KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Lavrovun Azərbaycana, Kerrinin Moskvaya səfəri və bunun Qarabağ danışıqlarına mümkün təsirləri

Lavrovun Azərbaycana, Kerrinin Moskvaya səfəri və bunun Qarabağ danışıqlarına mümkün təsirləri

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
527 0

lavrovun Azərbaycana, Kerrinin Moskvaya səfəri və bunun Qarabağ danışıqlarına mümkün təsirləri
lavrovaliyev

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, aprel döyüşlərindən sonra Cənubi Qafqazda geosiyasi vəziyyət mürəkkəb olaraq qalmaqdadır: “Vasitəçiliyi öz üzərinə götürən rəsmi Moskva son üç ayda xarici işlər naziri Sergey Lavrovu Bakıya, həm də Yerevana göndərdi. Bu görüşlərdə Kazan formulu və yenilənmiş Lavrov planı kimi səciyyələndirən mərhələli həll plan üzrə danışıqların detalları müzakirə edilməkdədir. Sankt-Peterburqda Putinin iştirakı ilə prezidentlərin görüşündən sonra atəşkəsə riayət olunsa da, əsas dinamika olaraq mərhələli həll planının mövcud olunduğu vurğulandı”. Politoloq deyib ki, Moskvanın həll planında Azərbaycanı qane etməyən müddəalar var və Lavrov Kollektiv Təhlükəsizlik Müqaviəsi Təşkilatının xarici işlər nazirlərinin Yerevan görüşündə bunu Ermənistana təqdim edib: “Yerevandan sonra birbaşa Bakıya yox Moskvaya qayıtması bu planda müəyyən müddəalarda problemlərlə əlaqədar idi. Lavrov iki gündür ölkəmizdə prezident səviyyəsində Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparır. Həmçinin burada Azərbaycanın NATO sammıtində iştirakı və Avropa Birliyi ilə çərçivə sazişinin bağlanması təbii ki, Rusiyanı narahat edəcək məqamlardan biridir. Rusiya Azərbaycandan Moskanın layihələrində yer almasını və paralel olaraq Qarabağ münaqişəsinin həllində maraqlı olmasını bildirir. Danışıqlar da bu detallar ətrafında müzakirə olunur. Mərhəlləli həll planında beş rayonun və sonradan iki rayonun qaytarılması müzakirə edilir. Amma bunun qarşılığında Azərbaycandan Qarabağda referendumun keçirilməsi, yaxud aralıq statusunun verilməsi, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi istənlir.Təbii ki, Azərbaycan bununla razılaşmır”. Məhəmməd Əsədullazadənin sözlərinə görə, Sergey Lavrovun səfərindən sonra Rusiya prezidentinin səfərində müəyyən məsələlərə aydınlıq gələcək: “Sergey Lavrov planı ya status-kvonun saxlanmasına, ya da həll planına köklənib. Bunun nətcəsi bir neçə aya bəlli olacaq. Vaxtı uzatmaq, danışıqlar naminə danışıqlar aparmaq Qarabağın hər gün itirilməsi deməkdir. Ermənistan güzəştlərə getməsə yenidən müharibə riski ortadadır”. Politoloq hesab edir ki, ABŞ dövlət katibi Con Kerrinin Moskva səfəri zamanı əsas müzakirə Suriyada və Ukraynadakı münaqişə ətrafında olacaq: “Təbii ki, hər iki ölkənin Cənubi Qafqazda strateji maraqları var. Və ABŞ və Rusiya prezidentləri telefon danışıqlarında Qarabağ konfliktini müzakirə ediblər. Con Kerrinin səfərində müzakirə obyektlərindən biri Cənubi Qafqazda təhlükəsizlik problemləridir. Və bu problem əsasən Qarabağ münaqişəsidir. Bununla ABŞ-da Qarabağ danışıqlarında maraqlı olmasını göstərir və Rusiyanın bu prrosesi tam inhisara almasında maraqlı deyil. Hər halda istənilən təşəbbüslər reallığa əsaslansa, səmimi olsalar həll variantına yaxınlaşmağı şərtləndirər. Hələ ki, diplomatik səfərlər və telefon zəngləri atəşkəsin qorunmasına xidmət edib. Artıq Qarabağ münaqişəsini Azərbaycan Ermənistanla deyil, Rusiya ilə aparır.Çünki Ermənistan söz sahibliyi təşəbbüsünü əldən verib. Rusiya çalışır onun maraqları burada təmin olunsun. Hər halda ,bu danışıqlar uzun sürməyəcək”.

Süleyman

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir