KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Mərahim Nəsib: Putin SSRİ-ni bərpa edir, ya Çar Rusiyasını?

Mərahim Nəsib: Putin SSRİ-ni bərpa edir, ya Çar Rusiyasını?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
296 0

Putinin SSRİ-ni bərpa etmək fikri yoxdur. Bu, Rusiya hakimiyyətinin siyasi dəstixətti ilə ümumiyyətlə uzlaşmır. Yanlışlığa yol verməmək üçün əvvəlcə Çar Rusiyasının, sonra SSRİ-nin, sonra da hazırkı Rusiya hakimiyyətinin siyasi istiqamətinə nəzər salmaq lazımdır. Nəzər salanda da görürük ki, Putinin avtokratik və imperialist dəstixətti daha çox Çar Rusiyası ilə analojidir, nəinki SSRİ ilə. Çünki Çar Rusiyası da, mövcud Rusiya hakimiyyəti də sırf xarici siyasətə, daha dəqiq desək imperialist-işğalçılıq maraqlara istiqamətlənib. Daxili siyasət bu sistemlər üçün elə də əhəmiyyət kəsb eləmir. Yəni, “hücum et, ələ keçir, quberniya kimi təzyiq və təsir altında saxla” siyasəti və bununla da regional gücü qorumaq və artırmaq prosesi… Bir növ, kapitalizmin “parçala, hökmranlıq et” şüarının eynisi.

Amma kapitalizmə tərs mütənasib olan sosialist SSRİ bu siyasətlə düz mütənasib ola bilərmi? Böyük ölçüdə əlbəttə ki, ola bilməz. SSRİ adından da göründüyü kimi, respublikaların ittifaqı olub. Yəni, ittifaq dövləti. Hər xalq öz dövlətinə, hər dövlət isə mərkəzi hakikiyyətə tabe olub. Nəticədə yenə də xalqların defakto da olsa respublikaları olub, tamamilə bir ölkənin quberniyasına çevrilməyiblər. Çünki ittifaqı formalaşdıran bütün üzv dövlətlər olub. Bütün ölkələr isə konstutisiya ilə bir ölkəyə deyil, ittifaqa daxil olub. Yəni, əsarətdən daha çox, vahid hakimiyyət sistematikası olub.

Putin hakimiyyəti isə bundan tamamilə uzaqdı. O, daha çox birinci ilə, yəni Çar Rusiyası ilə oxşardır. İttifaqçı deyil, ilhaqçıdır. İttifaqa deyil, birbaşa özünə tabelik prinsipi ilə hərəkət edir. Bəs, Putinin bu siyasətinin uğur qazanmasının səbəbi nədir? Səbəb də çox sadədir. Bu uğurun formulu yalnız Rusiyanın gücü və qüdrəti deyil, həm də təsir və təzyiq altında saxladığı hakimiyyətlərin dövlətçilik ənənəsini yox, mövcud hakimiyyəti qorumasına görədir. Güclü olan tərəf isə bu presedentdən uğurla istifadə edir.
Mərahim Nəsib Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir