KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. KVANT ŞÜURU NƏZƏRİYYƏSİ, TRANSENDENTALLIQ, KVANT PSİXOLOGİYASININ QURANDA TƏSBİTİ

KVANT ŞÜURU NƏZƏRİYYƏSİ, TRANSENDENTALLIQ, KVANT PSİXOLOGİYASININ QURANDA TƏSBİTİ

Gülnara İnanç Gülnara İnanç - - 13 dk okuma süresi
578 0

Kvant şüuru, yaxud şüurun kvant mənşəyi şüurun fəaliyyətinin kvant mexanikası müstəvisində araşdırılmasının mümkünlüyünü irəli sürür.

Kvant şüuru və kvant şüuru konsepsiyası amerikalı anestezioloq Stüart Xameroff və Amerikan elmlər akademiyasının üzvü , fizik, ser Robert Penrouz tərəfindən irəli sürülüb.

R.Penrouz 1989-cü ildə nəşr olunan “Kralın yeni ağlı” kitabında kvant şüuru nəzəriyyəsi haqda bunları yazır: “… anlamaq qabiliyyəti heç bir vəchlə müəyyən qaydalar toplumuna sığışdırıla bilməz . Bundan əlavə “anlamaq” bizim şüurumuzdan asılı olan keyfiyyətdir və bizdə şüurlu qavrayışa nəyin məsul olmasından asılı olmayaraq bu, bizim “dərketməmizdə” birbaşa iştirak etməlidir.

Bununla yanaşı şüurumuzun formalaşmasında elə tələb olunan elementlər var ki, onlar hansısa hesablama təlimatlarından alına bilməz. Bu isə şüurlu qavrayışın əhəmiyyətli dərəcədə “hesablanmayan” olduğunu deməyə əsas verir.

(1. Rocer Penrouz “Новый ум короля: О компьютерах, мышлении и законах физики” )

Kvant şüuru transendent fəlsəfənin fiziki müstəvidə davamı kimi təzahür edir.

“Ağıl heç vaxt predmetə birbaşa aid olmur, həmişə yalnız düşüncəyə bağlıdır və onun vasitəsilə özünəməxsus empirik tətbiqi mövcuddur.Bu halda o, obyektlər haqda heç bir anlayış yaratmır, yalnız onları qaydaya salır və onların maksimal genişlənməsi halında mümkün olan birliyi verir…” (2. Кант И. Критика чистого разума)
Hər iki nümunədə şüurun materiya ilə bağlılığı olduğu halda onun daha geniş və müxtəlif elmi bucaqlardan araşdırma tələb etdiyi aşkarlanır. Şüur materiyada və materiyadan kənarda formalaşa və mövcud ola bilər. Əgər kvant nəzəriyyəsinə əsasən kainatda hər bir şey materiya və dalğadan ibarətdirsə, o zaman insnan bədəni materiya və dalğadır və bu halda şüur həm insan bədənində, həm də ondan kənarda dalğada (ruhda) yarana bilər.

Kvant şüuru nəzəriyyəsi transendental araşdırmaların cansız aləmdən insanın dərketmə imkanlarına tətbiqini nəzərdə tutur. “Transendetal üsul” terminini istifadə edən neokantianlıq məktəbinin yaradıcısı German Kogen “Kant təcrübəsinin nəzəriyyəsi ” əsərində bu iddianı belə ifadə edir : “Kvant nəzəriyyəsində – məkan, zaman , həmçinin kateqoriya apriori daşıyıcılarıdır (təcrübədən və təcrübənin nəticəsindən asılı olmayaraq mövcud olan fakt (azərbaycan dilinin izahlı lüğəti) – mənəvi forma deyil , üsul kimi dəyərləndirmək lazımdır.” (3)

Təbiətdə bir çox şeylər , hadisələr bizim dərketməmizdən asılı olmayaraq mövcuddur və bizim dərketmə qabiliyyətlərimiz çərçivəsində yalnız bizim üçün mövcud ola, yaxud olmaya bilər.

Kvant psixologiyası termini və metodu XX əsrin sonlarında Stiven Volınski tərəfindən təklif olunub. ABŞ-da Stiven Volinski və Kristi L. Kennen tərəfindən Kvant psixologiyası institutu yaradılıb.

Kvant nəzəriyyəsində olduğu kimi kvant psixologiyasında da bütün varlığın maddə və dalgadan-enerjidən ibarət olduğunu irəli sürür. Bütün kainat bir-biri ilə dalğalar vasitəsi ilə birləşir, bir-birinə siraət edir. Obyekt eyni zamanda həm dalga, həmdə maddə (nöqtə) ola bilir. Bu nəzəriyyəni dərketməni fiziki bədəndən kənara şıxarır və qavrama inkanlarını və dərketməni gücləndirir.

Məsələn, suyun hazırki mövcudluğunu qavrama sərhədlərini genişləndirsək o, eyni zamanda həm su, həm buxar, həm də buzdur. Fiziki bədənin imkanları çərçivəsində bu formaların hamısını eyni vaxtda görmək və qavramaq imkanlarına qadir deyilik.

Ruh şüurunda , yaxud kvant nəzəriyyəsinə görə dalga vəziyyətində , yaxud kvant sahəsində olanda mövcud aləmin digər formalarını görmək və qavramaq imkanına malikik.

Kvant psixologiyasıa görə, insan şüuru kvant fizikasının qanunları ilə mövcuddur və dalğa halında fəaliyyətdədir. İnsanın fikirləri və təsvir etdiyi obrazlar kvant sahəsində yaranır. İlahi gücün və ilahi varlığın mövcudluğunu qəbul etdiyimiz şərtlərdə kvant şüuru nəzəriyyəsini daha asan qavramaq mümkündür.

Təbii ki, bu nəzəriyyə materialist alimlər tərəfindən qəbul edilmir, çünki onu maddi dünyada var olan insan bədəninin imkanları ilə qavramaq və dərk etmək mümkün deyil. Onlar “kvant şüuru nəzəriyyəsini elmi araşdırmalarda metafora kimi işlətmək mümkün olduğu“, “fəlsəfi anlamda onu fizioloji reduksionuzmi əvəz edən müasir fiziki reduksionizmin təzahürü kimi”, “şüurun xüsusi kvantabənzər “səviyyəsini” qeyd etmək üçün” və sair qəbul etməyi tərklif edirlər.(4.О научном статусе квантовой психологии. Геннадий Т. Красильников,Федор В. Мальчинский,Эльвира А. Крачко, RОССИЙСКИЙ ПСИХОЛОГИЧЕСКИЙ ЖУРНАЛ, 2017 ТОМ 14 No 2)

İlahi varlığın mövcudluğunu qəbul etdiyimiz halda kvant şüuru bütün imkanları ilə təzahür edir. Musa peyğəmbərə nazil olmuş Tövrata şərh olaraq yazılmış 5 kitabdan ibarət “Zoar”ı oxumaq üçün xüsusi birlik halında olmaq, bir ürək olmaq, Yaradanla birləşmək, onda ərimək tələb olunur. İmam Əliyə aid edilən bir duada deyilir : “Allahım, məni yerdəki bağlılıqlardan qopar ki, səninlə birləşim.”

Allahla birləşmək Şərq fəlsəfəsinə görə xüsusi meditativ texnikalarla transendent vəziyyətə düşməkdir, yəni şüursuz olmaq. Meditasiyalar zamanı insan ağlının axarı durur, insan baş verənləri müşahidə edir, amma bu, ruhun bədəndən kənara çıxmasını nəzərdə tutmur.

Transendental meditasiya adlı xüsusi texnika Maxarişi Maxeş Yoqi tərəfindən yaradılıb və ABŞ, Latın Amerikası və Hindistanın bəzi özəl və dövlət tədris müəssisələrində tədris olunur. Transendental meditasiya ilə kvant psixologiyasındakı meditativ texnikalar arasında yaxınlıq müşahidə olunur.

S.Volinskinin təklif etdiyi kvant psixologiyası texnikalarında ağlımıza fikir gəldiyi zaman “Bu fikir hardan gəlir?”, “yaxud bu fikir hara gedir?” və digər suallar verməklə fikir axınında pauza yaradaraq kvant sahəsini dərk və hiss etmək, digər tərəfdənsə fikirləri müşahidə etmək mümkündür. 5. Стивен Волински, Квантовое сознание.

Kvant şüuru nəzəriyyəsində fikirdən kənara çıxmaq və eyni zamanda müşahidəçi olmaq təklif olunur. Fiziki bədənə məxsus ağılla idarə olunan fikirlər durunca, yaxud biz onları müşahidə etməyə başlayınca kvant sahəsinə düşürük. Kvant şüurunda olmaq fikirləşmədən hərəkət etmək deməkdir. Məsələn, mətnə baxıb onu ürəyində təkrar etmədən oxumaq, əşyanı onun haqda heç nə düşünmədən anlamaq və bu kimi digər üsullar. Qeyd edək ki, təqdim olunan bir çox sürətli oxuma texnikalarında məhz bu metod təklif olunur.

Bir daha kvant şüurunun İlahi mövcudluğun özündə olduğunu barədə iddiaya və Qurandan bir neçə nümunə gətirək. Əl-Əla surəsi 7-ci ayə “…O aşkarı da , gizlini də bilir!.” , Ət-Tariq, 5-ci ayə “Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın.”,

Kvant sahəsini Quranda istifadə olunan “Ərş” kəlməsi ilə eyniləşdirmək olar.3 ölçülü aləmdə “ərş” yerdən yuxarıda , göy qübbəsində nəzərdə tutulur. Lakin 5 və daha artıq ölçülü sistem baxımından ərş məkansızdır, yəni laməkandır. Kvant şüuru təbirincə desək dalğa halındadır və kvant sahəsidir.

Ekzistensial analitik Lüdviq Binsvanqerin «Vahid məkan və vahid zaman yoxdur, yalnız subyektlərin olduğu qədər zaman və məkan mövcuddur” fikirləri də yuxarıda deyilənləri təsdiq edir.

“Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir…” 7. Quran, Əl-Mu`min 7-ci ayə.

“Hər tərəfdən əhatə etmək” ifadəsi də məhz sonsuzluğa-kvant sahəsinə işarədir.

Yuxarıda qeyd etdiyimiz kimi kvant sahəsi və kvant şüuru insanın ruhu ilə bağlıdır və fiziki bədənin qavrayışları və imkanlarından kənardadır.

Quran .Əl-İsra, 85-ci ayə: “(Ya Rəsulum! Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De : “Ruh Rəbbim əmrindədir. (Allahın əmri ilə yaradılmışdır) Sizə (bu barədə ) yalnız cüzi (az) bilik verilmişdir!”

Burada bir tərəfdən insanın yalnız maddi varlıqdan ibarət olmadığı deyilir və bununla da kvant sahəsinin, kvant şüurunun varlığı təsbit olunur. Digər tərəfdənsə, ruh barədə məlumatların məhdud verilməsi səbəbi insanların maddi –fiziki dünyada olduqları və kainatı o cümlədən Allahı maddi ağıl şüuru ilə qəbul etdikləri üçün onların ruh anlayışını (kvant şüuru) dərki məhdud olmasıdır.

Digər bir nümunə, yenə də Quran.Əl-İsra surəsindən 72-ci ayə: “Bu dünyada (Allahın dəlillərini, möcüzələrini görməyib gözü və qəlbi) kor olan axirətdə də kor olar və (haqq) yoldan daha çox azar!”

“Qəlb” sözü fiziki bədən deyil, məhz insan ruhuna aid edildiyi üçün “qəlbin gözü” dedikdə ruhun (kvant sahəsi, kvant şüuru) gözü nəzərdə tutulur. Fiziki gözü ilə görməyən insanın ruhunun da gözü kordur. “Qəlbin gözü axirətdə də kor olar” ifadəsində də yenə də kvant sahəsini nəzərdə tutur – əbədi olan yer sonsuzluq-ərş-kvant sahəsidir.

Nəticə olaraq bunu demək olar ki, Tövratda Rəbb Musaya deyir:” Və Yaradan insanı Öz simasına uyğun yaratdı.” Laməkan olan Yaradanın siması enerjidən ibarət olmalıdır. Şəksiz ilahi kitablar nazil olduğu dövrlərdə onlar zəmanəyə uyğun olaraq insanların anlayacağı dildə verilib. Allah maddi deyil, enerjidir- kvant sahəsidir, amma O, insanı yaradarkən ona ruhunu üfürdüyü üçün insanda maddiləşir, kainatda statik heş nə olmadığı üçün hər şeydə təcəlli tapır.

Onunla –Yaradanla mayamız eyni olduğu üçün birləşməmiz də, onda əriməmiz də

Yalnız Onun qüdrətində mümkündür.

Gülnara İnanc, “Etnoqlobus” (ethnoglobus.az ) Beynəlxalq onlayn analitik mərkəzinin direktoru, mete62@inbox.ru
Mənbələr:

1.Роджер Пенроуз “Новый ум короля: О компьютерах, мышлении и законах физики”
2.Иммануил Кант , «Критика чистого разума»
Герман Коген «Теория опыта Канта»
4“О научном статусе квантовой психологии. (4.О научном статусе квантовой психологии. Геннадий Т. Красильников,Федор В. Мальчинский,Эльвира А. Крачко, RОССИЙСКИЙ ПСИХОЛОГИЧЕСКИЙ ЖУРНАЛ, 2017 ТОМ 14 No 2)

5.Стивен Волински, Квантовое сознание.

6.Коран, Аль-Мумин, 7-й аят.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir