İran ABD gerginliğinde diplomasi

UKRAYNA’NIN ASKERİ TEKNİK KOMPLEKSİ RUSYA’YI DENGELEYEBİLİR Mİ

ОРГАНИЗАЦИЯ УПРАВЛЕНИЯ ГОРСКИМИ НАРОДАМИ СЕВЕРНОГО КАВКАЗА В XIX — НАЧАЛЕ XX ВВ.: ОСНОВНЫЕ ЭТАПЫ, ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ

İran tehditleri hakkında ciddi istihbarat bilgilerimiz var

Moskvadan göndərilən yeni fiqur – Putinin “qiyamçı komandası” İrəvanda

Ermenistan 20 Şubat 2019
36

“Keçmiş baş nazir Karen Karapetyan Moskvadan İrəvana gələrək, Ermənistana satılan qazın qiymətlərinin artırılması ilə bağlı danışıqlar aparmalı idi. Lakin onun bu səfərinin təkcə qazın qiymətləri ilə bağlı olmadığı dəqiqdir”.

Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, Karen Karapetyan keçmiş prezident Robert Köçəryan kimi, Rusiyanın Ermənistanda ən etibarlı adamlarından biri sayılır:

“Bu baxımdan Karapetyan Ermənistanda davam edən gərgin ictimai-siyasi proseslərin kənarında dayanmayacaq. Üstəgəl, hakimiyyət dəyişikliyi baş verdikdən sonra Ermənistan-Rusiya münasibətlərinin kəskin soyuduğunu bilirik. Artıq ikitərəfli münasibətlər qarşılıqlı etimad müstəvisində deyil.

Karapetyan kimi siyasətçinin bu vəziyyətdən istifadə etməyə çalışması gözlənilən idi. Buna görə də, Rusiyanın Baş nazir Nikol Paşinyana yox, öz kadrına etibar edəcəyi daha real görünür. Keçmiş hakimiyyət nümayəndələri toplanaraq iclas keçirməsi indiki iqtidara qarşı güclü alternativ yarada biləcəklərini nümayiş etdirirlər.

Bu baxımdan Karen Karapetyan İrəvana təsadüfən gəlməyib. O, Moskvadan lazım olan tapşırıqları aldıqdan sonra yola düşüb və belə bir iclası keçirib. Bunu Rusiyanın Ermənistanda gedən ictimai-siyasi proseslərə müdaxiləsi kimi başa düşmək olar. Belə desək, Moskva Paşinyan iqtidarının əsəbləri ilə oynamağa başlayıb”.

Ramiyə Məmmədova Rusiyanın Ermənistan hakimiyyətinə təzyiq etməyə başladığını bildirib:

“Paşinyan isə iddia edir ki, Rusiya ilə münasibətlərdə heç bir problem yoxdur. Yaranmış yeni situasiya bunun əksini göstərir. Rusiya bütün addımlarında öz kadrları vasitəsilə Paşinyanın qarşısına çıxmağa can atır. Paşinyan isə Suriyaya ordu göndərməklə Rusiyaya jest etdi.

Amma Rusiyanın siyasi elitasında, xüsusən Prezident Putində Paşinyana ciddi inamsızlıq var. Buna görə də, o, Paşinyanın qarşısına öz kadrlarını çıxarmağa çalışır.

Bu məqsədlə də Karapetyan və onun keçmiş hakimiyyətdən formalaşdırdığı komandaya dəstək verə bilər. Ermənistan və Rusiya arasında qazın qiymətləri ilə bağlı yaranmış narazılıq fonunda Karapetyanın yenidən siyasi meydana gətirilməsi mümkündür”.

Qeyd edək ki, Karen Karapetyan İrəvanda keçmiş hakim elitanın nümayəndələri ilə iclas keçirib. İclasda indiki hakimiyyətə qarşı mübarizə planı müzakirə edilib.

Müəllif: Mənsur Rəğbətoğlu

Yorumlar