KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. MHP xarici siyasətlə bağlı ciddi qərarlar verəcək

MHP xarici siyasətlə bağlı ciddi qərarlar verəcək

Hasan Oktay Hasan Oktay - - 5 dk okuma süresi
468 0

Hasan Oktay: “Dövlət Baxçəli partiyadaxili müxaliflərin başladığı kampaniyanı bir açıqlama ilə bitirdi…”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) hər il olduğu kimi, yanvarın ilk günlərində Kızılcahamam rayonunda qış düşərgəsi toplantısı keçirib. Bu cür toplantılar hər il, ənənəvi olaraq keçirilsə də, bu dəfə həm partiyadaxili mövzular, həm də Türkiyədə və regionda baş verən proseslərlə əlaqədar daha çox maraq doğurub.
Məsələ burasındadır ki, son parlament seçkilərindən sonra MHP-nin üzvləri Meral Akşener, Sinan Oğan və Koray Aydın partiyanın növbədənkənar qurultaya getməsi tələbi ilə çıxış ediblər. Sözügedən şəxslər MHP sədrliyinə iddialı olduqlarını açıqlayıblar. Hətta iddialıların növbədənkənar qurultay üçün lazım olan imzaları topladığı da bildirilir. MHP-nin isə növbədənkənar qurultaya getmək mövzusunu Kızılcahamam qış düşərgəsində müzakirə edəcəyi gözlənilirdi. Bu baxımdan toplantı maraqla gözlənilirdi.
Kızılcahamam toplantısı 2 gün davam edib və həm partiyadaxili məsələlər, həm də ölkədə və regionda baş verən siyasi proseslər müzakirə olunub, önəmli açıqlamalar verilib. Bu barədə “Yeni Müsavat”a MHP üzvü, “Kafkassam” başqanı Hasan Oktay məlumat verdi. Onun sözlərinə görə, toplantıda MHP sədri Dövlət Baxçəli  ölkədə baş verənlər, partiyadaxili vəziyyət haqda geniş məruzə ilə çıxış edib. Eks-prezidentliyə namizə, millət vəkili Ekmələddin İhsanoğlu isə millət vəkilləri və partiya rəhbərliyinə Yaxın Şərqdəki vəziyyətlə bağlı geniş bir təqdimat edib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi Yaxın Şərqdə hazırda davam edən gərginlik və bundan mümkün həll yolları, eyni zamanda özünün şəxsi əlaqələrindən nümunələr gətirərək münaqişələrin həllinə verə biləcəyi töhfələri qeyd edib.
MHP sədrinin xarici əlaqələr üzrə müavini Ümit Özdağ isə Türkiyənin cənub-şərqində yaşanan son olaylar, PKK terroru, eyni zamanda MHP-nin bu prosesdə hansı mövqeni tutacağı ilə bağlı fikirlərinki bildirib. Türkiyə və Rusiya arasında təyyarə böhranı və ondan sonra baş verənlər barədə isə MHP sədrinin müavini Kenan Tanrıkulu təyyarə olayından sonra iki ölkə əlaqələrinin iqtisadiyyata təsiri, eyni zamanda münasibətlərin gələcəyindən danışıb və çıxışı MHP-nin mövzuya baxışı olaraq qəbul olunub: “AKP hökumətinin yanlışları nəticəsində gəldiyimiz bu nöqtədə MHP bir çıxış yolu axtararaq Türkiynin düşdüyü bu böhrandan qurtaracaq variantlar üzərində çalışmalara başladı”.
H.Oktay deyir ki, MHP-nin həm Suriya böhranı və Rusiya ilə əlaqələr, həm də Türkiyənin cənub-şərq bölgələrində baş verənlərlə bağlı öz proqram və çıxış yollarını ortaya qoymaq istiqamətində çalışmalara başlamaqla bağlı prinsipial qərar qəbul edib. Bu isə partiyanın yaxın dönəmdə xarici siyasətlə bağlı ciddi qərarlar verəcəyini göstərir.
Kızılcahamam toplantısı ilə bağlı ən çox gözlənən partiyada növbədənkənar qurultay və partiya rəhbərliyinin bununla bağlı mövqeyi idi. MHP sədri D.Baxçəli bu mövzuda qərarını Kızılcahamamda partiya rəhbərliyinə elan edib. Toplantınn bağlanış mərasimində çıxışı zamanı Baxçəli partiyadaxili müxalifətin qurultay tələbələrinə də toxunub.
Hasan Oktay deyir ki, bununla da əslində D.Bahçeli partiyaxadili müxalifətin iddialarının üzərindən birmənalı olaraq xətt çəkmiş olub: “Baxçəli bağlanış çıxışında növbədənkənar qurultay tərəfdarı olan müxaliflərinin başlatdıqları kampaniyanı bir açıqlama ilə bitirdi. MHP sədri bildirdi ki, partiyanın növbəti qurultayı 2018-ci ildə baş tutacaq. Artıq qurultaya hazırlıqla bağlı təqvim hazırlanıb, rayon təşkilatlarının konfranslarından sonra oktyabrdan etibarən vilayət konfransları keçiriləcək. Bununla da partiyadaxili müxalifətin tələbi reallaşmayacaq”.
Hasan Oktayın sözlərinə görə, bu toplantı MHP-nin daxili siyasətdən daha çox xarici siyasətə, xüsusən də Türk dünyasında baş verənlərə diqqət ayırmağa hazırlaşdığını göstərir: “MHP aktiv xarici siyasət kursu götürdü. Çünki MHP yalnız Türkiyənin deyil, bütün türk dünyasının da yaxından izlədiyi bir siyasi partiyadır. Onun CHP kimi hər şeyi qurultaya çıxarıb daxili çəkişmələrdə əriyib getməsinə imkan vermək olmaz. Türkiyə və Türk dünyası üçün MHP yeni siyasi fəallığını davam etdirməkdə qərarlıdır”.
Kənan Rövşənoğlu
http://musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir