KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Merkelin Tiflisə gözlənilən tarixi ziyarəti

Merkelin Tiflisə gözlənilən tarixi ziyarəti

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
340 0

Politoloq Nəzakət Məmmədova Almaniya kansleri Angela Merkelin Gürcüstana gözlənilən səfərini Moderator.az-a şərh edib:

“Almaniya Federativ Respublikasının federal kansleri Anqela Merkel bu yaxınlarda Gürcüstana səfər edəcəyini bildirib. Gürcüstanın baş naziri Mamuka Baxtadze və Almaniyanın Tbilisidəki səfiri Heike Renat Peitş iyulun 31-də bununla bağlı səfərin detallarını müzakirə ediblər. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, Almaniyanın Gürcüstana sərmayə qoyması, təhsil məsələlərinin müzakirə olunacağı gözləniir. Bundan başqa yoxsulluğun azaldılması və yeni iş yerlərinin yaradılması məqsədilə kiçik və orta sahibkarlığın yaradılması məqsədilə Gürcüstan hökumətinin gördüyü tədbirlər də iki ölkə nümayəndə heyətlərinin gündəliyinə daxil olan məsələlərdəndir. Lakin səfər müddətində siyasi məqamların xüsusi diqqət mərkəzində olacağı gözlənilir. Gürcüstanın Avro-Atlantik inteqrasiyası, Avropa Birliyi və NATO ilə əlaqələrinin əsas müzakirə predmeti olacağı aydındır.

Gürcüstanla Almaniyanın tarixi əlaqələri qədim olmasa da, lakin 1918-ci ildə müstəqillik qazanan bu ölkə Osmanlı və Rusiyaya qarşı Almaniyanın hərbi-siyasi yardımından yararlandı. Almaniya həmin vaxt Gürcüstana qoşun göndərdi. Məhz müttəfiqi olduqları almanların təzyiqi nəticəsində türklər liman və dəmiryollarını gürcülərə qaytarmağa məcbur olaraq onun etnik sərhədləri çərçivəsində tanımalı oldular. Almaniya habelə Gürcüstana milyonlarla marka yardım göndərmişdi. Doğrudur, qıa müddət sonra onlar öz yerini ingilislərə təhvil verməli oldu. Lakin həmin dövrdən etibarən Almaniyanın Gürcüstana geosiyasi maraq zonası kimi nəzərdən keçirməsinin əsası qoyuldu.

Almaniya müstəmləkələrə malik olmasa da, onun geosiyasi planlarında həyati maraq zonaları əldə etmək siyasəti hər zaman qalmaqda davam edib. Hazırda Almaniya həm də AB və NATO-nun aparıcı ölkəsi olmaqla öz milli maraqlarına bu təşkilatların maraqlarını da əlavə etməli olub. Cənubi Qafqaz və NATO isə bu məsələdə heç də az əhəmiyyətli deyil. Xanım Merkel əvvəllər də Tbilisiyə rəsmi səfərə dəvət edilsə də, 2015-ci ildə Bavariyada Böyük Yeddilliyə ev sahibliyi etdiyi üçün səfər baş tutmamışdı. Gürcüstan hər zaman Almaniyanın diqqət mərkəzində olan ölkə olub. On il əvvəl 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı bir sıra Avropa ölkələri Merkelə müraciət edərək xahiş etdilər ki, Putin və Medvedyevlə yaxın əlaqələrini işə salıb müharibənin qarşısını alsın. Çünki xanım Merkel dünyanın ən nüfuzlu siyasətçilərindən biridir və Avropanın ən böyük ölkəsi olan Almaniyanın lideridir. Eyni zamanda Gürcüstan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalayıb və hazırda NATO-ya üzv olmaq istəyir. Gürcüstanın bu iki mötəbər təşkilata üzv olması böyük ölçüdə Almaniyadan da asılıdır. Gürcüstan bu təşkilatlara üzv olmasında Almaniyanın böyük rolu ola bilər. Məlumdur ki, ABŞ prezidenti Donald Tramp Gürcüstanın NATO-ya üzv olmasına qarşıdır. Tramp NATO sammitində də bunu bir daha təsdiqlədi. Böyük ehtimalla Almaniya və Gürcüstan arasında əsas müzakirə mövzusu NATO və Avropa Birliyi ilə əməkdaşlıq olacaq. Çünki Cənubi Qafqazda geosiyasi vəziyyət artıq dəyişib. Ermənistan ABŞ-ın təsir dairəsinə keçib. Azərbaycan isə Avropa Birliyi ilə tərəfdaşlıq prioritetlərini imzaladı. Gürcüstan Avropa yolunda daha əhəmiyyətli yol qət edib. Almaniyanın Gürcüstanla bağlı mövqeyi NATO və Avropa Birliyinə üzv olmaq məsələsində əhəmiyyətli rol oynayacaq.
Digər tərəfdən, Azərbaycan prezidenti avqust ayında Rusiyaya rəsmi səfərə gedəcək. Payızda Ermənistanda növbədənkənar seçki gözlənilir. Paşinyan istəyir ki, rusmeyilli Respublikaçılar partiyasını parlamentdən təmizləsin. Bütün bu məsələlər Cənubi Qafqazda geosiyasi vəziyyəti gərginləşdirir. Gürcüstanda hökumət böhranı baş verdi və baş nazirlə birlikdə bir neçə vəzifəli şəxs istefaya getdi. Hazırda Cənubi Qafqaz böyük güclərin geosiyasi savaş poliqonudur. Almaniya da bu prosesdən kənarda qalmaq istəmir. Digər tərəfdən, Avropa Birliyi də Gürcüstanı bir tərəfdaş kimi itirmək istəmir. Hazırda Gürcüstan hakimiyyəti birmənalı olaraq Qərbyönümlü siyasət yeritmir. Müəyyən qədər Rusiya maraqları da nəzərə alınır. Saakaşvili gedəndən sonra Qərb və Rusiya maraqları arasında müəyyən bir balans yaradılıb. Rusiyanın isə Avropada ən yaxşı münasibəti olan ölkə Almaniyadır. Almaniya Rusiyadan ən çox qaz alan ölkədir və hazırda “Şimal Axını-2” layihəsini həyata keçirirlər.

Almaniya Gürcüstanın da iştirak etdiyi enerji layihələrinə qarşıdır. Merkel bu məsələləri Gürcüstan hökuməti qarşısında şərt kimi qoya bilər. Gürcüstan Avropanın enerji təminatında tranzit ölkə kimi böyük rol oynayır. Bakı-Tbilisi-Ceyhandan tutmuş bugünkü TANAP-a qədər Gürcüstan çox əhəmiyyətli ölkədir. Almaniya isə bu layihələrə qarşı olan ölkələrdəndir. Almaniya Avropa enerji bazarında “Qazprom”un hegemonluğunu qoruyub saxlamağının tərəfdarıdır. Burada Almaniya və Rusiyanın birgə həyata keçirdiyi “Şimal Axını-2” layihəsinin də böyük rolu var. Görüş ərəfəsində Azərbaycanın həyata keçirdiyi və Avropanın enerji təhlükəsizliyində rol oynayan layihələrdə Gürcüstanın iştirakı məsələləri də müzakirə oluna bilər. Almaniya alternativ enerji layihələrini qəbul etmir, hansı ki, bu layihələr Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə həyata keçirilir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir