KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Kənan Novruzov: Mirzoyan ehyam vurdu: Ermənistan Rusiyadan uzaqlaşacaq

Kənan Novruzov: Mirzoyan ehyam vurdu: Ermənistan Rusiyadan uzaqlaşacaq

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
329 0

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ermənistanın iqtisadi inkişafına birbaşa və ya dolayı yolla mənfi təsir göstərir. Bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib: “Buna görə də biz bu təhlükələri aradan qaldırmaq və mümkünsə neytrallaşdırmaq üçün qısamüddətli və aralıq həllər və mexanizmlər tapmağa çalışırıq”.
Eyni zamanda, Ermənistan xarici işlər naziri bu prosesdə mütləq uğur əldə edə biləcəyini ümidvar olduğunu söyləyib.
Ermənistan xarici işlər nazirinin bu bəyanatı regional proseslərin perspektivini proqnozlaşdırmaq üçün kifayət qədər ciddi əsasdır.
Qərbyönümlü Nikol Paşinyan onsuz da hakimiyyətə gələndən bəri Rusiyadan canını qurtarmağa çalışır. Artıq beş aydır davam edən savaş İrəvanı bu barədə daha ciddi düşünməyə məcbur edib. Çünki Paşinyan başa düşür ki, savaşdan sonra onun üçün çox çətin mərhələ başlayacaq. Rusiya qalib gəlsə Ermənistana təzyiqlər artacaq, əks halda isə İrəvan “çətirini itirəcək” və ortalıqda qalacaq.
Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesisinin davam etməsi bu dövlətin Rusiyanın təsiri altından çıxmasına daha çox şərait yaradır. Rəsmi İrəvan öz təhlükəsizliyini təmin etməyə çalışır. Paşinyan əmin olmaq istəyir ki, Rusiyadan tamamilə imtina etsə, bu, ona baha başa gəlməyəcək.
Mirzoyanın bəyanatı əslində həm də gələcək proseslərə zəmin yaratmaqdır. XİN başçısı demək istəyir ki, atacağımız addımlar məcburiyyətdən irəli gələcək. Yəni bir növ özlərinə bəraət qazandırmağa çalışırlar.
Ermənistanın baş diplomatının “Aralıq həllər və mexanizmlər tapmağa çalışırıq” sözləri onu deməyə əsas verir ki, İrəvan alternativ iqtisadi dəstək mənbələri axtarır. Çox böyük ehtimalla, yaxın gələcəkdə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına paralel olaraq İrəvan Moskvadan uzaqlaşmağa çalışacaq. Bu isə sərhəddə yeni gərginliklərlə müşahidə oluna bilər. Çünki Kreml Ermənistanı cəzalandırmaq və prosesə mane olmaq istəyəcək.

Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir