KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Müavini Anar Əsədlinin həbsindən danışdı: “Ləkələyiblər”

Müavini Anar Əsədlinin həbsindən danışdı: “Ləkələyiblər”

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
173 0

“Anar Əsədli kimsənin bir qəpik pulunu mənimsəməyib. İttihamı qəbul etmirik. Ümumiyyətlə, Anar bəyin həyatı insanlara yaxşılıq etmək və xeyriyyəçiliklə çox zəngindir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi A.Əsədlinin dörd nəfəri aldadaraq müxtəlif məbləğlərdə pulların mənimsəməsi haqda danışarkən deyib.

O bildirib ki, Anar Əsədli həyatı boyu gənclərə, tələbələrə dəstək verib, neçə-neçə insanın şəfa tapmasına körpü olub:

“Anar bəy təpədən dırnağa milli adamdır və həyatını Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına həsr etmiş insandır. Onu bu kimi mövzularla ləkələmək kimsəyə başucalığı gətirməyəcək. Təəssüf ki, ölkəmizdə bu gün adam həbs etmək, xüsusilə də siyasi lideri həbsə almaq ən asan işə çevrilib. Bu işdə zərərçəkən kimi adı keçən Oqtay Qasımovu şəxsən tanımıram, lakin bildiyim budur ki, həmin adamın Anar bəylə uzun illərə dayanan yaxın münasibətləri olub. Elə bunun özü çox düşündürücüdür. Şikayətçilərin dörd nəfər olması barədə bilgimiz yoxdur”.

Xatırladaq ki, aprelin 21-də Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Ümumilkdə Anar Əsədli barəsində 4 şikayətçi var. O, həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilir.

Bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.

Zaira Akifqızı
Globalinfo.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir