KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Məmməd Talıblı: TƏHSİL TƏLƏBƏ KREDİT FONDU HAQDA NƏ BİLİRİK?

Məmməd Talıblı: TƏHSİL TƏLƏBƏ KREDİT FONDU HAQDA NƏ BİLİRİK?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
316 0

• Azərbaycanda Təhsil Tələbə Kredit Fondunun yaradılması həm özəl, həm də dövlət ali təhsil müəssisələrində ödəniş problem ilə rastlaşan istənilən tələbənin bu imkandan yararlanmaq imkanı yaranır. Tələbə təhsil aldığı müddətdə aldığı təhsil kreditlərini əmək fəaliyyətinə başlayandan sonra mərhələli olaraq qaytarmalı olacaq. Hələlik bu məqsədlə fondun nizamnamə kapitalı 80 milyon manat həcmində nəzərdə tutulur.
• Bu əslində çox gecikmiş addımdır. Azərbaycanda təhsilin 75-80 faizinin ödənişli əsaslarla fəaliyyət göstərdiyi bir zamanda hər bir ailənin öz büdcəsi hesabına təhsil xərclərini maliyyələşdirmək imkanı çox məhduddur. Bir çox hallarda bu əlçatan deyil. Bu baxımdan ölkəmizdə Təhsil Tələbə Kredit Fondunun yaradılması özlüyündə müsbət addım olsa da, amma xeyli gecikmiş addımdır. Bunu da qeyd edim ki, bu qeyri-adi addım və institsional islahat deyildir. Nəinki Qərb və Avropa ölkələrində, hətta Ərəb ölkələrində, o cümlədən devrilmiş Misir, Suriya və bu kimi ölkələrdə təhsil kreditləri çoxdan verilirdi.
• İlkin mərhələdə 40 mindən çox bakalavr və magist pilləsi üzrə təhsil alanların yararlanmaq imkanları olacaq. Burada əsasən 2 istiqamətdə təhsil kreditlərindən yararlanmaq fürsəti olan qruplar nəzərdə tutulur: birincisi, nisbətən aztəminatlı və maddi ehtiyacı həssas olan ailələrə ünvanlanacaq. Digər meyarları Təhsil Nazirliyində Himayəçilik Şurasının qərarlarına adekvat olaraq müəyyənləşəcək. Bu əsasən proses dövründə nəzərdə tutulacaq.
• Əslində veriləcək təhsil kreditləri heç bir ölkədə yüksək faizlərlə verilmir. İctimai vəsaitlər kateqoriyasına daxil olan dövlət büdcəsi vəsaitləri vətəndaşa verilən zaman bundan kommersiya məqsədli istifadəsi nəzərdə tutulması doğru olmaz. Dövlət büdcəsi özəl maliyyə olmadığı kimi, Maliyyə Nazirliyi də kommersiya bankı deyil.
• Qanunverici tələbə görə, veriləcək təhsil kredit məbləğinin illik 2% səviyyəsində olacaq. Bununla yanaşı tələbələrin yüksək bal toplaması müqabilində daha əlverişli kredit əldə etmək imkanları nəzərdə tutulur. Bu həm ana vəsaitlərdə, həm də faiz dərəcələrində nəzərə alınacaq.
• Mənim şəxsi fikrimcə, bu Fondun fəaliyyəti əslində 2 mexanizm üzərində qurulmalıdır: biri şəffaf fəaliyyəti və hesabatlılığı özündə ehtiva etməlidir. İkincisi, verilmiş təhsil kreditlərinin səmərəsinin müəyyənləşməsi və bu resursun nəticəsində təhsil keyfiyyətinin ölçülməsidir. Ayrılmış bu vəsait hamının təhsilə süni sürətdə əlçatanlığını təmin etmək üçün edilməməlidir. Biz təhsilə daxilolmanı asanlaşdırmaqla, onu keyfiyyətlə yekunlaşdırmağı çətinləşdirməliyik. Əks halda ölkəmizdə ali təhsillilərin sayının artması, amma təhsil keyfiyyətinin isə aşağı düşməsinin şahidi olacağıq. Qərb təhsil sistemi daha çox təhsilə çıxış imkanlarının asanlaşdırmasını, amma onun yekunlaşdırması ilə bağlı təhsil kanalını daraldırlar. Universitetlərə daxil olanların hamısının universitetləri mütləq qaydada bitirməsi kimi avtomatik prosesin özü təhsilin keyfiyyətini şübhə altına salır.
• Xaricdə təhsillə bağlı kreditin verilməsi Nazirlər Kabinetinin meyarları müəyyənləşdirəcək. Amma könül istərdi ki, bizim əvvəlki illərdə də Dövlət Neft Fondundan xaricidə təhsilə dövlət dəstəyi ilə bağlı tədbirlər davam etdirilə. Halbuki 2007-2015-ci illərdə belə bir dövlət proqramı davam etdi və sonra dayandı. Xaricdə təhsilin önəmi böyükdür. Amma indiki nəzərdə tutulan resursla xaricdə təhsili maliyyələşdirməyin olduqca asan olmayacağını düşünürəm. Və eyni zamanda hiss etdiyim budur ki, Azərbaycan hökuməti məhz ideoloji motivlərə görə xaricdə təhsilin maliyyələşdirməyə açıq və maraqlı deyil.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir