KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Minsk qrupunun formatının dəyişdirilməsi zərurətə çevrilir

Minsk qrupunun formatının dəyişdirilməsi zərurətə çevrilir

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
281 0

Vüqar Qədirov: “Fransanın Bako Saakyana qucaq açması bir daha göstərir ki, Minsk qrupunun formatı dəyişməlidir” Ramiyə Məmmədova: “Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi daha düzgün və kostruktiv görünür”
Rəsmi Paris bu dəfə vasitəçi dövlət statusuna uyğun olmayan hərəkətləri ilə gündəmdədir. Belə ki, bir müddət əvvəl bir qrup Fransadan olan bələdiyyə rəhbərləri qanunsuz olaraq Dağlıq Qarabağa səfər etdilər. Ardınca Fransa separatçı rejiminin rəhbəri Bako Saakyanı işgüzar səfər adı ilə qəbul edib. Yaranmış bu vəziyyət onu göstərir ki, Fransa separatçılara, başqa dövlətin ərazisini işğal edənlərə qucaq açır. Bununla da Fransa beynəlxalq hüquq normalarına hörmətsizliyini, həmsədr olaraq isə münaqişənin həllində qərəzli və qeyri-obyektiv olduğunu göstərdi. Belə vəziyyətdə isə Fransanın həmsədrlikdən uzaqlaşdırılması, onun hətta Avropa İttifaqı ilə əvəzlənməsi gündəmə gəlib.

Politoloq Vüqar Qədirov bildirir ki, Fransa həmsədr dövlət olsa da, daim Ermənistanın mövqeyini müdafiə edib: “Nikol Sarkozi prezident olan zaman isə bildirmişdi ki, Ermənistan Fransanın bacısıdır. Odur ki, Azərbaycan heç vaxt Fransadan Qarabağla bağlı ədalətli mövqe gözləyə bilməz.
Nəzərə alaq ki, Qarabağın işğaldan azad olunmamasının bir səbəbkarı da məhz həmsədr dövlətlərdir. Fransanın Bako Saakyana qucaq açması bir daha göstərir ki, Minsk qrupunun formatı dəyişməlidir. Azərbaycan bu məsələdə ortaya konkret mövqe qoymalı, Fransanın həmsədrlikdən uzaqlaşmasını tələb etməlidir. O da məlumdur ki, Fransa və digər bəzi Avropa şirkətləri Dağlıq Qarabağda Azərbaycan qanunverciliyinə zidd fəaliyyət göstərirlər. Belə olan halda Azərbaycan diplomatik səviyyədə kəskin etirazını bildirməlidir. Nəzərə alaq ki, həmsədr dövlətlərin hər üçü də Qarabağ münaqişəsinə qarşı ədalətsiz mövqe nümayiş etdirir. Yəni, bu məsələni beynəlxalq hüququ “qoruyan” dövlətlərlə həll etmək istəyirik. Ona görə də Azərbaycan haqlı olaraq, Silahlı Qüvvələrini günü-gündən gücləndirməkdədir”.
Politoloq əlavə etdi ki, Avropada Ermənistanı Rusiyanın cəngindən qoparmağa çalışırlar: “Bu kimi səfərlərin də məqsədi Ermənistanda keçiriləcək seçkilərə yönəlib. Nəzərə alaq ki, əvvələr də belə hadisələr olub. Bako Saakyan ABŞ-a da səfər edib. Rusiyaya isə mütəmadi olaraq səfərdədir. Burada sual olunur: onu hansı pasport ilə qəbul edirlər?! Axı, Dağlıq Qarabağı heç kəs dövlət kimi tanımır. Deməli, Ermənistan pasportu ilə buraxırlar. Bu, Azərbaycana qarşı təxribatdır, xristian həmrəylidir. Belə bir məqamda diplomatiyamızı gücləndirmək, silahlı qüvvələrimizi inkişaf etdirmək, uyğun məqamda “aprel savaşları”nı təzələmək lazımdır ki, fakt qarşısında qalsınlar”.
Digər politoloq Ramiyə Məmmədova bildirdi ki, Minsk qrupunun “fəaliyyəti” dünyanın göz qabağındadır: “Göründüyü kimi, bu günə qədər Minsk qrupu heç bir ciddi nəticələr əldə etməyib. Yetərli olmayan fəaliyyətinin üstünə bir də Fransanın hər zaman Ermənistanın tərəfini saxlaması, qərəzli mövqe tutmasını gəlsək, onun həmsədr kimi ədalətli fəaliyyətinə şübhələr yaranır. Bu baxımdan artıq Fransanın Minsk qrupunda əvəzlənməsi gündəmdədir. Bu fonda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi daha düzgün və kostruktiv görünür”.
Politoloqun fikrincə, Fransanın əvəzinə Almaniyanın, İngiltərənin yer alması münaqişənin həllində yeni fikirlərin, taktikaların meydana gəlməsinə səbəb ola bilər: “Hətta Türkiyənin yer alması Azərbaycan üçün böyük nailiyyət olardı. Çünki Fransanın ermənipərəst mövqeyi hər kəsə bəllidir. Fransada «erməni soyqırımını» inkarının cinayət məsuliyyəti hesab edilməsi gündəmdədir. Bütün bunların fonunda Azərbaycan Fransanın Avropa Birliyi ilə əvəz olunmasını tələb edə bilər. Əlavə olaraq, Bako Saakyanı qəbul etməklə, vəziyyəti daha da gərginləşdirir. Eyni zamanda Türkiyə və Azərbaycan ilə münasibətlərini gərginləşdirə bilər”.
Mübariz BAYRAMOV

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir