KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Memmed Talıblı: RUSİYA-UKRAYNA SAVAŞI YENİ ENERJİ REALLIQLARI YARADIB

Memmed Talıblı: RUSİYA-UKRAYNA SAVAŞI YENİ ENERJİ REALLIQLARI YARADIB

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
165 0

Gözümüzün qarşısında olan imperialist hədəfi olan ölkənin güclü hesab etdikləri tərəfindən vururlar. Düşündürücüdür…
Rusiyanın əsas güvəndiyi təsir alətlərindən biri qaz hasilatı idi.
Qaz faktorundan çoxdan idi ki, təhdid aləti olaraq geninə-boluna istifadə olunurdu.
“Avropanı qazla boğaram” siyasi təkəbbürü çox populyarlıq qazanmışdı. ABŞ-ın “şist erası” 2015-ci ildən sonra enerji bazarında fərqli reallıqlar yaratdı. Əvvəllər dünyada ən mühüm neft idxalçısı və istehlakçısı olan ABŞ, məhz son 7 ildə dünyada ən çox neft hasilatçısı statusuna yüksələ bildi.
Dünya Bankı öz hesabatında qeyd edib ki, ABŞ, Qatar və Norveçin də Avropa bazarında payı artıb. ABŞ-nin payı 8%-dən 17,4%-ə kimi, Qatarın payı 6,8%-dən 7,4%-ə, Norveçin payı isə 9%-dən 12,5%-ə kimi artıb.
Digər ölkələrin payı isə 23,7%-dən 25,3%-ə yüksəlib.
Çox ciddi siqnaldır. Enerji xəritəsinin dəyişilməsinə işarədir.
Buna səbəb isə ötən il Ukrayna ilə müharibə səbəbindən Rusiya qazına tətbiq edilən sanksiyalar olub. Belə ki, Rusiya Avropa bazarındakı payı 34,1%-dən 19,5%-ə kimi azalıb.
Bu ciddi bir azalma nisbətidir.
Dünya Bankının hesabatında ölkəmizin qaz hasilatının artırması ilə bağlı da xüsusi bənd var. Belə ki, Azərbaycanın Avropa qaz bazarında payı 2021-ci ildəki 4,9%-dən 2022-ci ildə 6,9%-ə yüksəldə bilib.
Rusların özlərinin dəyərli bir atalar sözləri var: “Müqəddəs yerlər boş qalmır.” Onu dolduran subyektlər (insan, dövlət) mütləq olacaq.
Rusiya qazı olmasa da, enerji hasilatçısı ölkələri Rusiyanın o “müqəddəs” yerini dolduracaqlar. “Əvəzolunmazlıq” sindromu dost qazandırmır, olan dostların itirilməsi ilə nəticələnir.
Bütün bu acı reallıqlar sübut edir ki, təbiətin hədiyyəsinə arxayın olub kopud güclə regionu qorxu altında saxlaya bilmərsən.
Avropanı təhdid edib kiçik dövlətlər üzərində əzici gücünlə böyük qələbəyə ümid edə bilməzsən.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir