KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Məmməd Talıblı: AZİZ SANCARIN NİTQİ və NOBELƏ DOĞRU

Məmməd Talıblı: AZİZ SANCARIN NİTQİ və NOBELƏ DOĞRU

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
461 0

Bakıda təşkil olunan “İqtisadi Forum”da kimya üzrə Nobel mükafatı lauratı Aziz Sancarın tam çıxışını dinlədim. Dinlədikcə düşündüm və sonra düşüncələrimi paylaşmaq qərara aldım.
Elmə münasibəti kökündən dəyişməliyik. Məsələn dağıdılmış Qarabağı dəyişmək istəyiriksə, ilk növbədə quruculuğa tövhə vermək sütunu olan – elmə münasibətimizi dəyişməliyik. Elm insanlarına arxamızı yox, üzümüzü çevirməliyik. Elm xərclərini dövlət büdcəsinin bir küncündə saxlamalı deyilik. Onlara az şey verib, çox şey istəməli deyilik. Çox şey verib, çox şey tələb etməliyik. Yeri düşmüşkən, 2022-ci ilin dövlət büdcəsində bu qədər ölkənin elmi tədqiqat xərcləri üçün yenədə simvolik həddə – cəmi 202 mln. manat həcmində vəsait ayrılacaq. Bundan sonra gəl elmi uğurlardan böyük gözlənti yarat, görüm necə yaradırsan.
Aziz Sancarın çıxış mətni çoxvektorlu idi. Onun sadə cümlələrini mürəkkəb situasiyaları aça bilən resept də saymaq olar. Eyni zaman da bizim elm dərdlərimizi bilən Aziz Sancar sanki ürəklərimizi oxudu. Buna görə onun çıxışı zamanı bir neçə vacib məqamı qeyd etməyi unutmadım:
* Türk dövlətlərinin elmə sərmayələri çox artırmalı;
* Bilim insanlarına akademik azadlıqlar verməli;
* Türk dövlətləri arasında elm insanlarının və tədqiqatçılarının ortaq
çalışmalarına şərait yaradılmalı;
Aziz Sancar daha sonra 2 fundamental problemin həll edilməsinə diqqəti xüsusi çəkərək söylədi: “Qız övladlarımızı oxutdurmağımız, onlara təhsil verməklə biz insan gücümüzün 50 faizini artırmış olarıq. Qərb ölkələrində insan gücünün 50%-i xanımlar hesabına təmin olunduğu halda, biz də bu rəqəm 10%-dir.”
Bununla Aziz Sancar bir tərəfdən təhsilin önəmini bir cəmiyyət üçün hansı nisbətdə dəyər yaratmaq gücünü ifadə edir. Digər tərəfdən isə təhsilli şəxslərin məşğulluğa verməli olduğu potensiala diqqəti çəkir. Çünki insana verilən dəyər qalıcı dəyərdir və davamlı iqtisadi artımı təmin edə bilər. Digər resurslar tükənəndir və ən yaxşı halda epizodik iqtisadi artımı tətikiləyə bilər.
Nobelçilərin Bakıya gəlişi sadəcə bir turist səfəri deyildi. Onların gəlişi və elmi müzakirələrə vəsilə olan istiqamətverici fikirləri elmimizin gələcəyinə verə biləcəyi mühüm bir tövhədir. Əsərlərini sevə-sevə oxuduğum dünyada müasir filosoflardan sayılan Oşo yazır ki, yaxşı insan “cənnətə gedər” deyil, yaxşı insan haraya gedərsə, cənnət orası olur.
Bu baxımdan Forum təkcə Nobel mükafatçılarının fikir istehsal edən çıxışları ilə bizləri tanış etmədi. Eyni zamanda bizlərin “Nobel”ə necə yaxınlaşmaq məsuliyyətimizi də xatırlatdı. Necə deyərlər, nobelçiləri ölkəmizə dəvət etdik. Lakin indi nobelçilərin yetişdirməsi zamanı gəldi. Bu məsuliyyəti də dərk etməmiz lazım…
Məmməd Talıblı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir