KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Məhəmməd Əsədullazadə: Moskova görüşmesi Barış mı Buhran mı getirecek

Məhəmməd Əsədullazadə: Moskova görüşmesi Barış mı Buhran mı getirecek

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
183 0

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb.

ABŞ -ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri görüşü planlaşdırılmışdı. Vaşinqton sülh müqaviləsinin bağlanması istiqamətində real addımlar ataraq prosesə yekun vurmağa çalışır. Görüş öncəsi, Laçın istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulmasına və təxribatlara yol verilməsi təsadüfi deyildi.

Qeyd edim ki, N. Paşinyan parlamentin iclasında çıxışında vurğuladı ki, bu təxribatı həyata keçirən orduda beşinci kolondu. Həmçinin Azərbaycanla birgəyaşayış və sülhün önəmini vurğulayaraq Ermənistanın inkişafını təhlükəsizlikdən aslı olduğunu açıq bəyan etdi. Göründüyü kimi, N. Paşinyan son təxribatda dolayı yolla Ermənistan tərəfindən edildiyini və özünün xəbəri olmadığını bəyan etdi.

Ermənistan baş naziri bunu deməklə, orduya tam nəzarət edə bilmədiyini, üçüncü ölkələrə işləyən hərbiçilərin işi olduğunu qabartdı. O, bununla, bu təxribatın arasında Rusiyanın olduğunu dolayısı ilə elan etdi.

11 aprel döyüşündən sonra, Rusiyanın təşəbbüsü ələ aldığını Vaşinqtonda deyil, Moskvada görüşün olacağını Rusiya XİN elan etməsi, bir daha aydın olur ki, Moskva təxribatın arxasında olub. Amma, burada Ermənistan siyasi-hərbiliyi də məsuliyyət daşıyır. Çünki, Azərbaycan postu qarşısında yeni mövqelər qurmaq və xüsusi təyinatlı qüvvələri yerləşdirmək ciddi təxribatdan xəbər verir. Belə bir yerləşmədən Nikol Paşinyan xəbəri olmadığını da dedi..

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün Rusiya Ermənistan ordusundan təxribatlar üçün geniş istifadə edir. Demək olar ki, N.Paşinyan orduya ya nəzarət edə bilmir, yaxud proseslərin bu nöqtəyə gəlməsində maraqlıdır. Belə aydın olur ki, ordu ilə hökumət arasında ciddi koordinasiya problemi yaranıb.

Liderlərin Moskvada görüşə gəlincə, əvvəlki nəticəsiz görüşün davamıdır. Rusiya rəhbərliyi görüntü yaradıb, prosesləri idarə etmək planını həyata keçirir. Azərbaycan Moskvada görüşə qatılmamaqla, obyektiv mövqe ortaya qoya bilər. Moskva görüşü sülh üçün deyil, böhranın davam etməsinə xidmət edir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının sədrinin müavini, politoloq

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir