KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Məhəmməd Əsədullazadə: Suriye’de darbe mi oluyor

Məhəmməd Əsədullazadə: Suriye’de darbe mi oluyor

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
19 0

Türkiyə Əsəd rejimini devirir…

B. Əsədi devirmək üçün ordu hərəkətə keçib. Ordu ilə prezident qvardiyasi arasında döyüş gedir. Dəməşqdə çevriliş baş tutacaqsa, müxalifətin hakimiyyətə gəlməsi Rusiya və İranı pat vəziyyətə qoyacaq. Suriyada PKK-YPG terror təşkilatına son veriləcək. Türkiyənin Suriyada öz siyasi hədəflərinə çatmasi Rusiya -İran və ABŞ üzərində həlledici qələbəsi olacaq. Hər üç ölkə Suriyada Türkiyə üçün mürəkkəb bir vəziyyət yaratmışdı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ay bundan əvvəl, Suriya prezidenti Bəşər Ədədlə görüşə razı idi. Bəşər Əsəd isə, Türkiyə qoşunlarını Suriya ərazisindən çıxarmaq şərti ilə görüşə razılıq verəcəyini elan etdi. Göründüyü kimi, Əsəd regionun əsas söz sahibi olan Türkiyə ilə sərt dilində danışmağa üstünlük verdi. Qeyd edim ki, bir neçə gün bundan əvvəl, Ərəb ölkələrinin konfransında B. Əsəd danışdığı vaxt R. Ərdoğan iclas zalının tərk etdi. Bu, B. Əsədə mesaj idi.

Türkiyə Suriyanın şimalında PKK-YPG terror təşkilatının varlığını təhlükəsizliyi üçün təhdid hesab edir. Bəşər Əsədin hakimiyyətdə olması, Suriyada PKK-YPG varlığını qoruyur və bu ölkədən qaçqın axını Türkiyə üçün humanitar problemə çevrilib. Ümumiyyətlə, Suriyada sabitlik əldə edilməmişdi və hərbi vəziyyət dondurulmuşdu. Demək olar ki, geosiyasi vəziyyətin dəyişməsi, Ankaranın tədbirlər almasını şərtləndirdi. Bəşər Əsədin hakimiyyətdən devrilməsi Ankara üçün strateji əhəmiyyət kəsb edir. Məhz Suriyada Türkiyənin apardığı siyasət onun artıq Yaxın Şərqdə şəriksiz bir güclü ölkə olduğunu ortaya qoydu. Suriyada Əsəd devrilərsə, Türkiyə Fələstin dövlətinin yaradılması istiqamətində İsrailə ciddi təzyiqlər edəcək.

Məhəmməd Əsədullazadə
MCP Başqan müavini

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir