İran ABD gerginliğinde diplomasi

UKRAYNA’NIN ASKERİ TEKNİK KOMPLEKSİ RUSYA’YI DENGELEYEBİLİR Mİ

ОРГАНИЗАЦИЯ УПРАВЛЕНИЯ ГОРСКИМИ НАРОДАМИ СЕВЕРНОГО КАВКАЗА В XIX — НАЧАЛЕ XX ВВ.: ОСНОВНЫЕ ЭТАПЫ, ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ

İran tehditleri hakkında ciddi istihbarat bilgilerimiz var

LEVON TER-PETROSYAN TƏLƏBƏSİNİ HƏM QORUYUR, HƏM DƏ…

Ermenistan 25 Şubat 2019
22

Ermənistanın uzun illərdir susan eks-prezidenti Levon Ter-Petrosyan qəfil açıqlama verərək keçmiş tələbəsi baş nazir Nikol Paşinyanı rəqiblərindən qorumağa qərar verib. “Sükutu pozuram” deyən Levon Ter-Petrosyan özünü deyil Paşinyanı yanlış ittihamlardan qorumaq istədiyini bildirib.

Birincisi, Levon Ter-Petrosyan iddia edir ki, Paşinyan guya onunla məsləhətləşmir. Normalda istənilən siyasətçi prezidentin və ya baş nazirin onunla məsləhətləşməsindən qürur duyardı. Ancaq Levon Ter-Petrosyan Paşinyanın onunla məsləhətləşmələri xəbərini mənasız, hətta ağılsız adlandırıb. Görünür, Levon Ter-Petrosyan bu iddiları yalanlamaqla həqiqətən Paşinyanı müxalifətin təzyiqindən qurtarmaq istəyir. Eks-prezidetin “mən Paşinyandan daha müstəqil insan görməmişəm” sözləri də bundan xəbər verir. Levon Ter-Petrosyan iddia edir ki, Paşinyanla sonuncu dəfə 2012-ci ildə görüşüb və baş nazirlə telefonla söhbəti olmayıb. Doğrusu, buna inanmaq çətindir. Çünki, Paşinyanın bir neçə dəfə Levon Ter-Petrosyanla görüşməsi xəbərini elə baş nazirin yaxın ətrafı yaymışdı.

İkincisi, Levon Ter-Petrosyan Paşinyanı müxalifətin ortaya atdığı “Paşinyan torpaqları Azərbaycana geri qaytaracaq” ittihamlarından da qorumağa çalışır. “O məndən məsləhət almır” deyən Levon Ter-Petrosyanın sonrakı “nə mən, nə də Paşinyan heç vaxt “sülh əvəzinə ərazilər” düsturundan istifadə etməmişik” cümləsi ziddiyət təşkil edir. Əgər Sənin baş nazirlə təmasın yoxdursa onda necə qətiyyətlə söyləyirsən ki, Paşinyan sülhə görə torpaqları güzəştə getməz. Bəlkə, Paşinyanın beynində Sənə məlum olmayan plan var? Belə bir planın olmadığını dəqiq bilirsənsə, demək Sən də işin içindəsən.

Üçüncüsü, Levon Ter-Petrosyan Paşinyanı müxalifətin ittihamlarından qorumaqla yanaşı bu sözlərlə baş nazirlə arasında məsafə qoymağı da lazım bilir: “Ermənistanın hər bir lideri öz proqramına görə məsuliyyət daşıyır”. Bununla Levon Ter-Petrosyan demək istəyir ki, sabah Paşinyanın səhvləri Ermənistana problemlər yaratsa buna görə baş nazir məsuliyyət daşıyacaq və bu problemlərin eks-prezident kimi ona dəxli olmayacaq. Maraqlı gedişdir. Bir tərəfdən tələbəsini qoruyur, digər tərəfdən tələbəsinin gələcək addımlarına görə məsuliyyət daşımadığını bildirir.
Elhan Şahinoğlu

Yorumlar