KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Məhəmməd Əsədullazadə: İranda İyunun 18-də prezident seçkiləri keçiriləcək

Məhəmməd Əsədullazadə: İranda İyunun 18-də prezident seçkiləri keçiriləcək

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
486 0

Bu ölkədə keçirilən seçkilər əvvəlki illərdən fərqli olaraq daha da ağır sosial və iqtisadi problemlər fonunda keçirələcək. İranda İslam İnqilabından sonra siyasi elita islahatçılar və mühafizəkarlara bölünüb və iki partiya arasında prezidentlik uğurunda yarış gedir.

Hazırkı prezident islahatçıların namizədi Həsən Ruhani mövcud konustitusiyaya uyğun olaraq iki dəfən artıq seçilə bilməz. Qeyd edim ki, islahatçıların hakimiyyəti dövründə 2015-ci ildə nüvə sazişi bağlanılsada, iki ildən sonra Tramp sazişdən çıxaraq İrana sanskiyalar tətbiq etdi. Məhz bu sansksiyalar demək olar ki, İranın iqtsiadi və sosial sistemini, Yaxın Şərqdə siyasi-hərbi mövqeyinə ciddi zərbə vurub. ABŞ prezidenti C. Baydenin prezident seçilməsi və İranla nüvə danışıqlarını bərpa etməsi və sanksiyaların götürülməsi ilə bağlı artıq detalların razılaşdırılması islahatçıların mövqelərini möhkəmləndirə bilər. Əgər, ABŞ -la danışıqlar başlanmasaydı, seçkilərdə mühafizəkarların əlini gücləndirəcəkdi. Bu gün İran əhalisi Qərblə əlaqlərin bərpasını və iqtisadi sanksiyaların aradan götürlməsində maraqlıdır. Bu da islahatçıların mövqeyini möhkəmləndirir.

İslahatçıların mövqeyi güclü görsənir. Onların namizədi artıq nüvə danışıqlarının müsbət getdiyini əgər, mühafizakarlar gələcəksə, danışıqları pozulacağını və iqtisadi vəziyyəti daha da ağırlaşdıracaqlarını xalqa xitabən elan edəcəklər. Ona görə də xalqın bu seçkilərdə nüvə danışıqlarının davamı və sanksiyaların aradan götürülməsi üçün islahatçıların namizədinə səs verməsi mümkündür.

Ümumiyyətlə namizədlərin siyahısna fikir verdikdə mühafizəkarların lideri İbarhim Rəisi öndə gedir. Bundan əlavə, bu seçkilərdə hərbiçilərin də iştirakına şərait yaradılıb. Seçkilərdə Əli Laricanı, Əhməd Nejat və digər tanınmış isimlər seçkilərə qatılır. Xalqın bu seçkilərdə fəal olacağı, kütləvi etirazların baş verməsi gözlənilmir. Çünki, etirazlar heç də müsbətə doğru prosesi dəyişmir və ABŞ -la danışıqlar gedir. İranda kimin prezident seçilməsindən asılı olamayaraq ABŞ-la nüvə danışıqları davam edəcək. Çünki, bu prosesin başında Ali dini rəhbər S.Ə.Xamneyi dayanır. Onun təlimatı və birbaşa razılığı ilə bu danışıqlar davam edəcək. Məqsəd İranın iqtisadi vəziyyətibi sabitləşdirmək və regionda mövqeyini qorumaqdır. Bundan əlavə, İranın Yaxın Şərq siyasətinə gəldikdə isə, rəsmi Tehran əvvəlki siyasətindən geri addım atacaq. İran ballistik raket və onun sınağını təxirə sala bilər.

Hazırda davam edən İsrail-Fələstin münaqişəsində rəsmi Tehranın bir qədər aralıda dayanması məhz bu proseslərin davamıdır. Və, demək olar ki, yeni prezident Səudiyyə Ərəbistanı və məxfi şəkildə İsraillə danışıqları davam etdirəcək. Azərbaycanla əlaqələrə gəldikdə isə, İranda hakimiyyətə gəlmiş prezident Azərbaycanla da əlaqələri əvvəlki kursa uyğun olaraq aparacaq.

Məhəmməd Əsədullazadə

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir