KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Mais Əlizadə: Haradayıq, əcaba?

Mais Əlizadə: Haradayıq, əcaba?

Kafkassam Editör Kafkassam Editör - - 16 dk okuma süresi
269 0
mayis alizade

Yay aylarını geridə qoyub payızı qarşıladığımız günlərdə Qafqaz regionunda yeni tarazlıqların formalaşdırılması istiqamətində siyasi-diplomatik addımların şahidi oluruq.
2020-ci il noyabrın 10-da Rusiya-Azərbaycan-Ermənistan razılaşması ilə başa çatmış 44 günlük müharibədən səkkiz ay sonra Rusiya vəziyyəti yönləndirərkən, iyunun 15-də prezident Ərdoğanın səfər etdiyi Şuşa şəhərində imzalanan bəyannamə Türkiyə-Azərbaycan münasibətlərinə bir növ zəmanət verməsi baxımından yadda qaldı.
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də parlament seçkilərində öz kürsüsünü müəyyən qədər möhkəmləndirənədək dörd dəfə çevrilişi cəhdləri ilə üz-üzə qaldı.
Sentyabrın 28-də prezidentin sözçüsü İbrahim Kalın Ermənistanla münasibətlərin normallaşdırılması məsələsinə mülayin baxan açıqlaması ilə gündəmə düşdü. Onun arxasından Azərbaycan prezidenti İlham Əliyevin də münasibətlərin normallaşmasına isti baxması ilə bağlı açıqlaması gəldi, hətta Əliyev 44 günlük savaş boyunca istehza edərək lağa qoyduğu baş nazir Paşinyanla bir araya gələ biləcəyini bildirdi.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ABŞ-ın dəstəyilə təşəbbüsü ələ alaraq yeni dönəmin başlanması məqsədilə öncə İlham Əliyev ilə Bakıda, daha sonra isə oktyabrın 9-10-da Yerevanda Nikol Paşinyanla bir araya gəldi və təkliflərini irəli sürdü.
Müharibədən sonra Azərbaycan və Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri sentyabrın 29-30-da Gürcüstanda görüşərək yeni dönəmdəki müzakirələrə start verdilər.
Əldə olan məlumatlara görə, hazırda bu məsələlərlə əlaqədar tərəflərin hamısı dialoqa müsbət baxaraq, hadisələrin inkişafını izləyir və buna görə mövqe tutmağa hazırlaşırlar.
Yeni dönəmdə gerçəkləşən ilk təkbətək danışıqların iştirakçılarından biri, Azərbaycanın yeganə müstəqil media qurumu olan Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev payızın ilk günlərindən bu yana cərəyan edən hadisələrlə bağlı Independent Türkçe-yə aşağıdakıları bildirib:
Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında otuzillik münaqişəni bitirərək regionda vəziyyəti sabitləşdirmək səyləri sürətlənir. Nəticə region ölkələri arasında sülhün bərqərarı və əməkdaşlığın qurulması olmalıdır.
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin öncə Bakıda prezident Əliyevlə görüşdükdən sonra oktyabrın 9-10-da baş nazir Paşinyanla bir araya gəlməsində əsas məqsəd “münaqişəsiz qonşuluq səyləri”nin 3+2 formatını (Cənubi Qafqaz ölkələri, ABŞ və Aİ) təqdim etmək olub.
Şübhəsiz ki, hələ 30 illik müstəqilliyin ilk illərində üç ölkənin gündəliyinə gəlmiş “Qafqaz Evi” bu qədər səhvdən və faciələrdən sonra bu gün daha da aktuallaşıb.
İrakli Qaribaşvilinin üzərinə götürdüyü vasitəçilik missiyası Azərbaycan və Ermənistan liderlərinin maraqları xaricində olmayıb. Gürcüstanın hökumət dairələri Azərbaycanın əlində olan erməni hərbi əsirlərin geri qaytarılmasının müqabilində Qarabağ və onun ətrafındakı minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinin bu vasitəçilik sayəsində həyata keçirildiyini ifadə edərək məhz bu səbəbdən vasitəçilyin davam etdirilməsini istəyirlər.
Gürcüstanlı baş nazirin hər iki liderlə təkbətək görüşünün ardından oktyabrın 12-də baş nazir Paşinyan Moskvada Rusiya Federasiyasının dövlət başçısı Putin ilə bir araya gəldiyi kimi, İlham Əliyev ilə Putin arasında da baş tutan telefon görüşməsində bölgədəki son durumlar və bundan sonrakı proseslər müzakirə edilib.
Bunun nəticəsi olaraq yaxın gələcəkdə Moskvada Vladimir Putinin ev sahibliyi, Əliyev və Paşinyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi sürpriz olmayacaq. Artıq liderlər “yer və vaxt məhdudiyyətləri olmadan görüşməyə hazır olduqlarını” açıqlayıblar.
Bu durumda əslində iki vasitəçinin olduğunu və birinin digərini inkar etməyib tamamladığını söyləmək lazım gəlir.
Gürcüstan “Qafqaz Evi” layihəsində qonşu ölkə, Rusiya isə MDB-nin lider ölkəsi, ATƏT-in Minsk Qrupunda həmsədrdir, eyni zamanda 10 noyabr 2020-ci ildə müharibəni sona çatdırmış üçtərəfli razılaşmanın memarı və icraçısı rolunu üzərinə götürüb.

Bu çarpaz və paralel müzakirələrə Liviyadan tutmuş Əfqanıstana qədər bir çox bölgə ilə sıx məsləhətləşmələr aparan Türkiyə ilə Rusiya arasında əməkdaşlığın daxil olması ehtimalı gözardı edilməməlidir.
Bu kontekstdə Türkiyə prezidenti Ərdoğanın irəli sürdüyü 3+3 formatında “Altılıq platforması” da yeni reallıqlar işığında və ciddi şəkildə gündəmə gətirilə bilər. İşin əvvəlində demokratiya və Aİ perspektivi səbəbilə bu formulu qəbul etməyən Gürcüstanın sonrakı müddətdə buna müsbət baxdığına dair məlumatlar alırıq.
Gürcüstanın yüksək rütbəli rəsmiləri agentliyimizə bildiriblər ki, Rusya bu prosesdə həll olunmamış regional problemlərin həllində konstruktiv rol oynasa, “Rusyanı alqışlayacaqlar”.
Ayrıca İrakli Qaribaşvilinin cənab Ərdoğanla erməni baş nazir arasında vasitəçilik cəhdinin ola biləcəyi də gündəmə gələ bilər. Hazırda Azərbaycanla Ermənistan arasındakı görüşlərdə masa üzərində üç çox ciddi mövzu var, bunlar nəqliyyat yollarının açılması, sərhəd xətlərinin təsdiq edilməsi və Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndi və ətrafının statusunun müəyyənləşdirilməsidir.
Bu problemlərin həlli üçün Rusiya, Ermənistan və Azərbaycanın yüksək vəzifəli şəxslərindən ibarət komissiya yaradılıb. Baş nazir Qaribaşvilinin bu istiqamətdə də cəhdlərinin ola biləcəyindən söz getsə də, 10 noyabr 2020 – ci il tarixli Putin-Əliyev-Paşinyan razılaşmasında bu mövzuda Rusiyanın əlini güclü edən məsələlər diqqəti çəkir.
ATƏT-in Minsk Qrupunun prosesə daxil olması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dəvətinin olmasına rəğmən, bu sahədə hələ ki gəlişmə gözlənilmir. Görünən odur ki, yenidən uzun proses başlayır.
Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşması yönündə ilk cəhd 2008-2009-cu illərdə olmuşdu və “Futbol diplomatiyası” adlanan prosesin əvvəlində o vaxtkı prezident Abdullah Gül iyulun 6-da Yerevanda Ermənistan-Türkiyə milli matçını izləmişdi, 14 fevral 2009-cu ildə isə həmin prosesin davamı olaraq dövlət başçısı Serj Sarkisyan Bursa getmişdi.
10 oktyabr tarixində imzalanmış Sürix protokolları Türkiyə və Azərbaycan arasında gərginliyə səbəb olmuşdu.
12 yanvar 2010-cu il tarixində Ermənistan Konstitusiya Məhkəməsi Sürix protokollarının qüvvəsini dayandırması ilə proses başa çatmışdı.
Bəs o zaman prosesin başlamasına nə səbəb olmuşdu?
Düyməyə basmaq üçün hazırlıq görülmüşmüydü?
Independent Türkçe-nin mövzu ilə bağlı sualını dövlət başçısı Gülün özəl qələm müdiri, Türkiyənin Bakıda və Berlindəki keçmiş səfiri Hüseyn Avni Karslıoğlu belə cavablayır:
Avropa çempionatına seçim turnirində Türkiyə və Ermənistan eyni qrupa düşdüyündən həm Qarabağın işğaldan azad edilməsi, həm Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması, həm də Qafqaz regionunda sülhün bərqərar edilməsi üçün bunu bir fürsətə çevirməyi fikirləşdilər.
Dövlət başçısı Abdullah Gülün Yerevana matçı izləməyə gedib-getməməsi mövzusu xeyli mübahisə yaratdı. Radikal qruplar hər hankı aksiya keçirərmi və hətta sui-qəsd ola bilərmi deyə hər şey dəyərləndirildi .
Əslində dövlət başçımız matçın üçüncü bir ölkədə keçirilməsini tələb edə bilərdi, amma bunu etmədi, yaranmış mühüm bir fürsət kimi Yerevana getmək qərara alındı. Deməliyəm ki, Ermənistan dövləti hər cür zəruri təhlükəsizlik tədbirlərini görmüşdü.
Birgünlük səfər zamanı prezident Gül Azərbaycan torpaqlarının işğalına son qoyulması, Türkiyəyə qarşı düşməncəsinə davranışlardan imtina edilməsi təkliflərində bulundu. Prezident buna inanırdı: Azərbaycan əraziləri işğal altında qaldığı müddətdə problem daha da qanqrenləşəcək və sülh yolu ilə həlli çətinləşəcək.
Eyni şey Türkiyəyə qarşı yanlış və ədalətsiz münasibətlər üçün də keçərliydi.

14 oktyabr 2009-cu ildə prezident Sarkisyan Bursaya gəldiyində matçdan öncə, matç arası və sonrası görüşlərdə dövlət başçımız təkliflərini yenə israrla irəli sürdü.
Torpaq işğalı və “soyqırım”, “torpaq tələbi” kimi iddialar siyasətçilərin işinə yarayır, cəmiyyətlər fərqli şəkildə bunun sıxıntısını yaşayırlar. Baxın, Ermənistan təxminən otuz il Azərbaycan torpaqlarını işğal altında saxladı, qazancı nə oldu? Eyni şey Türkiyə ilə münasibətlərə də aiddir. Mühüm olan xalqların mehriban qonşuluq və firavanlıq içində yaşamasıdır. Siyasətçilərin maraqları keçicidir, hər bir siyasətçi bu gün vida edir, olan xalqlara olur. Türkiyə-Ermənistan münasibətlərin normallaşmasına müsbət baxıram. Çünki bayaq da söylədiyim kimi, siyasətçilərin yox, cəmiyyətlərin maraqları düşünülməlidir və ona uyğun addımların atılması lazımdır. Türkiyə Xarici İşlər Nazirliyinin çox yaxşı hazırlıqlı məmurlarının da prosesin başlaması durumunda bu işlərin öhdəsindən uğurla gələcəyinə inamım tamdır.
Sadəcə, Türkiyə və Azərbaycanı yaxından təqib etməklə yanaşı Ermənstanın və Gürcüstanın özündən də səhih bilgilər almasıyla tanınan, Makedoniyadakı Beynəlxalq Türk Vizyon Üniversitetinin rektor yardımçısı, Ankaradakı “Kafkassam” Araşdırmalar Mərkəzinin rəhbəri prof. dr. Hasan Oktay 44 günlük müharibədən öncə də Türkiyə-Azərbaycan-Ermənistan və Gürcüstanın bölgədə davamlı sülhün bərqərarı yönündə effektiv təşəbbüs göstərməsinin vacibliyini müdafiə edən mövqeyilə tanınan akademikdir.
Putin-Əliyev-Paşinyan arasındakı razılaşmanın birinci ili başa çatdıqdan bu günə qədər cərəyan edən hadisələri Independent Türkçe-yə dəyərləndirən prof. dr. Oktayın düşüncə və yanaşması qısaca bu şəkildədir:
44 günlük Qarabağ müharibəsi boyunca Azərbaycan ordusu işğal altındakı torpaqları azad ermək üçün savaşırkən dövlət başçısı Əliyev Ermənistanın baş naziri Paşinyanla bağlı “Nə oldu, Paşinyan, iti kimi qaçırsan” kimi açıqlamalar verirdi.
Bütün müharibələr sülh üçün aparılır. Azərbaycan bu gerçəyi gözardı edərək savaş müddətində Ermənistanı aşağılayan açıqlamalarla diplomatiya yolunu bağlamaq istəyirdi. Eyni zamanda Azərbaycan savaşa yanlış başlamanın strateji xətasını qapada bilmək adına diqqətləri başqa tərəfə çəkmək istəyirdi.
25 may 1993-cü ildə torpaqlarından çıxardığı rus əsgərlərin 10 noyabr 2020-ci il razılaşmasıyla yenidən torpaqlarına gəlməsinin önünü açan Azərbaycan bu durumu diqqətdən qaçırmaq üçün olduqca fərqli açıqlamalar verməkdədir.
Azərbaycan savaş yoluyla tamamən ala biləcəyi torpaqların ən strateji nöqtələrini Rusiyaya buraxdı. Bu prosesdə Ermənistanın bir çox sahədə fərqləndiyini görürük, istər parlament seçkiləri, istərsə bir sıra ölkə ilə münasibətlərin sağlam zəmində qurulduğunu görürük.

Digər tərəfdən, Azərbaycan kiçik qonşusu Ermənistan ilə məşğul ikən, böyük qonşusu İran qarşısına dikildi, bu da fərqli bir panik durum yaradır. Bu vəzyyətdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Əliyev-Paşinyan görüşü gündəmə gəlir.
Türkiyənin İrana baxışı hələ də müsbət olduğundan, İranın Azərbaycana qarşı sərgilədiyi aqressiv münasibətdə Türkiyənin vasitəçiliyi mövzuya çevrilə bilər. Bunun səbəblərindən biri də İran- Rusiya münasibətlərinin çox pozitiv durumda olmasıdır.
Baş nazir Nikol Paşinyan Belarus prezidenti Lukaşenkonun rəhbərlik etdiyi MDB onlayn sammitində “Zəngəzur dəhlizinin açıla biləcəyini” söyləyib. Lakin İrandan və Rusiyadan Ermənistana gedən nəqliyyat dəhlizlərinin açılması şərtilə.
Bu durumda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Rusiya-İran əməkdaşlığını göz önündə tutaraq bir an öncə Türkiyə ilə Ermənistan arasındakı sərhəd qapılarının açılmasını istəməsi lazım gəlir.
Beləliklə, Ermənistann Qərbə “açılan yol” problemi də həll edilmiş olur. Bu durum Azərbaycanın əlini bir xeyli rahatladacağı kimi Ermənistan üzərində Türkiyənin təsirini də xeyli güçləndirəcək.
Ayrıca, Tbilisidə QHT-lər və ictimai rəy liderləri arasında başlamış prosesə Türkiyənin bölgəylə əlaqədar QHT və ictimai rəy liderlərinin daxil edilməsinin və bəzən toplantıların Türkiyədə keçirilməsinin prosesə faydalı olacağına inanıram.
44 günlük müharibənin ilk günündən Azərbaycan üstünlüyü əldə edər-etməz Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli “Naxçıvanla Azərbaycanı ayırmış Zəngəzur dəhlizin açılmasını” gündəmə gətirdi və xüsusilə, milliyyətçi-mühafizəkar cameə bu sözlərdən olduqca həyəcanlandı.
15 oktyabrda keçirilən MDB sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın “Zəngəzur dəhlizi açılacaq” şəklindəki ifadəsini necə oxumamız lazımdır?
Türkiyə gerçəkdən istədiyini aldımı?

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir