KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Məhəmməd Əsədullazadə: İranın Yaxın Şərqdə və regionumuzda geosiyasi mövqeləri iflasa uğrayır

Məhəmməd Əsədullazadə: İranın Yaxın Şərqdə və regionumuzda geosiyasi mövqeləri iflasa uğrayır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
14 0

İranın Yaxın Şərqdə siyasi və hərbi mövcudluğu iflasa uğrayır. Livanda Hizbullahın İsrail tərəfindən əməliyyatlarla zəiflədilməsi, Suriyada Bəşər Əsəd rejiminin süqutu ilə bu ölkədə hərbi və siyasi mövcudluğu süqut etdi. Həmçinin İranın Hizbullaha təchizat zənciri qırıldı.

Demək olar ki, İrana qarşı İsrailin hərbi zərbələri, Tehranı kifayət qədər çıxılmaz vəziyyətə salıb. Uzun illər dəstək verdiyi “Həmas” Misirdə İsraillə danışıqlar aparır. Danışıqların əsas predmetlərindən biri “Həmas” təşkilatının İranla əlaqələri kəsməsidir. Artıq Fələstin adminstrasiyası Tehranı İordan çayınıb Qərb sahilində iğtişaşlar törətməkdə iddiham edib.

ABŞ və İsrailin hərbi dəstəyi ilə Səudiyyə Ərəbistanı, BƏƏ İranın Yəməndə proksi qüvvəsi olan “Husilərə” genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Yaxin vaxtlarda Yəməndə İran yönümlü hakimiyyət süqut edəcək.

Yaxın Şərqdə siyasi nizam yenidən dizayn edilir. İranın regionda geosiyasi mövqeləri tam iflas edilir. Bundan sonra, Fələstin dövlətinin tanınmasını təmin oluna bilər.

Qeyd edim ki, İranın proksi qüvvələri ilə yanaşı PKK-YPG terror təşkilatına Türkiyə zərbələr vurur. Suriyada Türkiyənin qalib gəlməsi, regionda yeni siyasi sabitliyin təmin olunmasına gətirib çıxarır. Baş verən proseslər fonunda İranın zəifləməsi, Azərbaycanın maraqlarına cavab verir. İran “Zəngəzur” dəhlizinin açılmamasina qarşı mövqe ortaya qoyurdu. Ermənistan da İranın bu siyasətinə görə manevr edirdi. Artıq İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilməyəcək.
Məhəmməd Əsədullazadə
MCP başqan müavini, siyasi ekspert

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir