Azərbaycan İsraillə siyasətinə yenidən baxmalıdır. İlk növbədə Türkiyə ilə bu istiqamətdə kordinasiyalı siyasət aparılmalıdır. İsrail Türkiyə qarşı şimali Suriyada PKK və YPG terror təşkilatına dəstək verir. Şimali Suriyada Türkiyə əleyhinə YPG terror təşkilatının muxtariyyət yaradılması üçün siyasi və lojistik dəstəyini artırıb. Türkiyə məhz Azərbaycana görə Ermənistanla uzun illərdi ki, əlaqələr qurmur.
Azərbaycan İsrail-Fələstin məsələsində rəsmən müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Cənab prezident İlham Əliyev Misirə səfəri çərçivəsində Qahirədə mətbuat konfransında bəyan etdi. Hətta Qəzzada yaşanan faciəni durdurulmasinın vacibliyini qeyd etdi. Azərbaycan Yaxın Şərq və müsəlman ölkələri ilə bağlı siyasətində Türkiyə ilə eyni xətti davam etdirəcəksə, strateji uğurlar əldə edəcək. Bugün Azərbaycanın Cənubi Qafqazda güclənməsi və xarici təzyiqləri neytrallaşdırılmasında Türkiyə ilə müttəfiqliyimiz mühüm rol oynayır.
Ankaranın İsraillə bağlı siyasətinə Azərbaycan dəstək verə bilər. Geosiyasi şərtlər dəyişib və yeni reallıqlar yaranıb ki, İran Azərbaycan taktiki təlimləri keçirilir. Bugün Azərbaycan qonşulari ilə sıfır problem siyasəti həyata keçirir. Məhz prezident İlham Əliyevin bu istiqamətdə uğurlu siyasəti Azərbaycanın geosiyasi mövqelərini gücləndirir.