KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Lukaşenko bir sadə evdar qadına məğlub oldu

Lukaşenko bir sadə evdar qadına məğlub oldu

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
307 0
putin ukry

İndi onlarının ikisinin ayağı sürüşməyə başlayıb. 26 alin diktatoru olan Lukaşenko bir sadə evdar qadına məğlub oldu. Lukaşenko seçkiləri 6-cı dəfə saxtalaşdırdı. Artıq Belorus xalqının dözüm limiti qurtarmışdı. Ölkəni kütləvi etirazlar bürüdü. Etirazlar fonunda Məzahir Pənahovun Minskdəki qız kardeşi Lidiya Yermoşına təcili olaraq hökumət evindən təxliyə edilib.
9 avqust seçkisinə etiraz aksiyalarının önündə gənclər, Lukaşenkonun hakimiyyəti illərində doğulmuş gənclər gedir. Belorus qadınları, qızları, anaları tarixə nümunə verir. Böyük müəssisələr kütləvi tətillə hazırlaşır. Bizim bir çox ziyalılarımız Əliyevin kriminal hakimiyyəti qarşısında yalaqlıq etdiyi bir zamanda ölkənin ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Aleksiyeviç Lukaya “get” dedi.
Belorusiya xalqı dəyişiklik istəyir və ölkədə bu dəyişiklik prosesi başlayıb. Belorus müxalifətinin bəzi liderləri ilə xaricdə görüşmüşəm. Uzun illər onlar çox ağır şəraitdə mübarizə aparırdılar. Təqiblər, həbslər, Lukanın şər və böhtan kampaniyası onları ruhdan salmırdı. Bəziləri bir neçə dəfə həbs edilmişdi. 9 avqust seçkilərinin favoriti Svetlananın həyat yoldaşı Sergey Tixanovski başqa bir şəhərdə saxlandığı üçün Minskdəki məhkəmə prosesinə yetişə bilmirdi. Amma zaman hər şeyi yerinə qoydu. Luka məğlub oldu. 9 avqust onun “pirr qələbəsi”dir.
Bütün diktaturalar belədir. Xalq inqilabı nəticəsində hakimiyyətdən getmiş Koçaryan və Sarkisyan partiyası azad seçkidə parlamentdə belə təmsil oluna bilmədi. YAP-ı da eyni tale gözləyir. Xalq öz haqqı uğrunda yeddicə gün meydanda olsa, 700 min üzvü olan YAPalaqda 7 kişi qalmayacaq. Çünki Azərbaycanda İlham Əliyevə, Əliyev ailəsinə, onların kleptokratik ailə-feodal hakimiyyətinə ümumxalq nifrəti Belorus xalqının Lukaya olan nifrətindən qat-qat dərindir.
Bugün mütərəqqi ictimaiyyət Belorus xalqı ilədir. Dünya 9 avqust seçkilərinin nəticələri tanınmır. Avropa Birliyi, ardınca ABŞ Dövlət Katibi, ardınca bir sıra Qərbi Avropa ölkələri 9 avqust seçkilərinin nəticələrini tanımadıqların bəyan etdilər. Avropa Birliyi, ABŞ və Yaponiyanın Minskdəki səfirləri kütləvi etirazlar zamanı həyatını itirmiş diktatura əleyhdarınıın həlak olduğu yerə gül qoydular. Bu Lukanın məzarına “gül qoymaq” kimi bir aksiya idi. Polşa hökuməti Avropa Parlamentinin təcili toplaşmasın tələb edir. Yalnız Çin, Putinin nəzarətində olan avtoritar rejim başçıları Lukanı təbrik edib. İlham Əliyev də onların içərisində birincilərdəndir. Azərbaycanda müxtəlif adlar altında Belorus diktatorunu müdafiə edənlər Əliyev rejimin qapı qulları, kleptokratik rejimin nökərləri, kriminal rejimə “milli maraqlar” adı altında yarınmaq istəyənlər, cib müxalifətinin cibgir personajlarıdır.
Bundan əvvəl də demişik biz Milli Şura olaraq Belorus xalqını təbrik edirik və diktatura əleyhinə mübarizədə onların yanındayıq. Belorus xalqının qələbəsi qaçılmazdır. Lukanın həbsxanaları doldurması xalqın əzmini qıra bilmədi. İndi vəziyyət dəyişir, hər kəs xalqla bir olmağa çalışır. Daxili İşlər Naziri xalqdan üzr istəyir. Polislər mundirin nazirliyin qapısının ağzına atırlar. Diktator bax beləcə çökür. Onun çöküşündən özündən də çox narahat olan İlham Əliyevdir. Çünki növbə ona çatır və bu gündən onun üçün də var.
prof dr. Cemil Hasanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir