KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Moskva-Yerevan-Tehran üçbucağı Azərbaycana qarşı

Moskva-Yerevan-Tehran üçbucağı Azərbaycana qarşı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
389 0

Ermənistanın silahlı qüvvələri fevralın 8-dən başlayaraq Azərbaycan ordusunun mövqelərini top və minamyotlardan atəşə tutmağa başlayıb. Aprel döyüşlərdindən bəri ilk dəfədir ki, top atəşlərindən istifadə olunurdu. Ermənistanın iri çaplı artilleriyadan istifadəsi, maksimum dərəcədə gərginliyi artırmağa hesablanıb. Ermənistan hazırda Rusiyanın dəstəyinə arxalanaraq bu kimi təxribatlar törətməkdədir. Çünki, Rusiya artıq, Ermənistana revanslar etməkdədir. Qeyd edək ki, iki gün ərzində cəbhədə bu kimi təxribatlar təsadüfi deyil. Çünki, Azərbaycanın Avropa İttifaqı ilə danışıqlara başlaması, TANAP-a İttifaqın siyasi dəstəyi və AİB kredit ayırması, ermənipərəst blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası, Ermənistan və Rusiyanın narahatlığına səbəb olub. Bu, Azərbaycanın düşmən üzərində psixoloji qələbəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünü qanunsuz keçmək və əks-təbliğat aparanlara gələcəkdə present olacaq. Ermənipərəst Aleksandr Lapşin digər ölkədən deyil, Ermənistanın KTMT müttəfiqi olan Belarusiyadan ekstradisiyası göstərir ki, Ermənistanın bu ölkə ilə gerçək müttəfiq əlaqələrə malik deyil və təşkilatda fikir ayrılıqları var. Bu, həmdə Belarusiyanın Azərbaycana verdiyi siyasi dəstəyin nəticəsidir. Həmçinin Rusiya XiN rəhbərliyi səviyysində ekstradisiyaya etiraz edilsədə, Belarusun Rusiya vətəndaşı olan Lapşini Azərbaycana göndərməsi, həmçinin bu ölkənin Rusiyanın artıq siyasəti iləbarışmadığını göstəricisidir. Son günlər prezident A. Lukaşenko Putinin şərqi Avropa siyasətinə qarşıdır və tənqidetməkdədir.

Təbii ki, baş verənlər Ermənistanda və Rusiyada qəzəblə qarşılanmaqdadır. Hazırda Azərbaycana qarşı, Moskva-Yerevan-Tehran üçbucağı formalaşıb. Ermənistan Moskva və Tehranın dəstəyindən istifadə edərək, bu təxribatları davam etdirsə, Azərbaycanın ildırım sürətli hücumuna məruz qalması qaçılmaz olacaq. Azərbaycan mövcud reallıqlarla barışması qeyri-mümkündür.

Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi vəziyyət gərginləşməsi gözlənilir. Sarkisyan rejimi daxili təhlükədən qorunmaq üçün ictimai-siyasi diqqəti cəbhədə təxribatlara yönləndirəcək. Çünki, Levon Ter Petrosyanın başçılıq etdiyi “Milli Konqrens” və sabiq müdafiə naziri, aprel döyüşlərindən sonra vəzifəsindən uzaqlaşdırılan Seyran Ohanyanda son günlər sülhdən danışır və mövcud idarə etməni kəskin tənqid edir. Bu iki muxalifətin önəmli şəxslərinin mümkün təzyiqləri qarşısında duruş gətirə bilmıyəcəyini anlayan Sarkisyan Qarabağ kartından istifadəsi qaçılmaz olacaq. Çünki, Ermənistanda hakim rejim özünə daxildə təhlükə hiss edən kimi cəbhədə atəşkəsi pozur və müharibə ehtimalını gündəliyə daşıyır. Mümkündür ki, bu təxribatlar qarşısında Azərbaycan əks hücuma keçib, dalana dirənmiş Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olsun. Hazırkı drum qənaətbəxş deyil və danışıqlar prosesi fiaskoya uğrayıb.
MUhammed Asadullazade

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir