Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi ortaq mətbuat konfransında deyib ki, həmsədrlərlə bağlı danışıqların tərkibinin dəyişdirilməsini qəbuledilməz sayır və bunu açıq bəyan edir. Lavrovun mesajı Bakıya və Ankarayadır. Çünki, həm Bakı, həm də Ankara Minsk Qrupu həmsədrlərinin hazırki formatının münaqişəni həll etmədiyi düşüncəsindədir. Prezidentin köməkçisi Hikmət Hacıyev sərhəddəki son insidentdən sonra Minsk Qrupu üzvlərinin toplanması gərəkliyini bildirmişdi. Minsk Qrupunun 11 üzvü var. Azərbaycan Türkiyəni həmsədrlər sırasında görmək istəyir. Lavrov isə “yox” deməklə bütün bu təşəbbüslərin üstündən xətt çəkərək, belə bir hədələyici cümlə də işlədib: “Təəssüf ki, biz danışıqların formatını dəyişdirmək istəyən cəhdlər görürük, bu qəbuledilməzdir”.
Lavrovun bu hədələyici açıqlmasına Ceyhun Bayramovun necə reaksiya verdiyi barədə məlumat yoxdur. Halbuki, Ceyhun Bayramov Bakıda yüksək səviyyədə səsləndirilən fikirləri Lavrovla birgə keçirilən mətbuat konfransında da təkrarlamalıydı. Yəni 1) hazırki format bizi qane etmir; 2) rəsmi Bakı Minsk Qrupu üzvlərinin toplanmasını və danışıqlar formatının dəyişdirilməsi imkanlarının müzakirəsini istəyir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür, strateji tərəfdaşlıqdan danışır, sonra da… erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edir və regional vəziyyəti müzakirə edir. Bu nə tələskənlikdir? Görünür, Lavrov bununla mesaj verir ki, Azərbaycanla iqtisadi və regional layihələr çərçivəsindəki “strateji tərəfdaşlıq” öz yerində, ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının əleyhinə addım atılmayacaq.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Bakıya gələrək bizi inandırmağa çalışır ki, Rusiyadan Ermənistana təyyarələrdə daşınan hərbi yük deyilmiş, Rusiya hərbi bazaları üçün nəzərdə tutulan “inşaat texnikasıydı”. Kreml bu nağılı ona görə quraşdırıb ki, rəsmi Bakı bir daha hərbi yük məsələsinə qayıtmasın.
Elhan Şahinoğlu
Lavrov Bakıya və Ankaraya “yox” dedi
390 0

EtiketlerLavrov Bakıya və Ankaraya “yox” dedi
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.