanın fitvasıyla, Ermənistan daxilində Paşinyan əleyhidarı olan qüvvələrin addımı ola bilər. Bununla da Rusiya ona qarşı müxalif mövqedə olan Paşinyanın və tərəfdarlarının erməni cəmiyyəti daxilində nüfuzunu zəiflətmək, Rusiyapərəst qüvvələrin önünü açmaq məqsədi güdə bilər. Təhlillər göstərir ki, seçkidə böyük üstünlüklə qalib gəlməsinə baxmayaraq Paşinyan Ermənistanın dövlət qurumlarında, güc strukturlarında önəmli vəzifə tutan və ona qarşı müxalif olanları tam olaraq təmizləyə bilməyib. Eyni zamanda Rusiya bununla Şuşa Bəyannaməsinə, Azərbaycan-Türkiyə birliyinə qarşı da müəyyən əks addımlar gerçəkləşdirməyə çalışa bilər.

– Paşinyanın öz təşəbbüsü ilə olan proses ola bilər. Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyənləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi məsələləri gecikdirmək. Bununla Paşinyan daxildə ona qarşı köklənmiş mənfi rəyi azaltmaq, müxaliflərin əlindən ona qarşı yönəlmiş ittihamları almaq istəyə bilər.

– ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin fitvası, onların birgə və hiyləgər davranışının nəticəsi. Qrupu yenidən proseslərə aktiv şəkildə daxil etmək, “status” məsələsini dirçəltmək, Türkiyənin bölgədəki fəallığının, Britaniyanın bölgə ilə bağlı planlarının qarşısını amaq niyyəti güdə bilər.

Atışmaların Ermənistan tərəfindən edildiyi sirr deyil. Bu isə düşmənin odla oynaması deməkdir. Bu yolla məqsədə çatmaq isə xəyaldır. Çünki torpaqlarını işğaldan azad edən Azərbaycan öz dövlət maraqlarını heç nəyə qurban verəmək fikrində deyil.

Mubariz Goyushlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir