KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Lazım Dədə və Nazim Hocanın “məcburi” bəyanatı!

Lazım Dədə və Nazim Hocanın “məcburi” bəyanatı!

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
269 0

Əziz dostlar,

Deməli parlament seçkilərinin məlum nəticəsi açıqlanandan sonra dünyanın hər tərəfindəki dostlarım tərəfindən Lazım Dədə və onun elçisi kimi Nazim Hoca olaraq tənqid atəşinə tutuluram.Tənqidun səbəbi isə dəyişim barədə həm Lazım Dədənin fikirləri, həm də mənim yazdığım təhlillərdir.

Heç biri ilə bağlı analitik fikrim dəyişməyib. Bu barədə analitik tezislərimi bir daha ümumiləşdirərək xatırladıram:

1) Dəyisim məcburiyyətdir.
2) Azərbaycan da dəyişimə məcburdur.
3) Azərbaycan hakimiyyətinin bir qanadı bunun fərqindədir.
4) Azərbaycan hakimiyyətində bu dəyişimə sərt müqavimət göstərən bir qanad da var.
5) Dəyişim istəyən qanad prosesə xalqı və müxalifəti qoşacaq şəffaf siyasi yanaşma göstərməsə bu proses uğursuz olacaqdır.
6.) Azərbaycan hakimiyyəti içindəki dəyişim istəyənlər sonunda bu prosesə xalqi və müxalifəti daha fəal qoşmaga məcbur qalacaqlar. Cunki dəyişim olmazsa bundan həm iqtidar, həm cəmiyyət, həm də dövlət kimi bu dunyada böyük zərərlər görəcəyik.
Parlament seçkilərinin nəticələri daha əvvəl də dediyim və yuxarda təkrarladıqlarımdan 4 və 5-in nə qədər doğru olduğunu göstərir.

Parlament seçkilərinin nəticələri bu ölkədə dəyişim istəyənlərin məglubiyyətidir. Bu ölkədə son iki ildir dəyişikilk istədigini ən çox bəyan edən rəsmi yetkilinin kim olduğunu isə hamı yaxşı bilir!

Ancaq yuxarıda dediklərim çərçivəsində heç bir zaman ümidsiz deyiləm, çünkü dəyişiklik geciksə də hər zaman qazanır!

Ancaq bunun olması üçün əlimizdən gələni etmək və siyasətən də doğru müttəfiqlər seçmək vacibdir. Hələ ki nə hakimiyyətdə, nə muxalifətdə, nə də xalqdaki dəyişimcilər güclərini birləşdirə bilməyiblər, ancaq bütün tərəflər bunu sonunda anlayacaq və birləşmək zorunda qalacaqlar! Ancaq bunun formatının necə olacağını indidən demək çətindir.

Parlament seçkilərini niyə belə olduğuna dair Lazım Dədənin dediklərini və öz analitik təxminlərimi də statuslar şəklində paylasmisam. Onları yaxşı yadda saxlayın, detalları eyni olmaya bilər, ancaq bir gün əsas mahiyyətinin eyni olacağını prosesin iştirakçıları bir şəkildə xalqa da açıqlasalar mənə sürpriz olmayacaq.

Nə Lazım Dədə, nə də mən sadəlöv deyilik, nə dediyimizi yaxşı bilirik! Heç bir yerdən siqnal almıram, çünki strateji analiz yanaşmasına və Lazım Dədənin fikirlərinə güvənirəm!!!

Parlament seçkilərinin nəticələri ilə bağlı Lazım Dədə və Nazim hocani ittiham etməyi də buraxın.Əgər dəyişim istəyənlər başqalarının Dədələri yerinə öz milli vətənpərvər Lazim Dədələrinin Facebookda pulsuz yayınlanan fikirlərindən faydalansalar idi, indi biz dəyisimin demokratık inkişafa böyük töhvə verən uğurlu parlament seçkisi tətbiqindən danışırdıq!!!

Facebookdaki tənqidçi dostlarima gəlincə bunu demək istəyirəm:
Tapmısız bir fağır Lazım Dədə və bir də fağır Nazim Hoca, sağdan da döşüyürsünüz, soldan da:)))

İmza: Lazım Dədə
Nazim Hoca 11 Fevral 2020
Bakı şəhəri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir