KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Lavrovun İrəvanda səsləndirdiyi mesajın mənası

Lavrovun İrəvanda səsləndirdiyi mesajın mənası

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
316 0

Rusiyanın xarici işlər Sergey Lavrov İrəvanda erməni həmkarı ila birgə keçirdiyi mətbuat konfransında belə bir cümlə işlədib: “Minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.

Lavrovun bu açıqlamasını News24.az-a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Lavrov “minalardan təmizləmə” dedikdə ancaq rusiyalı hərbçilərin Qarabağda öz ətraflarını təmizləməsini nəzərdə tutub: “Halbuki, ermənilər harda gəldi minalar basdırıblar. Azərbaycan vətəndaşları müharibədən sonra minaların partlamasından həlak olurlar, çünki ermənilər xəritələri bizə vermək istəmirlər. Bu haqda Lavrov İrəvanda heç nə deməyib. O ki qaldı Lavrovun cümləsindəki “dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır” hissəsinə, Qarabağda dini və mədəni irsi də biz özümüz bərpa edirik. Görünür, Lavrov bu cümlədə də “ermənilərə aid olanları” nəzərdə tutub”.

Politoloqun sözlərinə görə, rusiyalı nazir həmçinin etimad abu-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib. Azərbaycanın bu “zərurətə” də ehtiyacı yoxdur: “Serger Lavrov erməni jurnalistlərdən birinin Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin işə salınması ila bağlı sualına da belə cavab verib ki, kommunikasiya xətlərinin açılması tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında olmalıdır. Yəni Lavrovun məntiqindən çıxış etsək, əgər Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz. Beləliklə, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb. Görək Lavrov Bakıda nə deyəcək? Ona minalanmış ərazilərin xəritəsindən tutmuş “İskəndər” raketlərinə qədər suallar vermək lazımdır. Bir də necə ki, Lavrov İrəvanda “soyqırım abidəsini” ziyarət edib, Bakıda da “Şəhidlər Xiyabanını” ziyarət etməlidir”.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy isə Lavrovun “Rusiya Qarabağdakı sülh prosesini siyasiləşdirməkdən çəkinməyə çağırır” açıqlamasını belə şərh edib: “Bu cür mesajların adətən bir neçə motivi olur. Birinci hədəf gedilən ölkə, onun rəsmiləri, siyasi qüvvələri və elitasıdır. Lavrovun ilk səfər etdiyi yerin Yerəvan olduğunu nəzərə alsaq, deməli, ilk hədəfi Ermənistandır. Qarabağdakı prosesləri ən çox gərginləşdirən Ermənistan tərəfidir. Əslində, Lavrovun bu fikri səsləndirməsi maraqlı addımdır. Çünki prosesləri siyasiləşdirən daha çox Rusiyaya yaxın olduğunu düşünülən revanşistlərdir – Sarkisyan, Köçəryan və s. Burada Rusiyanı özünə müttəfiq hesab edənlərə bir xəbərdarlıq var. Ancaq bu, ilk xəbərdarlıq deyil. 10 noyabr razılaşmasından sonra da bu xəbərdarlıqlar gündəmə gəlmişdi. Məsələ çox qabardıldığı üçün Putin bildirmişdi ki, Ermənistan bu bəyanatdan geri çəkilsə, bu, onların intiharı deməkdir. Yəni birinci motiv Qarabağdakı prosesləri gərginləşdirməyə çalışan revanşistləri idarə altında saxlamaq və sakitləşdirməkdən ibarətdir.

İkinci motiv Ermənistan hakimiyyəti və Paşinyandır. Bu istiqamətdə siyasiləşmə iki kontekstdə özünü göstərir. Ermənistan xarici siyasət idarəsi və Ombudsman məsələni “qaşıyırlar”. Paşinyan özü də bir sıra hallarda çətinə düşəndə, Rusiyanı günahlandırmağa çalışıb. Dördüncü motiv isə bölgə xaricində olan aktorlardır. Onlar bu məsələni siyasi manipulyasiya edirlər.

Lavrovun bu açıqlamasında Azərbaycana da müəyyən mesajlar var. Biz haqlı olaraq dedik ki, niyə Xankəndi və Xocalıya gedə bilmirik? Rus sülhməramlıları niyə Laçın koridorunda vəzifələrini düzgün icra etmirlər? Siyasiləşməni Rusiyanın tarixi imperiyaları ilə əlaqələndiririk. Bunu bizdə müxalifət və müəyyən ekspertlər edirlər. Azərbaycan hökuməti isə “İskəndər” üzərindən bunu həyata keçirir. Lavrovun fikrinin məğzi “məsələni gərginləşdirib, bizi işin içərisinə qoymayın”dan ibarətdir. Lavrovun bizə verəcəyi mesajların əsas hissəsi Bakıda olacaq”.

Stratejist Lavrovun ilk səfərini Ermənistana etməsini bu səbəblərlə əlaqələndirdi: “Rusiya Ermənistana bəzi şərtlər və tələblər qoyacaq. Zənnimcə, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı təkliflər olub. Bu məsələ Azərbaycan üçün də balanslaşdırılacaq. Lavrovun səfərindən öncə Ərdoğan və Putin arasında olan müzakirələr bunu deməyə əsas verir. Ərdoğanın Putinlə telefon danışığından sonra verdiyi açıqlama Türkiyənin narahatlığını ifadə edir. Türkiyənin narahatlığı məhz Azərbaycanın narahatlığıdır. Ermənistanın öhdəlikləri qoyulduqdan sonra alınan cavablar əsasında Lavrov Bakıya yox, Moskvaya qayıdacaq. Çünki qərarlar müzakirə ediləcək. Yeni qərarlar tərtib edildikdən sonra Lavrov Azərbaycana gələcək. Bu, gizli diplomatiyanın yeni mərhələsidir”.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir