KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Makron Menbiçə xüsusi təyinatlılar yollayır, Putin isə Ankarada zirvə toplantısına girir..

Makron Menbiçə xüsusi təyinatlılar yollayır, Putin isə Ankarada zirvə toplantısına girir..

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
387 0


Politoloq: “ABŞ və Qərb ölkələrinin xarici siyasəti Yaxın Şərqdə çox böyük zərbələrə məruz qalıb və onlar istədikləri planı həyata keçirə bilməyiblər”

“Demək olar ki, hazırda ABŞ və Qərb Suriyada daha zəif durumdadırlar. Rusiya, Türkiyə və İran isə üstün səviyyədədir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Suriyada yaranmış son vəziyyəti PİA.AZ-a şərh edərkən bildirib.

Martın 29-da əsasən kürdlərdən formalaşdırılan Suriya Demokratik Qüvvələrinin nümayəndə heyəti Fransa prezidenti Emmanuel Makronla görüşüb. Görüşdən sonra Makron Menbiçdəki kürd yaraqlılarını Türkiyənin mümkün hərbi hücumundan qorumaq məqsədi ilə oraya fransız ordusunun xüsusi təyinatlılarını göndərmək barədə qərar qəbul edib və bildirilib ki, fransalı özəl təyinatlılar əməliyyatları ABŞ-ın döyüş komandanlığı ilə birlikdə aparacaq. Ankara isə xəbərdar edib ki, yaraqlılar bölgədən çıxmazsa, Türkiyə Münbiçdə “Zeytun budağı”na bənzər irimiqyaslı əməliyyata başlayacaq. Bir neçə gün sonra isə Fransa prezidentlərinin rəsmi iqamətgahı olan Yelisey sarayı Suriyaya əsgər göndəriləcəyi ilə bağlı iddiaları təkzib edib və Fransanın yeni bir hərbi əməliyyat keçirməyi planlaşdırmadığını qeyd edib.

Onu da qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyəyə iki günlük səfər edəcək. Səfər çərçivəsində Türkiyə, Rusiya və İran prezidentlərinin sammiti də gözlənilir. Sammitdə əsasən Suriya müzakirə olunacaq. Türkiyə, Rusiya və İranın Suriya məsələsində yeni anlaşma, xüsusən kürd məsələsində yeni anlaşma əldə etməsini nə qədər gözləmək olar? Xüsusən Menbiç məsələsində hansısa irəliləyiş gözləmək mümkündürmü?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.
Картинки по запросу nəzakət məmmədova
Nəzakət Məmmədova: “Türkiyə, İran və Rusiya hansısa bir ölkənin Suriyada qalmasını istəmirlər”.

Rusiya, İran və Türkiyənin başqa ölkələrin səbəbindən asılı olmayaraq, Suriyada qalmasına razı olmadıqlarını bildirən politoloq Nəzakət Məmmədova görə, Suriya məsələsinin gələcək taleyini də elə bu üç ölkə həll edəcək:

“Bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayır. Səfər çərçivəsində siyasi, iqtisadi, hərbi, ticarət və enerji əməkdaşlığı sahələrində bir sıra mühüm müqavilələrin əldə olunacağı gözlənilir. Türkiyə və Rusiya arasında yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclası olacaq. Görüşdə diqqət çəkən məqam ondan ibarətdir ki, Rusiya, Türkiyə və İranın hər biri indiki şəraitdə Qərblə kəskin qarşıdurma şəraitindədir. Rusiyaya qarşı sanksiyalar tətbiq olunub, İrana qarşı yenidən sanksiyaların tətbiq olunması ehtimalı var, Türkiyə ilə də müəyyən gərginliyin mövcud olduğu məlumdur.

Səfər çərçivəsində atom elektrik stansiyasının tikilməsi ilə bağlı ciddi irəliləyişlər olacaq. Yəni, bu məsələdə Rusiya Türkiyəyə kömək edəcək və bununla da Türkiyənin elektrik enerjisindən asılılığını azaldacaq. Türkiyə öz daxilində atom elektrik stansiyalarından istifadə edərək özünün enerji təchizatını xeyli dərəcədə yaxşılaşdırmış olacaq. Bu baxımdan səfərin əhəmiyyəti çox böyükdür.

Deyilənə görə, səfərin əsas məqsədlərindən biri Putinin Ərdoğanla Bəşər Əsəd arasında barışıq yaratmaq istəyidir. Artıq Suriyada proseslər elə bir həddə çatıb ki, Putin barışığın olmasını istəyir. Demək olar ki, hazırda ABŞ və Qərb Suriyada daha zəif durumdadırlar. Rusiya, Türkiyə və İran isə üstün səviyyədədir. Suriyanın gələcək taleyini onların həll etməsi ehtimalı daha yüksəkdir. Fransa ABŞ-ın kontingentini əvəz etmək barədə bəyanat vermişdi. Təbii ki, bu bəyanat hər üç ölkəni narahat etmişdi. Ümumiyyətlə, Türkiyə, İran və Rusiya hansısa bir ölkənin Suriyada qalmasını istəmirlər.

Nəzakət Məmmədova: “Tarix boyu Fransa Türkiyəyə qarşı bir mövqe tutub və Türkiyənin ərazilərinin bölüşdürülməsi onun planlarına daxildir”.

Birinci Dünya Müharibəsindən sonra Fransa Suriya ərazisində mandat sistemi üzrə nəzarəti ələ keçirmişdi vəhesab edir ki, həmin ərazilərdə qalmaq haqqı var. Ona qalsa, Osmanlı İmperiyası əsrlər boyu Suriya ərazisini nəzarətdə saxlayıblar və Türkiyənin də söz haqqı var. Digər tərəfdən, indiki şəraitdə ABŞ-ın daxilində çox ciddi qarşıdurmalar var və demək olar ki, Tramp təklənib. Trampın ətrafında olan dövlət katibi, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, ABŞ milli təhlükəsizlik müşaviri onu Rusiya, İran və Türkiyəyə qarşı sərt siyasət həyata keçirməyə məcbur edirlər. Rusiyanın diplomatlarının qovulduğu bir anda bu səfərin baş tutması Rusiyaya hava, su kimi lazımdır. Eyni zamanda Rusiya Türkiyə və İrana lazımdır. Yəni, hər üç ölkə indiki vaxtda Qərb tərəfdən sıxışdırıldığına görə mütəffiqliq münasibətləri daha da yaxınlaşır. Amerika Türkiyəni Rusiyadan S-400 raketləri almasıyla bağlı təhdid edir. Hadisələr getdikcə daha ciddi müstəviyə qədəm qoyur.

Bu üç ölkədə hakimiyyətin zəifləməsində ABŞ və Qərbin çox maraqlı olduğunu nəzərə alsaq, onların birliyi təbiidir. Düşünürəm ki, hər bir halda ABŞ və Qərb ölkələrinin xarici siyasəti Yaxın Şərqdə çox böyük zərbələrə məruz qalıb və onlar istədikləri planı həyata keçirə bilməyiblər. Onların istəyi İsrailin mövqeyinin möhkəmləndirilməsi, Yaxın Şərqin enerji resurslarının ələ keçirilməsi, Kürdüstan dövlətinin yaradılması və Pentaqonun hərbi bazalarının həmin Kürdüstan ərazisində yerləşdirilməsindən ibarət idi. Hansı nəzərdə tutulan ərazi Türkiyə, Rusiya, İran və İraqla sərhəddə yerləşəcəkdi. Yəni, Aralıq dənizinə çıxışı olan bir dövlət yaradılacaqdı. Lakin bu plan baş tutmadı. Oyuna Fransanın da qoşulmasına baxmayaraq, ABŞ qala bilmədiyinə görə Fransanın da qala biləcəyi ehtimalı çox aşağıdır. Fransa nüvə dövləti və BMT TŞ-nın daimi üzvü olsa da, oradan çıxarılacağı gözləniləndir. Tarix boyu Fransa Türkiyəyə qarşı bir mövqe tutub və Türkiyənin ərazilərinin bölüşdürülməsi onun planlarına daxildir”.

Gülşən ŞƏRİF
pia.az

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir