Rusiyanın Xarici işlər naziri Sergey Lavrov: “Türkiyə-Ermənistan danışıqlarına kömək edə bilərik” sözləri Azərbaycana qarşı yenidən qərəzin nümayişi və təzyiq rıçaqıdır. Çünki, Ankara -Moskva arasında hazırda münasibətlər öz inkişaf dinamikası ilə davam edir. Və, Lavrov qeyd etmək istəyir ki, belə müzakirələr Türkiyə ilə aparıla bilər. Lavrov bu məsələni gündəliyə gətirməklə, hesab edir ki, Türkiyə-Azərbaycan arasında münasibətlərə soyuqluq gətirə biləcək. Bununla o, Ankara-Moskva yaxınlaşmasında tək Qarabağ danışıqları gündəlikdə olmadığını qeyd edir. Və, bu danışıqlarda Türkiyə-Ermənistan sərhədlərinin açılmasıda yer almış kimi xüsusi qeydlər edir. Keçmişdə bu sahədə Rusiyanın fəal olduğunu qeyd edir.
Lavrov çox yaxşı bilir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə “Sürix” protokollarının müəllifi ABŞ idi. ABŞ çalışırdı ki, Ermənistanla Türkiyənin sərhədləri açılsın və Ermənistan iqtisadi blokadan çıxsın. Azərbaycanın çox ciddi etirazlarından sonra, Türkiyə buna getmədi. Lavrov yenidən bunu qeyd etməklə, AKP-nin buna hər an hazır olduğunu eyham vurmuş olur. Lavrov bilir ki, hazırkı siyasi situasiyada bu mümkün görünmür. Lavrov çox yaxşı bilir ki, sərhədlər Ermənistanın işğalçı siyasətinə görə bağlanıb və işğal sürdükcə, bu sərhədlər açılmayacaq.
Təbii ki, Ermənistan-Türkiyə sərhədlərinin qapalı olması, burada Rusiyanın maraqlarına da cavab verir. Çünki, sərhədlərin açılması ilə Ermənistanda mərkəzdən qaçma meylləri baş verə bilər. Buda Rusiyanın Ermənistanda siyasi dayaqlarını zəiflədər. Qeyd edim ki, Lavrov Ankara-Yerevan əlaqələrinin normallaşma sürəcində səmimi deyil. Bu sözləri, Azərbaycana qarşı aqressivliyinin nəticəsidir. Muhammed Asadullazade
- Anasayfa
- »
- Azerbaycan
- »
- Lavrov: “Türkiyə-Ermənistan danışıqlarına kömək edə bilərik”
Lavrov: “Türkiyə-Ermənistan danışıqlarına kömək edə bilərik”
284 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.