KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Məhəmməd Əsədullazadə: “ABŞ İranı tam nəzarətdə saxlayacaq”

Məhəmməd Əsədullazadə: “ABŞ İranı tam nəzarətdə saxlayacaq”

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
335 0

“ABŞ və İran arasında Vyanada keçirilən nüvə sazişi üzrə danışıqlar müsbət istiqamətdə davam edir”.

Cebhe.info-nun xəbərinə görə, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib:

“Bu danışıqların nəticəsi olaraq İran rəsmilərinə və digər sahələrə sanksiyaların aradan götürülməsi razılaşdırılıb. Birbaşa İran ali rəhbərliyinin göstərişi və razılığı ilə keçirilən bu danışıqlar islahatçıların mövqeyini gücləndirir və iyunun 18-də keçiriləcək prezident seçkilərində mötədillərin namizədinin qalib gəlməsi mümkün ola bilər. Ümumiyyətlə, mühafizəkarların namizədi də seçkilərdə qalib gələrsə, ABŞ-la danışıqlar aparmaq və İranı bu iqtisadi bataqlıqdan çıxarmaq üçün razılaşmaq məcburiyyətindədir. Əks təqdirdə, İrana qarşı sərt sanksiyalar, ölkə daxilində terror və təxribatların artması istisna deyil.

İranla sazişə ən sərt şəkildə qarşı çıxan İsraildir. Co Bayden administrasiyasının İsrail rəsmiləri ilə apardıqları danışıqlar nəticəsində müəyyən razılaşmalar əldə edilib. Buna baxmayaraq, İsrail İrana qarşı əməliyyatlarını davam etdirəcək”.

Politoloq hesab edir ki, aparılan danışıqlar nəticəsində İran uranın zənginləşdirilməsini dayandıracaq:

“Amma ballistik raket sınaqlarını təxirə salması, Suriya və Yəməndə iddialardından geri çəkilməsi ilə bağlı ilkin açıqlamalar verilmir. Qeyd edim ki, 2015-ci ildə Altılıq ölkələri arasında “Hərtərəfli Fəaliyyət” planı sazişindən istifadə edərək sanksiyaların götürülməsi nəticəsində ölkəyə daxil olan milyardlara vəsaiti Yaxın Şərqdə terroru dəstəkləyən və İsrailin təhlüküəsizliyini təhdid edəcək bir ölkəyə çevrildi. Görünür, ABŞ 2015-ci ildəki səhvi tərkrarlamamaqla, İrana qarşı qismən sanksiyaları götürüb və bu ökəni tam nəzarətdə saxlayacaq. Çünki İranın iqtisadi cəhətdən güclənməsi Yaxın Şərqdə təhlükəsilziyin təhdidinə çevrilir. Ümumyyətlə, İran Yaxın Şərqdə Əhəməni imperiyası idelogiyası ilə hərəkət edir və bunu ” islam inqilabı idelogiyası” ilə pərdələyir. Ona görə də İrana qarşı sanksiayarın götürülməsi və hərtərfli nüvə sazişinə qayıdılması Tehranın “əlini-qolunu” açmasına gətirməsi gözlənilir. İranın iqtisadi cəhətdən güclənməsi İsrail, Türkiyə və Azərbaycana qarşı aqressiv siyasət aparmasına gətirib çıxara bilər”.

Xatirə
Cebhe.info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir