KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Minsk qrupunun tərkibi dəyişdirilir?!

Minsk qrupunun tərkibi dəyişdirilir?!

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
392 0

Minsk qrupunun tərkibi dəyişdirilir?!
Yakında Rus uçağı düşürülecek
Hasan Oktay: “Fransanın yerinə başqa bir ölkənin, məsələn, Türkiyənin Minsk qrupunda təmsil olunması gündəmə gətirilə bilər”

Rasim Ağayev: “İndi bütün dövlətlər ermənilərdən bezib”

Cəbhə xəttində vəziyyət gərgin olaraq qalmaqdadır. Aydın məsələdir ki, vəziyyətin bu həddə çatmasında birbaşa günahkarladan biri də məhz ATƏT-in Minsk qrupudur. İllərdir, fəaliyyətsizliyin nəticəsi bir yana, heç indiki durumla bağlı da qurum proseslərə lazımi reaksiya vermir. Bu fonda fikirlər səslənir ki, təşkilat konkret addımlat atmasa, onun tərkibinin dəyişdirilməsi aktuallaşdırılsın.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay “Mövqe”yə bildirdi ki, ATƏT-in əvvəlcə vəzifəsini yeriən yetirməyə dəvət edilməlidir: “Əgər ATƏT vəzifəsini yerinə yetirə bilmirsə, dünyaya bu bildiriilməlidir. Azərbaycan vəzifəsini icra edə bilməyən təşkilatın üzvlərinin dəyişdirilməsi mövzusunu davamlı gündəmə gətirməlidir. Nəzərə alaq ki, diplomatiyanın zəfəri cəbhə zəfərindən daha qalıcıdır.
Həmsədrlər Fransa, ABŞ və Rusiyadan ibarətdir. Fransa bu mənada vəzifəsini icra etmir. Fransanın yerinə başqa bir ölkənin, məsələn, Türkiyənin Minsk qrupunda təmsil olunması gündəmə gətirilə bilər. Lakin ən yaxşısı yalnız ATƏT-i deyil, bütün beynəlxalq təşkilatları Qarabağ məsələsində daha aktiv hala gətirmək lazımdır”.
Ermənistan rəhbərliyində 1-5 aprel arasında reallaşan və Azərbaycanın 2 kənd ilə strateji “Lələ təpə”ni almasıyla nəticələnən vuruşmalardan sonra çaxnaşma yaşanır: ” İndi erməni rəhbərliyi bu gərgin halı ilə davamlı hücum edərək ən azından itkiləri bərabərləşdirmək istəyəcək. Bunun üçün də hədəf güdmədən hər tərəfə hücum edəcək. Ermənistan rəhbərliyinin prioriteti əhvalı pozulan xalqı motivasiya edə bilməkdir. Rəhbərliyə qarşı olabiləcək reaksiyaları azaltmağa çalışacaq. Qarabağ problemi erməni xalqının kürəyində böyük bir yükdür və artıq erməni xalqı bu yükə üsyan edir. İrəvan küçələrində Putin əleyhinə keçirilən mitinqlər erməni hakimiyyətini narahat etməkdədir. Sarkisyan daxildə və xaricdə qarşılaşdığı uğursuzluqları dəf etmək, xalqın istəklərini ödəmək üçün cəbhədə böyük hərəkətə keçəcək. Bu da regional döyüş ola bilər. İndi Azərbaycana böyük bir vəzifə düşür. Bu da diplomatiyasıdır. İndi Azərbaycan həm ATƏT-in və həm də BMT-nin nəznində hərəkətə keçərək Ermənistanın yaratdığı problemin dünyada sülhə ciddi təhlükə yaradacağını izah etməldir.
Digər siyasi şərhçi Rasim Ağayev bildirdi ki, Minsk qrupu problemi sülh yolu ilə həll etmək üçün yaradılıb: “Amma hazırda tərəflərin münasibəti müharibə həddinə gəlib çatıb. Belə vəziyyətdə Minsk qrupunun rolu azalır. Xüsusi ilə də Serj Sarksiyan Minsk qrupunun onları aldatdığını deyir. Eyni zamanda ABŞ, Qərb və Rusiya Minsk qrupuna etimadlarını təsdiqləyirlər. Ermənistan isə yaranmış vəziyyətlə razılaşmır. Vəziyyəti hərbi yolla öz xeyirlərinə dəyişmək istəyir ki, bu da alınmır. Ancaq vəziyyət sabitləşəndən sonra ermənilər başa düşəcəklər ki, nə Qərb, nə ABŞ, nə də Rusiyanın müharibədə marağı yoxdur.
Qərbin Azərabycanda maraqları var. Müharibə baş verərsə, maraqlar təhlükə altında qalacaq. Vəziyyətin gərginliyinə baxmayaraq, Qarabağ probleminin sülh yolu ilə həllində indi şans daha çoxdur”.
Rasim Ağayev bildirir ki, ATƏT-in Minsk qrupunun tərkibinin dəyişməsi real görünmür: “Azərabycan Türkiyənin ora daxil olmasıın təklif edir. Amma bu, uzun və çətin məsələdir. Ermənistan razılıq vermir. Heç Minsk qrupunun tərkibini dəyişməklə də problem həll edilməyəcək. Minsk qrupunun tərkibindən gərək o yarananda danışlaydı. Həmsədlərin hər üçü ermənipərətsdir. Ancaq indi bütün dövlətlər ermənilərdən bezib. Yəni, gərginliyə baxmayaraq bizim xeyrimizə dönüş yarana bilər. Çünki, bunu əsas xarici qüvvələr istəyir”.

Mübariz BAYRAMOV
http://www.movqe.az/80036.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir