KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Milli Məclisin “tutulması”

Milli Məclisin “tutulması”

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
298 0

İyulun 14-15-i gecə aksiyasında Milli Məclisin “tutulması” əməliyyatı xalqa tələ qurmaq idi. Bunlar xalqın səmimi vətən sevgisindən, Qarabağın azad edilməsinə ifadə etdiyi dəstəkdən də xalqa qarşı istifadə etməyə öyrəncəlidirlər. Tofiq Yaqublu, Babək Həsənli, Saleh Rüstəmli, Asif Yusifli kimi vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, Qarabağın odu-alovu içərisindən keçmiş fədakar insanların saxta ittihamlarla həbsdə saxlanması bunun açıq ifadəsidir.
Milli Məclisin binası ən yüksək səviyyədə qorunan dövlət obyektidir. Bina dövlət mühafizə xidməti tərəfindən qorunur. Həmin axşam isə əlavə olaraq Cevik Polis Alayı da binanı mühasirəyə almışdı. Amma nədənsə alay kimlərinsə mübhəm göstərişi ilə Milli Məclisin ətrafından yığışdırılır. Bunun ardınca isə gecə yarısı binanın qapıları taybatay açılır. Şəhidlər Xiyabanının qarşında toplanmış aksiyaçılardan başda DTX-nın generalı olmaqla bir qrup Milli Məclisin açıq qapılarından foyeyə daxil olur. Video lentlər ortadadır. DTX da açıqlama verir ki, bəs təhlükəsizlik xidmətinin generalı Rauf Xələfovun orada olması həmin vaxt onun digər hüquq mühafizə orqanlarının işçiləri ilə birlikdə xüsusi mühafizə obyekti olan Milli Məclisdə olması xidməti vəzifəsinin icrasından irəli gəlmişdir.
Əvvəla, mütərəqqi haldır ki, DTX öz generalının gecə yarısı Milli Məclisin binasında “öz xidməti vəzifəsinin” icrasını etiraf edir. Amma bu icranın nədən ibarət olduğuna aydınlıq gətirmir.
İkincisi, binanı “qoruyan qüvvələr” öz xidməti vəzifəsini necə yerinə yetirib ki, adamların binaya girməsinə nəinki maneçilik törətməyiblər, əksinə bir qrup aksiyaçının binaya maneəsiz girməsi üçün qapıları da taybatay açıblar. Bunun adı xalqa tələ qurmaqdır.
Prof Dr Cemil Hasanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir