KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycan və Ermənistan arasında yenidən vasitəçi olmağa çalışır

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycan və Ermənistan arasında yenidən vasitəçi olmağa çalışır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
26 0

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində “üçtərəfli işçi qrupunun” yenidən fəaliyyətə başlamasına çalışır. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk tərəflərdən təklif gözlədiklərini qeyd edib. Ümumiyyətlə, “üç tərəfli işçi qrupu” Azərbaycan və Ermənistan arasında nəqliyyat -kommunikasiyaların açılmasını nəzərdə tutur. Moskva çalışır ki, bu formatı bərpa etməklə, sülh müqaviləsi üzrə danışaqlar öz nəzarətində həyata keçirsin. Bununla prosesi uzatsın.

Ermənistan yenidən Rusiyanın təmsil olunduğu işçi qrupuna qayıtmağacağını vurğulayıb. Azərbaycanda ikitərəfli danışıqlarda maraqlı olduğu üçün Moskvanın vasitəçiliyinə ehtiyac görmür. Rusiya prosesi nəzarət altına almaqla prosesi uzadıb, sülh gündəliyinin qarşısını almağı hədəfləyir.

Rusiyanın vasitəçiliyi danışıqlari sabotaj etmək irəliləyişlərin qarşısını almaqdan ibarətdir. İki ilə ərzində Rusiyanın vasitəçiliyi ilə keçirilən Üç tərəfli işçi qrupunun fəaliyyətində müsbət irəliləyişlər əldə olunmadı. Azərbaycan Ermənistanla birbaşa danışıqlarda irəliləyiş əldə edib.

Hazırda ABŞ-la Rusiya arasında danışıqlar prosesində Kreml şərtlərlə çıxış edir. Bu danışıqlarda Rusiya mövqeyini gücləndirsə, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinə təsir etməyə, Moskvada yenidən mənasız danışıqlara cəlb edə bilər.

Məhz N. Paşinyan vaxt itirmədən konustitusiya dəyişikliyinə gedib, sülh müqaviləsinin bağlanmasına getməlidir.
Demək olar ki, N. Paşinyan Rusiyanın təzyiqlərinin fərqindədir. Ona görə də Türkiyə ilə yaxınlaşmaq siyasəti aparır. Amma, proseslər Konustitusiya dəyişikliyindən asılıdır.

Qeyd edim ki, Rusiya tərəfi 9 mayda Moskvada keçiriləcək paradda Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsinə çalışacaq. Belə bir görüşün keçirilməsi Azərbaycan üçün siyasi əhəmiyyəti yoxdur. Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara üstünlük verir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir