Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

MAQATE “METSAMOR” STANSİYASININ DURUMUNDAN NARAHATDIR

Ermenistan 2 Mayıs 2019
27

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Yukia Amano İrəvana gedərək Ermənistanın baş naziri Nikol Paşiyanla görüşüb. Aydındır ki, MAQATE rəhbəri Ermənistanda yalnız bir mövzudan danışa bilərdi: “Metsamor” atom elektrik stansiyası. Təsadüfi deyil ki, təşkilatın rəhbəri Paşinyanla görüşdə deyib ki, atom təhlükəsizliyi sahəsində təşkilatın Ermənistanla əməkdaşlığı vacibdir. MAQATE rəhbəri onu da deyib ki, təşkilat Ermənistana kömək etməyə hazırdır. Sual olunur: “Metsamor” atom elektrik stansiyasında hər şey qaydasındadırsa təşkilat rəhbəri niyə Ermənistana köməkdən danışır? Deməli, MAQATE adı çəkilən stansiyanın durumundan narahatdır.

Atom elektrik stansiyasının işlədilməsi hər bir dövlət üçün bahalı işdir. Ona görə də Ermənistanın bu stansiyanı nə dərəcədə təhlükəsiz işlətməyə qadir olması sual altındadır. Yaponiya kimi dövlət sunami nəticəsində “Fukusimo” atom elektrik stansiyasının bir neçə blokunun dağılmasıyla üzləşdi. Ermənistan Yaponiya deyil. Ona görə də Ermənistanda istənilən təbiət hadisəsinin “Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir. Ermənistanla qonşu olan dövlətlərin MAQATE-dən “Metsamor”un vəziyyəti barədə hesabat tələb etmək haqqı var. Çünki nəsə olsa nəticəsi bütün bölgəni əhatə edəcək.
Elhan Şahinoğlu

Yorumlar