İsrailin “Hizbullaha” qarşı hərbi əməliyyatları, bu təşkilatı kifayət qədər zəiflətməklə Livanın siyasi səhnəsindən silinəcək. Yaxın Şərqdə İranın dəstək verdiyi proksi təşkilatların sıradan çıxarılması, ABŞ-ın strateji prioriteti olaraq İsrail vasitəsilə həyata keçirilir.
İran uzun illərdi Hizbullah vasitəsilə İsraili və Livan hakimiyyətini təhdid altında saxlayırdı. Hizbullahın zəiflədilməsi Livani İrandan tam asılılığına son qoyacaq və Yaxın Şərqdə yeni bir siyasi nizam formalaşdiracaq. Bununla da Livan siyasi sistemi sabitləşəcək. Həmçinin müstəqil Fələstin dövləti tanınmasına yol açılacaq. İran hakimiyyəti də proseslərin fərqindədir. Bu proses fonunda Vaşinqton və Tehran arasında konfidensial danışıqlar aparılması istisna deyil. ABŞ regiona əlavə qüvvələr göndərməklə, Tehranın mümkün hərbi təxribatlardan çəkindirsin.
ABŞ Yaxın Şərqdə yeni siyasi dizayni etməklə “ərəb baharında” buraxılmış strateji səhvlərin düzəldilməsidir. Egər, İran “Hizbullah” və Husilərə görə müharibəyə qatılarsa, İran daxilində parçalanma qaçılmaz ola bilər. Məhz İran prezidenti M. Pezeşkian Azərbaycan, Bəlucistan kimi ölkələrin İran daxilində yaradılması təhlükəsini bəyan etməsi bununla bağlıdır.
Məhəmməd Əsədullazadə
MCP Başqan müavini