KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Mubariz Goyushlu: Azərbaycan-Türkiyə-Pakistan arasında hərbi-siyasi təşkilat qurulmasının zamanı çatıbmı?

Mubariz Goyushlu: Azərbaycan-Türkiyə-Pakistan arasında hərbi-siyasi təşkilat qurulmasının zamanı çatıbmı?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
14 0

Azərbaycan və Türkiyə müttəfiqliyi Pakistanın qoşulması ilə yeni məna kəsb etməkdədir. Belə ki, Bakı və Anakara arasında tarixdən gələn birlik, birgəlik, müttəfiqlik, qardaşlıq münasibətləri mövcuddur. Bu əlaqələr İslamabadın iştirakı ilə günü-gündən genişlənməkdə və möhkəmlənməkdədir.
Hazırkı dönəmdə hər üç dövlət bir-birinə çox ciddi ehtiyac duyur. Bu ehtiyac əsasən hərbi, o cümlədən digər sahələrdə də özünü biruzə verir.
Ankara-Bakı-İslamabadın qurduğu əməkdaşlıq əlaqələri, strateji müttəfiqlik münasibətləri bölgənin siyasi xəritəsində ciddi dəyişikliklər etmək imkanına malik olduğu üçün qonşuların, o cümlədən beynəlxalq miqyasda fəallıq edən oyunçuların diqqətini cəlb edir. Ona görə də tərəflər yaxınlaşmanı, əməkdaşlıq əlaqələrini, müttəfiqlik münasibətlərini həm çox ehtiyatla, həm də qətiyyətlə gerçəkləşdirirlər.
Bugünlərdə Bakıda keçirilən və şərti adı “Üç qardaş – 2021” adlanan xüsusi təyinatlıların təlimləri də düşmənlərə verilən ciddi mesajdır. Türkiyə xüsusi təyinatlıları dünyada ən ön sıraları bölüşən hərbi birləşmədir. Pakistanın hərbi qüdrəti, xüsusi təyinatlılarının bacarıqları da tərifəlayiqdir. Azərbaycan xüsusi təyinatlıları isə 44 günlük müharibədən əvvəl və müharibədə, xüsusən də Şuşa əməliyyatında öz bacarıqlarını ən yüksək səviyyədə göstərdi. Bu cür peşəkar hərbiçilərin rol aldığı proseslər əlbəttə ki düşmən üçün qorxu mənbəyidir. Bu təlimlər və təcrübə mübadiləsi nəticəsində Azərbaycan üçün xüsusi təyinatlıların aktiv rol aldığı çevik qüvvələrin, ardınca isə peşəkar muzdlu ordunun formalaşdırılması ilə də yekunlaşa da bilər.
Bir müddət bundan əvvəl üç dövlətin spikerlərinin imzaladığı Bakı Bəyannaməsi əsasən parlamentlər arasında əməkdaşlığı nəzərdə tuturdu. Lakin böyük ehtimalla bu Bəyannamə və onun imzalanmasından sonra görülən işlər növbəti ali müttəfiqlik sənədinin ortaya çıxmasına zəmin yaratmaq üçündür.
Ehtimal edilir və arzu olunandır ki, növbəti addım üç dövlətin rəhbərinin iştirakı ilə hərbi-siyasi ittifaq müqaviləsinin imzalanması olsun. Bu müqavilə ilə Azərbaycan-Türkiyə-Pakistan arasında hərbi-siyasi əməkdaşlığı özündə ehtiva edən təşkilat qurula bilər. Yeni təşkilat hərbi sahədə müttəfiqlik münasibətləri qurulması ilə yanaşı, siyasi məsələlərlə bağlı da qərarlar qəbul etmək imkanına malik olmalıdır.
İslam dünyasında aparıcı rola malik olan hər üç dövlətin hərbi-siyasi birliyini əhatə edəcək təşkilatın qurulması çox ciddi nəticələr yarada bilər. Hər üç dövlət terrorizmdən və separatizmdən əziyyət çəkir. Bu gərginliklərin yaradılmasında başqa dövlətlərin, kənar güclərin aktiv iştirakı var. Onları təklikdə dəf etmək mümkün deyil. Ona görə də bu cür birliyin qurulması, inkişaf etdirilməsi və gələcək perspektivdə strateji müttəfiqlik münasibətlərində olan ölkələrin də qoşulması yeni və fərqli geosiyasi güc mərkəzinin yaranması demək olar.

Mubariz Goyushlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.