KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Manşet Üstü
  4. »
  5. Moskva-Ankara-Təl-Əviv üçbucağı regiona nə vəd edir?

Moskva-Ankara-Təl-Əviv üçbucağı regiona nə vəd edir?

Hasan Oktay Hasan Oktay - - 7 dk okuma süresi
406 0

Moskva-Ankara-Təl-Əviv üçbucağı regiona nə vəd edir?

Yakında Rus uçağı düşürülecek

Hasan Oktay “Türkiyə-Rusiya krizinin yoluna qoyulması üçün həm Qazaxıstan, həm də Azərbeycan vasitəçi olaraq çox ciddi işlər görmüş oldu”

Keçən ilin sonlarından gərginləşən Türkiyə Rusiya münasibətləri artıq normallaşmaya doğru gedir. Həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məlum təyyarə olayı ilə bağlı məktub ünlaması və Moskvadan üzrxahlıq edilməsi qarşı tərəfdə də müsbət qarşılanıb. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ankara ilə Moskva arasında yeni əməkdaşlıq imkanları meydana çıxacaq. Bəs görəsən Türkiyə-Rusiya münasibətlərinin normallaşması region üçün nə vəd edir. Bu və ya digər məsələlərlə bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Hasan Oktay paralel olaraq Türkiyənin İsraillə münasibətləri normallaşdırmaq cəhdi və gələcək perspektivlər barədə də danışıb.

-Hasan bəy, Türkiyənin Rusiyadan üzr istəməsi bundan sonra iki ölkə arasındakı münasibtlərə necə təsir göstərəcək?

-Türkiyə-Rusiya münasibətləri son 2 ildə kifayət qədər gərginləşmişdi. Bunun əsas səbəbi Suriya siyasəti ilə bağlı idi. Rusiya və Türkiyə hər ikisi məsələyə fərqli yanaşırdı. Bu fərqli yanaşma zaman keçdikcə münasibətlərin gəırginləşməsinə yol açdı. Məlum təyyarə olayı isə bu gərginliyin son nöqtəsi oldu və münasibətlər daha da kritik həddə çatdı. Bu vəziyyərdən hər iki ölkə ciddi zərər gördü. Prezident Rəcəb Tayyib Ərdoğanın məktubu iki ölkə arasındakı gərginliyin bir az da olsa yumşalacağından xəbər verir. Ancaq təkcə Rəcəb Tayyib Ərdoğan deyil, eyni zamanda Vladimir Putin də münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməlidir. Qarşılıqlı münasibətlər regionda sabitliyin, sülhün əldə olunmasına yol aça bilər.

-Son proseslər ölkələrin regional siyasətlərinə də təsir edəcəkmi?

-İlkin olaraq Suriya məsələsinə yeniden və daha təfrrüatlı şəkildə diqqət yetiriləcək. Bundan başqa Türkiyə-İsrail, Türkiyə- İran əlaqələri, hətta İraq məsələsi gündəmə gələcək. Türkiyə ilə Rusiyanın münasibətlərinin normallaşması regionu yenidən şəkilləndirəcək. Onu da qeyd edim ki, bəzi güclər Türkiyə ilə Rusiyanın qısa bir zamanda savaş atmosferinə girməs üçün ciddi şəkildə çalışdılar. Hazırda Türkiyə ilə Rusiya arasında barış zamanı yetişib. Və bu barışın nəticəsi Türkiyə və Rusiyanı regionun ən önəmli gücü halına gətirəcək.

-Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın da rolu oldumu?

-Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu məlum təyyarı olayı meydana gələn kimi Bakıya səfər etmişdi. Biz o zaman bildirmişdik ki, Türkiyə-Rusiya krizinin yoluna qoyulması üçün Türk dünyası ancaq vasitəçi ola bilər. Bu gün əldə edilən nəticəyə görə həm Qazaxıstan, həm də Azərbeycan tərəf deyil, vasitəçi olaraq çox ciddi işlər görmüş oldu. Bu addımlara görə Qazaxıstanda dövlət çevrilişinə cəhd göstərildi. Bir sözlə Qərb Rusiyaya qarşı yeni bir cəbhə açmaq istəyirdi. Bu cəbhənin önündə isə Qazaxıstan gəlirdi. Amma Qazaxıstan bu oyunu pozdu. Eyni şəkildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən aprel döyüşləri ilə də Qərb Rusiyaya qarşı yeni bir cəbhə açmaq istəyirdi. Ən son həmlə olaraq isə Qərb Roma Papasının Ermənistana səfərini təşkil etdi. Bütün bu cəhdlərə rəğmən Qərb Türk dünyası üzərindən Rusiyaya qarşı cəbhə açmaq planını reallaşdıra bilmədi. Görünən odur ki, Rusiya-Türkiyə gərginliyinin aradan qaldırlması prosesində Türk dünyası uğurlu bir vasitəçi rolunu oynaya bildi.

-Yəni bu həm də Azərbaycanı Türkiyə ilə Rusiya arasında seçim etmək kimi çətin durumdan xilas etdi?

-Əslində nə Azərbaycan, nə də Türk dünyası Türkiyə ilə Rusiya arasında seçim etmək kimi bir çətinliklə üz-üzə deyildi. Bu ölkələr iki ölkə dövlət arasında münasibətlərin normallaşması üçün yalnız vasitəçilik edirdilər.

-Paralel olaraq Türkiyə İsraillə də münasibətləri normallaşdırır. Bütün bu proseslər Türkiyənin xarici suyasətində yeni uğurların əldə ediləcəyindən xəbər vermirmi?

-Türkiyə-İsrail münasibətləri pozulduqdan sonar Ankara xarici siyasət də tək qalma proseduru ilə üzləşdi. Buna bəlkə də İsrailin məqsədyönlü fəaliyyətləri də təsirsiz deyildi. Türkiyə-Rusiya əlaqələri bir-biriylə bağlı və eyni zamanda həll edilə biləcək bir məsələdir. Ankara və Moskva məlum təyyarə olayını qarşılıqlı şəkildə oturub həll edə bilər. Həmçinin Türkiyə hava sərhəddini pozan rus təyyarəsinin vurulması zamanı həlak olan pilotun ailəsinə təzminat ödəyə bilər. Eyni şəkildə İsrail dövləti də Mavi Mərmərə gəmisində həlak olan türklərin ailələrinə təzminat verərək gözəl bir örnək ortaya qoya bilər. Bir sözlə Rusiya- İsrail-Türkiyə əlaqələrinin bərpası regionda sabitliyin bərqərar olmasına, bu ölkələrin bölgədə söz sahibinə çevrilməsinə imkan yaradar. Bu proseslər həmçinin Azerbeycanın da bölgəsəl güc olmasının önünü açar. Grünən odur ki, Türkiyə-Rusiya-İsrail əlaqələri yaxın gələcəkdə ciddi bir münasibətlərə çevriləcək. Hər halda buna böyük ümidlər var.
süleyman ismayılbeyli
Süleyman İsmayılbəyli

Olaylar.Az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir