KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Məhəmməd Əsədullazadə: Vaşinqton ilin ilk günündən başlayaraq Azərbaycan və Ermənistan arasında vasitəçiliyi ələ alır

Məhəmməd Əsədullazadə: Vaşinqton ilin ilk günündən başlayaraq Azərbaycan və Ermənistan arasında vasitəçiliyi ələ alır

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
202 0

2023-cü ilin ilk iş günündən Vaşinqton Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını ələ almış oldu. Bu təşəbbüs Vaşinqtonun real sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda maraqlı olduğunu göstərir. ABŞ Dövlət katibi E. Blinken Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN Ararat Mirzoyanla telefon danışacaq.

E. Blinken hər iki tərəflə aparacağı telefon danışığında sülh müqaviləsinin bağlanması istiqamətində əldə olunan razılaşmaların icrası və Laçın dəhlizi ilə bağlı məsələlər, həmçinin Yerevanın Vaşinqton gündəliyinə qayıtması müzakirə ediləcək.

Qeyd edim ki, ABŞ Dövlət katibi xarici işlər nazirlərinin növbəti görüşünü təşkil edəcəyi gözlənilir. Vaşinqton bu görüşü təşkil etməklə Yerevanın manipulyasiya siyasətinin qarşısını almaqla konkret predmet üzrə müsbət nəticəyə yönələn mövqe ortaya qoymağı planlayır. Əgər, xarici işlər nazirləri görüşəcəksə, mart ayına kimi prezident İlham Əliyev və Nikol Paşinyanın görüşünü təşkil edilə bilər. Belə bir görüşün keçirilməsində ABŞ israrlıdır və Moskvanın vasitəçiliyini kənarlaşdirmaq üçün bu il maksimum diplomatik hərəkətliliyi artıracaq.

Moskvadan fərqli olaraq Vaşinqton Cənubi Qafqazda sülhün əldə edilməsinə çalışır və Azərbaycanın tədqim etdiyi sülh təkliflərini sülhün əsas komponenti olaraq qəbul edir. Ağ Ev liderlərin görüşünü Avropada deyil, Vaşinqton yaxud Tiflisdə təşkil edə bilər. Azərbaycan ABŞ -ın vasitəçiliyinə etimad edir. Amma, rəsmi Yerevanın mövqeyində kardinal dəyişikliklər etmək üçün Vaşinqtonun siyasi təzyiqinə ehtiyac var.

Dəyişən geosiyasi reallıqlar fonunda N. Paşinyan Vaşinqton gündəliyindən kənarlaşarsa, Azərbaycan güc tətbiq etmək məcburiyyətində qala bilər. Vaşinqton gündəliyində dəhliz məsələsinə gəldikdə, ABŞ həm Laçın, həm də Zəngəzur dəhlizində hər iki tərəfin suverenliyinin tətbiq olunmasını təklif edir. Azərbaycan belə bir varianta razı olub olmaması elan edilməyib. Amma, Ermənistan Laçın dəhlizində Azərbaycanın nəzarətinə qarşıdır.

Qeyd edim ki, N. Paşinyan Rusiya variantına üstünlük verdiyini ötən ilin son aylarında açıqlamasında qeyd edib. Amma, Vaşinqtonun son təzyiqləri fonunda N. Paşinyan Tiflisdə görüşün keçirilməsi ideyasını dəstəklədiyini vurğulayıb.

Artıq ABŞ danışıqlar prosesini aparacaq. Liderlərin görüşü baş tutsa da sülh müqaviləsinin bağlanması yay aylarına kimi mümkün deyil.
Məhəmməd Əsədullazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir