KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Klintona təklif etmişdim ki, Rusiyanı NATO-ya qəbul etsinlər

Klintona təklif etmişdim ki, Rusiyanı NATO-ya qəbul etsinlər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
441 0

Rusiya prezidenti Vladimir Putin bu gün “Valday” diskussiya klubunda suallara cavab verərkən iki maraqlı fikir bildirib. Kreml sahibinin birinci fikri: “Donbasın statusu bəlli olmadan biz Ukrayna-Rusiya sərhəddinin nəzarət altına alınmasının əleyhinəyik. Çünki biz Srebrenitsa qətliamının Ukraynanın şərqində təkrarlanmasını istəmirik. Biz buna yol verə bilmərik”. Bu cümlələrdə iki önəmli etiraf var. Birincisi, Rusiya prezidenti etiraf edir ki, serblər Srebrenitsa şəhərində müsəlmanları soyqırıma məruz qoyublar. Çünki Moskva adətən serblərin keçmiş vəhşiliklərini görməzdən gəlirdi. Ruslar adətən Srebrenitsa qətliamından danışmağı xoşlamırlar. İkincisi, Rusiya prezidenti etiraf edir ki, Ukraynanın şərqindəki separatçılar Rusiyadan real dəstək alırlar, əks halda, yəni sərhəd nəzarət altında olsa onlara hərbi yardım mümkün olmayacaq. Moskva isə Ukraynadakı rus separatçıların məğlub olmasını istəmir, tam əksinə Ukrayna ərazisində ikinci Qarabağı gücləndirmək yolunu tutub.

Putinin ikinci fikri də maraqlıdır: “Mən 1990-cı illərin sonunda hələ baş nazir olanda ABŞ-ın o zamankı prezidenti Bill Klintona təklif etmişdim ki, Rusiyanı NATO-ya qəbul etsinlər”. Bu yeni fikir deyil. Putin bunu bir dəfə də səsləndirib. Putindən əvvəl isə bu fikri xeyli öncə Kreml sahibinin danışan dili Vladimir Jirinovski səsləndirmişdi. Bu cümlədə də zəruri etiraf var. Putin bu təklifi səsləndirərkən baş nazir idi, Rusiyada isə əsas söz sahibi prezidentdir. O zaman prezident Boris Yeltsin idi. Ancaq Yeltsin artıq ağır xəstə idi və idarəetmə Putinin əlində cəmləşirdi. Putin son açıqlamasınsda məhz ona işarə edib ki, Yeltsinin prezidentliyinin son ilində ölkəni dövlət başçısı deyil baş nazir idarə edib. Doğrudur Yeltsinin istefasından sonra Putin qısa müddət prezidentin səlahiyyətlərini icra edib. Ancaq prezident seçilmədən xarici siyasətdə ciddi korrektə etmək nə dərəcədə Rusiyanın maraqlarına cavab verirdi? O ki qaldı, Rusiyanın NATO-ya üzv olmaq istəyinə, bu Moskvanı Şimali Atlantika Blokunu daxildən dağıtmaq üçün ortaya atılmış təklif idi. Bu təklif farsdır. Rusiyanın belə bir niyyəti olmayıb və yoxdur. Klinton Putinə “hə” deyib Rusiyanın NATO üzvlüyünə yaşıl işıq yandırsaydı Putin nə Gürcüstana müdaxilə edə bilərdi, nə də Ukraynanı parçalayıb Krımı işğal edərdi. Ona görə də Kreml NATO üzvlüyündənsə ənənəvi “parçala və hökm sür” siyasətinə üstünlük verir.
Elhan Şahinoğlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir