KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Memmed Talıblı: RUSİYA ÜÇÜN SWİFT-dən KƏNARLAŞMA NƏ DEMƏKDİR?

Memmed Talıblı: RUSİYA ÜÇÜN SWİFT-dən KƏNARLAŞMA NƏ DEMƏKDİR?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
289 0

Amma bir problematik məsələ isə bundan ibarətdir ki, SWIFT-dən Rusiyanın çıxarılması təkcə onu yox, Rusiyadan məsələn, neft-qaz alan tərəfdaş dövləri də “vuracaq”. Onları da təsirləndirəcək. Ona görə Rusiyanı SWIFT-dən çıxaran dövlətlər qeyd edirlər ki, bu Rusiyadan enerji daşıyıcıları alan banklara tətbiq edilməsin. Hələlik əsas “nəfəslik” bununla bağlıdır. Bu istisna halı isə açığı bu qərarın təsir gücü də ciddi dərəcədə əhəmiyyətsizşmiş olur. Çünki məhz bu banklar vasitəsilə Rusiyaya ödəmələr həyata keçirilir və enerji sektorundan idxal hesabına Rusiyaya daxil olan 10 milyardlarla vəsait maliyyə əməliyyatlarının həcmi əsas dominantlıq təşkil edir.

Rusiya banklarının ticarət tərəfdaşları ilə il ərzində apardığı əməliyyatların həcmi 100 milyradlarla dollar səviyyəsində ölçülür. SWİFT sistemindən istifadə hesabına Rusiyalı bir investor bank əməliyyatı üçün bu qurumun mesaj qutusuna sifarişin yazır və cavab alır.

SWİFT-dən kənarlaşma təkcə iqtisadi izolyasiya müxanizmi deyil, həm də legitimlik faktorudur. Demək həmin dövlət dünya üçün ciddi təhülkə mənbəyinə çevrilib ki, heç bir dövlət onunla sivil bank əməliyyatlarına daxil olmaq istəmir. Dövlətin təhlükəlilik dərəcəsi haqqında aydın bir təsəvvür yaradır.

GÖZLƏNTİLƏR VƏ PROQNOZLAR

Bildiyimiz kimi Rusiya emal məhsullarının ən mühüm idxalçılarından biridir. Dünya Bankının məlumatlarına görə Hollandiya və Almaniya Rusiyanın ilk beşlikdə olan ticarət tərəfdaşları olduğuna görə SWIFT-dən çıxarılması həmin dövlətlər üçün də müəyyən problemlər yaradacaq.

Rusiyanın SWIFT-dən çıxarılması təbii ki, dünyanın sonu olmayacaq. Dünyada analoji fəaliyyəti həyata keçirən korporativ birliklər var. İranın, Çinin istifadə etdiyi belə əməliyyatlar sistemləri var. Ciddi bank əməliyyatlarının sıfır həddə düşməsi deyil, amma sadəcə ciddi nəfəsliklərin bağlanması deməkdir.

Rus bankları bu sistemdə olmayacağı təqdirdə Rusiyaya mal göndərməyi xarici tərəfdaşlar daha riskli sayacaqlar və həmin mallar avtomatik olaraq bahalaşacaq. Deməli bu addımdan sonra Rusiyada mal və xidmətlərin qiymətləri kəskin sürətdə artacaq.

Monetar sferada rubl üzərində təzyiq imkanları artacaq. Bank əməliyyatının həcminin azalması fonunda qeyri-leqal iqtisadiyyatın həcmi genişlənəcək. İnflyasiya hətta 3 rəqəmli ola bilər. Devalvasiya ehtimalları yüksələcək. Sosial şərtlər ağırlaşacaq.

SWIFT-in təsir gücünü real olduğundan daha böyük təqdim etməyin əleyhinəyəm. Amma onun təsirləri də lokal xarakter daşımır. Siz sanki iqtisadiyyatınızı, o cümlədən onun “qan-damar sistemini” qlobal bank sistemindən təcrid edirsiniz. Demək SWIFT-dən çıxarılma təkcə bir dövlətin bank sisteminin çökməsinə aparan yol deyil, həm də iqtisadi sahədə tənəzzül elementlərinin güclənməsinə təkan verən faktordur. Birjalarda uzun müddət çaxnaşmalar və sərt qiymət dalğalanmaları olacaq. Bu proses iqtisadi müstəvini sabit relslər üzərinə oturdana qədər davam edəcək.
Memmed Talıblı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir