KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Milli Hərəkatçılar Birliyi (MHB) İctimai-Siyasi Maarifləndirmə Hərəkatının 20 Yanvar Milli Dirəniş Günü BİLDİRİSİ

Milli Hərəkatçılar Birliyi (MHB) İctimai-Siyasi Maarifləndirmə Hərəkatının 20 Yanvar Milli Dirəniş Günü BİLDİRİSİ

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
284 0
milli hareketciler

​28 May 1918-ci ildə elan edilən Azərbaycan Cümhuriyyətini 11 yanvar 1920-ci ildə dünya dövlətləri tanısa da, bağımsız Azərbaycanın varlığından qorxuya düşən Rusyanın qırmızı ordu birlikləri 1920-ci il 27 apreldə ölkəmizi yenidən işğal etdi. İşğala boyun əyməyən Azərbaycan xalqı işğalçılara qarşı bütün gücüylə dirəndi və bu dirənişin ən şanlı səhifəsi Gəncədə yazıldı. Bir həftədən çox sürən Gəncə üsyanında düşmən ağır tələfata uğradıldı, ancaq sonunda üsyan qan içində boğuldu və yalnız hərbçilər deyil, minlərlə məsum vətəndaşımız belə qətl edildi.
​Sovet müstəmləkə rejiminin hakimiyyəti boyunca xalqımız azadlıq və bağımsızlıq ideallarından vaz keçmədi, öz mübarizəsini açıq və gizli biçimdə davam etdirdi. Kommunist rejim illər uzunu təbii sərvətlərimizi taladı, yüz minlərlə insanımızı qətl elədi, torpaqlarımızı qonşulara peşkəş verdi. İnsanlarımızın düşüncələrinə hakim olmaq, beyinlərini dəyişdirmək istəsə də, heç bir zaman xalqın mənliyi və mənəviyyatı üzərində qələbə qazana bilmədi.
​70 il sonra Azərbaycanın yenidən şahlanan azadlıq ruhu Kreml xuntasının canına qorxu saldı və imperiya bu azadlıq ruhunu yenə də qan içində boğmağa, qanlı 20 Yanvar olayları ilə xalqımızı susdurmağa çalışdı. Sovet hərb maşını qarşısında xalqın fiziki dirənişi qırılsa da, Rus tankları şəhərlərimizə girsə də, xalqın mənəvi dirənişi daha da gücləndi və yeni bir mərhələyə keçdi.
​Moskvanın məqsədi, Azərbaycan xalqının iradəsini sındırmaq və D. Yazovun dediyi kimi, “Azərbaycan Xalq Cəbhəsinin strukturlarını dağıtmaq” olsa da, uğur qazana bilmədi və Əbülfəz Elçibəy başqanlığı ilə AXC-nin öndərlik etdiyi Azərbaycan xalqı tarixdə misli görülməmiş bir dirəniş hərəkatı başlatdı.
​MHB-nin mövqeyi budur ki, 1990-cı ilin Milli Hüzn günü kimi elan edilən 20 Yanvar günü öz mahiyyətinə görə, başqa bir adla deyil, məhz Ulusal Dirəniş Günü adlandırılmalıdır. Bunu unutmayaq ki, milli dirəniş yalnız 20 Yanvarla bitmədi, aylar uzunu sürdü. Bu müddət ərzində Sovet imperiyası tarixində ilk dəfə olaraq xuntaçı Komunist Partiyasının Azərbaycandakı strukturları dağıdıldı, ölkədə müstəmləkəçi Sovet rejimi və idarə sistemi çökməyə başladı. Azərbaycan xalqının qəhrəmanca dirənişi sayəsində bütün SSRİ-də Sovet hərbi gücünün, kommunist ideologiyasının, Sovet idarə sisteminin təməlləri yıxılmağa üz tutdu. Naxçıvan Ali Soveti fövqəladə sessiyasının həmin gün aldığı bir qərarla Naxçıvan Muxtar Respublikası SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi. SSRİ-dən ilk ayrılma faktı olan bu hadisə Azərbaycan xalqının bağımsızlıq istəyini açıq şəkildə ortaya qoydu.
​MHB-nin fikrincə, açıq milli dirənişin başlandığı, bir sıra önəmli olayların gerçəkləşdiyi bu sürəci yalnız 20 Yanvarla sınırlandırmamalı, onu son dönəm tariximizin Ulusal Dirəniş Hərəkatı olaraq dəyərləndirməliyik. Bu bənzərsiz Ulusal Dirəniş Hərəkatı təkcə Azərbaycanda yox, bütün SSRİ-də və sosialist blok ölkələrində böyük əks-səda yaratdı. Rusyanın müstəmləkə basqısı altındakı bütün xalqların, dünyanın bütün mütərəqqi qüvvələrinin gözləri Azərbaycana dikildi.
​Artıq SSRİ-nin olmadığı, Sovet müstəmləkələrinin bağımsızlığını qazandığı bugünkü durumdan yanaşanda Azərbaycanda gerçəkləşən Ulusal Dirəniş Hərəkatının miqyası, gücü və sonucları daha aydın görünür. Bu hərəkatı başlatmış 20 Yanvar Ulusal Dirəniş Günü isə, şübhəsiz ki, şəhidlərimizin qanı ilə suvarılmış şan, şərəf və qürur günümüzdür.
​Vətənimizin yeni bir sınaq qarşısında olduğu indiki mürəkkəb dövrdə 30 il öncənin acılı-şirinli, şanlı-şərəfli olaylarını sayğı ilə anır, şəhidlərimizə Ulu Tanrıdan rəhmət və bütün milli qüvvələrə bu qutlu mücadilədə uğurlar diləyirik.
​Sayğılarımızla
​Milli Hərəkatçılar Birliyi (MHB) İctimai-Siyasi Maarifləndirmə Hərəkatı
​20.01.2021

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir