AZƏRBAYCANDA KRIMI RUSİYA ƏRAZİSİ KİMİ GÖSTƏRƏN MALLAR SATILIR

Yunanistan’ın Eastmed blöfü(!) ve Türk Akımı

Nikola Paşinyanın “Mənim addımım” bloku galib gəldi

NİKOL PAŞİNYAN QARABAĞ KLANINI SİYASİ SĞHNƏDƏN UZAQLAŞDIRACAQ

Libermanın istefası İsrail-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək”

Azerbaycan 21 Kasım 2018
46

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Libermanın istefasının İsrail-Azərbaycan münasibətlərinə mümkün təsirini şərh edən yəhudi ekspert Avraam Şmuleviç deyib.

Avraam Şmuleviçin sözlərinə görə, İsrail Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verir:
“Deyə bilərəm ki, Libermanın istefası daxili problemlərlə əlaqədardır. Həm də fikrimcə, hökumətin Libermanı istefaya göndərmək qərarı yanlış addımdır. HƏMAS-ın son hücumlarına təmkinlə reaksiya verən İsraildə buna görə əsas tənqidlər məhz Libermana – hər zaman kəskin mövqeyi ilə seçilən sağ təmayüllü siyasətçiyə yönəldi.

Mən hesab etmirəm ki, hansısa xarici qüvvə Libermanın istefaya göndərilməsində və İsrail hökumətinin parçalanmasında maraqlı olsun. Ən azı ABŞ bunda maraqlı deyil. Liberman gördü ki, son toqquşmalar zamanı hökumətin təmkinli davranışı onun siyasətçi kimi reytinqinə mənfi təsir göstərir və o, “qatar”ı tərk etməyə qərar verdi.

Azərbaycanın böyük dostu kimi tanınan Libermanın istefası İsrail-Azərbaycan münasibətlərinə təsir göstərməyəcək. İsrailin bütün siyasi qüvvələri, o cümlədən, baş nazir Netanyahu Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirir və Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verir.

İsrailin siyasi və hərbi elitasında Azərbaycanla bağlı məsələdə konsensus mövcuddur. Yəni bizim ölkələrimizin münasibətlərinin taleyi konkret partiya və siyasətçidən asılı deyil. Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır və hər iki ölkənin dövlət siyasətinin əsasını təşkil edir”.

Qafqaz Ömərov

www.yenicag.az

Yorumlar